05 Oktyabr 2026 15:49
598
CƏMİYYƏT
A- A+
Azərbaycan-Türkiyə əməkdaşlığının daha bir ünvanı: Sosial müdafiədə qardaşlıq körpüsü

Azərbaycan-Türkiyə əməkdaşlığının daha bir ünvanı: Sosial müdafiədə qardaşlıq körpüsü


Azərbaycanla Türkiyə arasında illərin sınağından keçən qardaşlıq və strateji müttəfiqlik münasibətləri həyatın müxtəlif sahələrində olduğu kimi, əmək və sosial müdafiə istiqamətində də yeni çalarlar qazanır. Bu dəfə iki ölkənin əmək və sosial müdafiə sahəsində əməkdaşlığının gələcək istiqamətləri Bakıda müzakirə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertemin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq və strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyini vurğulayıb. Nazir qeyd edib ki, iki ölkə arasında digər sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də əməkdaşlıq ildən-ilə möhkəmlənir, yeni istiqamətlər qazanır.

Anar Əliyev son illərdə Azərbaycanda həyata keçirilən sosial islahatların nəticələri barədə məlumat verib. Bildirib ki, bu islahatlar çərçivəsində Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi ilə qurulan əməkdaşlıq və təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır. Çünki sosial müdafiə yalnız rəqəmlərdən, qanunlardan və sənədlərdən ibarət deyil. Onun mərkəzində insan, onun əməyi, haqqı, gələcəyi və layiqli həyat arzusu dayanır. Azərbaycan və Türkiyənin bu sahədə əməkdaşlığı da məhz insan həyatına toxunan, insanların sosial rifahına xidmət edən bir xətt üzrə inkişaf edir.

Görüşdə iki nazirlik arasında fəaliyyət göstərən Birgə Daimi Komissiyanın əmək və sosial müdafiə sahəsində əlaqələrin inkişafında mühüm rolu qeyd olunub. Müntəzəm təmasların, qarşılıqlı səfərlərin və təcrübə mübadilələrinin iki ölkənin müvafiq qurumları arasında əlaqələri daha da dərinləşdirdiyi vurğulanıb. Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertem də əməkdaşlığın davamlı inkişafından məmnunluğunu ifadə edib. O, qarşılıqlı təcrübə mübadiləsinin və birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb.

Görüş zamanı iki nazirlik arasında mövcud əməkdaşlıq gündəliyi, sosial müdafiə sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Belə görüşlər bəzən protokol çərçivəsində keçirilən rəsmi toplantıdan daha böyük məna daşıyır. Çünki Azərbaycanla Türkiyəni birləşdirən yol yalnız siyasət və iqtisadiyyatın deyil, insana verilən dəyərin, sosial ədalətə və layiqli həyata olan ortaq baxışın da yoludur.

İki ölkənin bu sahədə atdığı hər bir addım həmin yolun daha da möhkəmlənməsinə, qardaşlıq bağlarının isə gündəlik həyatın ən vacib məqamlarında özünü göstərməsinə xidmət edir.

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!