28 Aprel 2024 08:40
354
SİYASƏT
A- A+

Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb

 

"Avropa Parlamenti Azərbaycanla bağlı növbəti qərəzli qətnaməni qəbul etməklə öz riyakarlığını və ikiüzlülüyünü bir daha nümayiş etdirdi. Ermənistan və erməni lobbisinin təsiri altında olan dairələr tərəfindən hazırlanan bu qətnamə Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir. Avropa Parlamenti ölkəmizlə bağlı qəbul etdiyi qərarlarında bütün faktları saxtalaşdırmağa adət edib".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat bildirib ki, Avropa Parlamenti Azərbaycanın daxili işlərinə və Ermənistanla münasibətlərinə müdaxilə etmək əvəzinə, Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərə diqqət yetirsə, daha faydalı olar: "Bu parlamentin bəyan etdiyi prinsiplərlə heç bir əlaqəsi olmayan belə qətnamələr Avropa Parlamentinin mötəbər  bir qurum kimi rolunu tamamilə heçə endirib. Bu kimi  çoxsaylı birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən qəbul edilməsi  Avropa Parlamenti üçün sanki bir ənənəyə çevrilib. Mütəmadi olaraq davam edən bu proses Avropa İttifaqının Azərbaycanla münasibətlərinin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil. Bu  sənədləri qəbul etməyi təşviq edənlərin  niyyəti Avropa cəmiyyətini aktual sosial-iqtisadi və siyasi problemlərdən yayındırmaqdır.  Avropada son illərdə demokratiyadan əsər-əlamət qalmayıb".
Müşfiq Cəfərovun sözlərinə görə, Avropa Parlamenti unudur ki, Beynəlxalq Hüquq Prinsipləri haqqında Bəyannamə, ATƏM-in Yekun Aktı, BMT-nin dövlətlərin daxili işlərinə müdaxilə edilməsinin yolverilməzliyi və 21 dekabr 1965-ci il tarixli müstəqillik və suverenliyinin qorunması haqqında Bəyannaməsi var. Bu sənədlər dövlətlərin daxili səlahiyyətlərində olan məsələlərə qarışmamağı yekdilliklə ifadə edir. Avropa Parlamenti ona üzv olan ölkələrdəki xaosu unudub, Azərbaycanın daxili məsələlərinə reaksiya verməklə, dövlətimizi xarici məsələlərdəki qətiyyətli mövqeyindən yayındırmağa çalışır. 
"Avropa Parlamentinin deputatlarını Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları maraqlandırmır. Bu qurumun otuz il müddətində doğma yurdlarından didərgin düşən, ağır işgəncələrə məruz qalan azərbaycanlılarla bağlı canfəşanlıq etmək əvəzinə, daim Ermənistanı dəstəkləyən qətnamələr qəbul etməsi bunu sübuta yetirir. Avropa Parlamenti torpaqlarımızın işğalı dövründə doğma yurdlarından qovularaq, bütün hüquq və azadlıqlarından məhrum edilmiş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün ləyaqətinin tapdalanması ilə bağlı həmişə susmağa üstünlük verib", - deyə müsahibimiz əlavə edib.
Deputat qeyd edib ki, Avroparlament bu davranışları ilə öz nüfuzuna zərbə vurur:  "Qoca qitə"nin özündə belə nüfuzunu itirən bu qurumun apardığı qərəzli kampaniyalar ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə də xələl gətirir. Lakin unudulmamalıdır ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz". 

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video