12 Fevral 2025 08:05
461
İQTİSADİYYAT
A- A+
Avropanın daha bir ölkəsi Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropanın daha bir ölkəsi Azərbaycanla əməkdaşlığı genişləndirir


Sloveniyanın ölkəmizlə iqtisadi əlaqələri təkcə təbii qazla məhdudlaşmayacaq


Keçən il ölkəmizin iqtisadiyyatında baş verən yeniliklərdən biri də  Sloveniyaya  Azərbaycan qazının ixracının başlanması oldu. Bunu  SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ) avqustun  1-də elan etdi. 

Bununla da Gürcüstan,Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan və Serbiyadan sonra  Sloveniya Azərbaycan qazını alan  doqquzuncu ölkə oldu (Xatırladaq ki, Sloveniyanın ardınca Xorvatiya, Şimali Makedoniya  və Slovakiya da  ölkəmizdən qaz idxal etməyə başladılar.  Beləliklə,  indi 12 ölkəyə qaz ixrac edirik).

Açıqlanan rəsmi məlumata görə, Sloveniyaya qaz tədarükü   hələ iyulun 17-də SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan "Geoplin" arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair imzalanmış Anlaşma Memorandumu əsasında həyata keçirilir.

SOCAR və "Geoplin" şirkətlərinin enerji tərəfdaşlığının daha da inkişaf etdirilməsi hədəflənib. Belə ki, Lyublyanada Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer ölkəmizdən qaz almağa başladıqları zaman  jurnalistlərə açıqlamasında bildirmişdir  ki, Azərbaycan Avropa İttifaqının vacib strateji təchizatçısı kimi Sloveniyaya qaz tədarükünün şaxələndirilməsi üçün əlavə imkan yaradır. "Bunun sayəsində biz sözün həqiqi mənasında Sloveniyanı qarşıdan gələn qış üçün xilas etdik və təhlükəsiz şəkildə təbii qazla təmin etdik", - deyə nazir vurğulamışdır.

Ümumiyyətlə, son dövrdə Azərbaycan-Sloveniya əməkdaşlığı genişlənir və bu, özünü iqtisadi sahədə də bariz şəkildə göstərir. Son bir neçə ilə aid rəqəmlər  iki ölkə arasında ticarət dövriyyəsinin də getdikcə artdığını təsdiqləyir.   

Əməkdaşlığın genişlənməsini eləcə də ayrı-ayrı sahələri təmsil edən nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən görmək olar. Məsələn, bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Marko Ştuçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan-Sloveniya Birgə İşçi Qrupunun ölkəmiz tərəfindən rəhbəri Anar Kərimov Sloveniya ilə dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verildiyini qeyd edib. Yüksəksəviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun iki ölkə arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyəti diqqətə çatdırılıb.

Söhbət zamanı həmçinin vurğulanıb ki, Azərbaycan-Sloveniya Birgə İşçi Qrupunun fəaliyyəti ikitərəfli əlaqələrin genişlənməsinə xidmət edir. Ölkəmizdə son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar və əldə olunan nailiyyətlər, dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilən DOST Konsepsiyası, sosial xidmətlərin geniş miqyasda elektronlaşdırılması proqramının uğurları barədə məlumat verilib.

M.Ştuçin Azərbaycana səfərdən  məmnunluğunu, ikitərəfli əlaqələri dərinləşdirməkdə maraqlı olduqlarını, sosial sahədə də təcrübə mübadilələrinin aparılmasının qarşılıqlı fayda verə biləcəyini qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlığın gündəliyinə, iqtisadi-ticarət əlaqələrinin, investisiya əməkdaşlığının genişləndirilməsinə, əmək, məşğulluq və sosial müdafiə sahələrində də əlaqələrin inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Bu ayın əvvəlində digər bir  görüş isə SOCAR-da  olub. Şirkətin  prezidenti Rövşən Nəcəf Sloveniyanın "Petrol d.d." şirkətinin İdarə Heyətinin sədri Saso Berger və "Geoplin d.o.o." şirkətinin baş icraçı direktoru Simon Urbankl ilə görüşüb. Görüşdə SOCAR-la "Petrol d.d." və "Geoplin d.o.o." şirkətləri arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 Azərbaycan-Sloveniya əməkdaşlığına və tərəfdaşlığına yeni yollar açan, imkanlar yaradan vasitələrdən biri də məhz bu cür görüşlərin, məsləhətləşmələrin intensivləşməsidir.    


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!