21 Yanvar 2026 15:22
525
SİYASƏT
A- A+
Azərbaycan Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən ölkələrdən biridir  

Azərbaycan Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən ölkələrdən biridir  


“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda keçirdiyi çoxsaylı görüşlər və verdiyi mesajlar bir daha təsdiq etdi ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən əsas ölkələrdən biridir. Davos Davos İqtisadi Forumu bu reallığın beynəlxalq auditoriya qarşısında növbəti dəfə nümayiş etdirildiyi mühüm platformaya çevrildi”.

Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin istənilən beynəlxalq platformada iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisinin nə qədər yüksək olduğunu göstərir. “Davosdakı çıxışlar və görüşlər isə sübut etdi ki, Bakı proseslərin passiv izləyicisi yox, regional və qlobal gündəliyin formalaşmasında aktiv rol oynayan subyektdir. Cənab Prezidentin qətiyyətli, ardıcıl və uzaqgörən siyasi xətti Azərbaycanın mövqeyini möhkəmləndirərək onu etibarlı tərəfdaş və söz sahibi olan dövlətə çevirib.

Davosdan verilən mesajlar yalnız milli maraqlar prizmasından deyil, həm də regional və qlobal təhlükəsizlik arxitekturası baxımından da mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Cənubi Qafqazda formalaşan sülh modeli təsadüfi deyil, Azərbaycanın iradəsi və strateji baxışı nəticəsində yaranmış reallıqdır”, - deyə deputat vurğulayıb.

Müşfiq Məmmədli daha sonra deyib: “Prezident İlham Əliyevin çıxışlarının əsas xətti ondan ibarət idi ki, bu gün Cənubi Qafqazda sülh məhz Azərbaycanın qətiyyətli mövqeyi sayəsində mümkün olub. Bu sülh təkcə regionla məhdudlaşmır, eyni zamanda  Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və hətta Uzaq Şərqə qədər uzanan geniş bir coğrafiya üçün strateji əhəmiyyət daşıyır. Bakı faktiki olaraq Avrasiyanı birləşdirən sülh və əməkdaşlıq magistralının istiqamətini müəyyənləşdirib və öz siyasətini bu xətt üzrə ardıcıl şəkildə həyata keçirir.

Ən diqqətçəkən məqamlardan biri odur ki, bu yanaşmanın effektivliyi artıq Ermənistan tərəfindən də etiraf olunur. İrəvan açıq şəkildə bəyan edir ki, Azərbaycanla əməkdaşlıq alternativsizdir və regionda davamlı sülhün yeganə yolu məhz bu xətdən keçir”.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas dayaqlardan birinə çevrilməklə yanaşı, Şərqlə etibarlı və təhlükəsiz əlaqələrin qurulmasında da mühüm açar rolunu oynayır. Bu, Bakının geosiyasi çəkisini daha da artırır.

Serbiya Prezidenti Aleksandar Vuçiçin Qafqaz ölkələrini Avropa ilə Asiya arasında qovşaq və vasitəçi kimi xarakterizə etməsi, Türkiyənin “Limak Holdinq” şirkətinin İdarə Heyətinin sədri Ebru Özdemirin isə sülh və sabitliyin investisiyalar üçün həlledici faktor olduğunu vurğulaması təsadüfi deyil. Bu fikirlər Azərbaycanın həyata keçirdiyi siyasətin iqtisadi və strateji əsaslarını bir daha təsdiqləyir.

Ebru Özdemirin sözləri xüsusi əhəmiyyət daşıyır: sabitlik olmayan yerə kapital gəlmir. Azərbaycanla Ermənistan arasındakı sülh prosesi, TRIPP razılaşması və Orta Dəhliz perspektivi regionun investisiya cəlbediciliyini kəskin şəkildə artırır. Bu isə Davosda səslənən fikirlərin praktik nəticələrə hesablandığını göstərir.

Prezident İlham Əliyevin Davosda verdiyi ən güclü mesajlardan biri beynəlxalq təsisatlara kor-koranə ümid bəsləməyin yanlışlığı ilə bağlı idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, 30 il ərzində qəbul edilən BMT qətnamələri və beynəlxalq çağırışlar kağız üzərində qaldı. Ədaləti yalnız Azərbaycan özü təmin etdi.

Bu yanaşma Azərbaycan Prezidentinin siyasi fəlsəfəsini açıq şəkildə ortaya qoyur: milli maraqlara söykənən, güclü dövlət və birliyə əsaslanan cəmiyyət olduqda beynəlxalq təzyiqlər və qərəzli yanaşmalar həlledici rol oynamır. Məhz bu xətt Azərbaycanı müharibədən sülhə, qarşıdurmadan əməkdaşlığa aparan əsas faktora çevirdi.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Davosda səsləndirdiyi fikirlər yeni regional reallığın rəsmi etirafı kimi dəyərləndirilə bilər. 

“Davos İqtisadi Forumunda səslənən mesajlar bir daha təsdiqlədi ki, Azərbaycan artıq regional çərçivəni aşaraq Avrasiya miqyasında sülh, sabitlik və əməkdaşlıq gündəliyinin əsas memarlarından birinə çevrilib. Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə formalaşan bu siyasi xətt həm region ölkələrinə, həm də qlobal aktorlara açıq mesaj verir: sülh iradə, güc və strateji baxış tələb edir. Bu iradə isə bu gün Bakıda formalaşır”, - deputat deyib.


Rəşad CƏFƏRLİ,

«Azərbaycan»


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib YENİLƏNƏCƏK  

16:24
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

Azərbaycanla NATO arasında əməkdaşlıq imkanları müzakirə olunub  

14:28
22 Yanvar

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək  

14:21
22 Yanvar

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb  

14:11
22 Yanvar

Avropada qazın qiymətində rekord bahalaşma qeydə alınıb  

14:03
22 Yanvar

Media: Tramp Qrenlandiyanın hər bir sakininə 1 milyon dollar ödəyə bilər  

13:52
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!