29 Iyun 2024 14:29
185
CƏMİYYƏT
A- A+

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

 

Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclasında iştirak etmək üçün həmin ölkədə səfərdə olan Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Monteneqronun əmək və sosial rifah naziri Naida Nisiçlə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, S.Babayev Azərbaycan ilə Monteneqro arasında əlaqələrin dostluq və əməkdaşlıq ruhunda daim genişlənməkdə olduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin, davamlı siyasi dialoqun ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf etməsi üçün əsas yaratdığını vurğulayıb.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin sosial sahəni də əhatə etdiyi bildirilib. Ötən il Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Monteneqronun Əmək və Sosial Rifah Nazirliyi arasında imzalanmış əməkdaşlıq sənədinin müvafiq fəaliyyət sahələrində əlaqələrin genişlənməsindəki əhəmiyyəti qeyd edilib.

Azərbaycanda son illər aparılan sosial islahatların, dövlət sosial xidmətlərinin elektronlaşdırılması proqramının uğurları, DOST konsepsiyası barədə məlumatlar verilib. Ölkəmizin həmin təcrübələrinin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyi və bir çox ölkələrin müvafiq qurumları tərəfindən öyrənilərək tətbiqinə maraq göstərildiyi bildirilib.

N.Nisiç ikitərəfli əlaqələrin dərinləşdirilməsində, fəal təcrübə və məlumat mübadilələrinin aparılmasında və bu sahədə səyləri davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb.

İki nazirlik arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi, fəaliyyət sahələri üzrə təcrübə mübadilələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video