Azərbaycan gəncləri - bu günümüz və sabahımız
Gənclik ömrün bahar çağıdır. Odur ki, fəsillər, o cümlədən bahar əbədi olmadığı kimi, gənclik də ötəridir, göz qırpımında uçub gedir, xatirələrə, nostalji hisslərə çevrilir.
Keçmiş ittifaqın silahlı qüvvələrində - Rusiyanın Rostov şəhərindəki hərbi xidmətimdən 35 il ötür. Oradan avtobusla ətraf qəsəbə Belaya Kalitvaya gedərkən ayağa qalxıb qoca rus qadına yer verdim, çox sevindi. "Otkuda, sınok?" sorğusuna "İz Azerbaydjana" cavabımdan gülümsədi, uca səslə "Vot Aliyev vospitıval" söylədi... Xeyli fərəhləndim, elə bil dünyanı bağışladılar mənə, təkcə camaatın, kütlənin yanında tərifləndiyimə görə yox, həm də o səbəbdən ki, mənsub olduğum millətimin, onun nümayəndəsi Heydər Əliyevin adı xoş məramla çəkilirdi.
Sonrakı dönəmlərdə bu söz həyatım, davranışım üçün bir kredoya, mayaka döndü. Axı Ulu Öndər də "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm, mən azərbaycanlıyam" deyə böyük fəxarətlə söyləmişdir. Tarixi şəxsiyyət azərbaycançılığı cəmiyyətin mənəvi kamilliyinin başlıca şərti sayır, bu istiqamətdə gənc nəslin əsas söz, mövqe sahibliyini, onların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayırdı. Müasir Azərbaycanın banisi və memarının təməlini qoyduğu gənclər siyasəti gənclərin siyasi proseslərə inteqrasiyasıdır, qabiliyyətli, istedadlı, vətənsevər insanların biliyinin, bacarığının, qabiliyyətinin cəmiyyətin inkişafı sahələrinə tətbiqini təmin edən tədbirlər sistemidir. Ümummilli Lider deyirdi: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".
Təsadüfi deyil ki, gənclər siyasəti dövlətin daxili siyasətinin başlıca istiqamətlərindəndir. Azərbaycan Prezidentinin 26 iyul 1994-cü il tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması dövlət idarəçiliyində gənclərin daha fəal iştirakının təminində hüquqi sənəd olaraq dövlət siyasətinin təminatçısına çevrilmişdir.
Ənənəvi mübahisələr - nəsillər arasında qınaq və müqayisələr həmişə olub, var və innən belə də davam edəcək. Hətta eramızdan əvvəlki Mesopotamiyaya aid gil lövhəcikdə yaşlıların gənclərdən narazı qaldıqları və onların hədlərini aşdıqları barədə şikayətlərinə rast gəlinib. Nə gizlədək, 30 illik işğal dövründə Qərb institutlarının bizə sırımağa çalışdıqları milli-mənəvi dəyərlərə zidd elementləri, ailə strukturunun dağıdılmasına cəhdləri, mental xüsusiyyətlərimizə yabançı şouları görəndə bəzən cavanlardan narazı qalırdıq. Ən başlıcası, qanayan yaramız olan işğaldakı vətən torpaqlarını unutdurmaq siyasəti, əsrarəngiz Qarabağa və digər ərazilərə biganəlik kampaniyasından narahat olur, cavanların Vətənin müdafiəsindən uzaq düşəcəklərindən qorxurduq. Ancaq şükürlər olsun ki, həmin şübhələrdə yanıldıq, bədgümanlığımız çəkilib getdi. Bu da xalqımızın canında, qanında mərdlik, təslimçiliklə barışmazlıq, müqəddəs dəyərlərə sahib çıxmaq genlərinin mövcudluğu ilə yanaşı, dövlətin, şəxsən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi tərəqqisi, hərbi-sənaye kompleksinin yenilənməsi, müasir, hazırlıqlı, təcrübəli ordu quruculuğuna paralel olaraq, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasından qaynaqlanırdı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu isə şəhid ailələrinə qayğı, qazilərimizin xaricdə müalicəsi, ümumiyyətlə, gənclərimizin siyasi-elmi-mədəni inkişafı yönündə möhtəşəm layihələrə imza atır.
Ali Baş Komandanın Vətən müharibəsində qürurla dediyi "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik" sözləri döyüşçülərin qələbə ruhunun manifestinə döndü. Prezident İlham Əliyev Şuşada hərbçilərlə görüşəndə bu qələbənin tarixi əhəmiyyətini belə vurğulamışdır: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Sərkərdənin döyüşçüyə, Ali Baş Komandanın əsgərə inamının bu səmimilikdə ifadəsi şəxsi heyətin mənəvi-psixoloji hazırlığını kamil səviyyədə tamamladı, eyni zamanda bütün Azərbaycan gəncliyinə möhtəşəm mesaj verdi.
Qurban MƏMMƏDOV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb...
30 Iyun
İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür
30 Iyun
Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var
30 Iyun
Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib
30 Iyun
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək
30 Iyun
Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
30 Iyun
Azərbaycanın energetika naziri İtaliyaya səfər edib
30 Iyun
Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub
30 Iyun
Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib
30 Iyun
Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
![](/uploads/img/posts/2024/06/27/1719473706217621927_1200x630jpg-1719477132.jpg)
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/17193913105429036540_1200x630jpg-1719393315.jpg)
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/manwetttjpg-1719265024.jpg)
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
![](/uploads/img/posts/2024/06/29/1583835201167192134jpg-1719605770.jpg)
Sülh uğrunda müharibə26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/1656311658_e346c3b9742c001ff2f42ef9aa7170cajpg-1719357575.jpg)
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/4jpg-1719265162.jpg)
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
![](/uploads/img/posts/2024/06/23/babaaajpg-1719094277.jpg)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
![](/uploads/img/posts/2024/06/22/17190365625934912960_1200x630jpg-1719036839.jpg)
Adın nədir - Daşdəmir...21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/susajpg-1718926127.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!