23 Yanvar 2026 09:00
619
İQTİSADİYYAT
A- A+
Astaralılar ötən ilə yekun vurdular

Astaralılar ötən ilə yekun vurdular


İstehsal artıb, güzəran yaxşılaşıb, abadlıq işləri genişlənib


Hesabat yığıncağında çıxış edən RİH-in başçısı Qəzənfər Ağayev 2025-ci ildə rayonda görülmüş işlər, sosial-iqtisadi nəticələr və bu il qarşıda duran vəzifələr barədə danışıb. Qeyd edib ki, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət Azərbaycanın dayanıqlı inkişafını təmin edib, xalqın rifahının yüksəlməsinə, ölkənin güclü və müasir dövlətə çevrilməsinə zəmin yaradıb. 

Vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsinin diqqət mərkəzində saxlandığını deyən məruzəçi aparılan islahatların, irəli sürülən təşəbbüslərin ölkəmizin dinamik inkişafını təmin etdiyini, sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına investisiyaların qoyulmasının iqtisadi gücümüzü daha da artırdığını söyləyib. "Müstəqil və suveren Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin qurduğu möhkəm dövlətçilik təməli bu gün də Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edir. Onun ideyaları və siyasi irsi müasir dövlətimizin fəaliyyətində yaşayır və ölkəmizin gələcək inkişafına yol göstərir", - deyə Q.Ağayev vurğulayıb.

Bu gün rayon üzrə 41 yaşayış məntəqəsini əhatə edən 20 min 470 abonent təbii qazdan istifadə edir. Məruzədən məlum oldu ki, 2025-ci ildə abonentlərin normal və təhlükəsiz qaz təchizatının yaxşılaşdırılması və qaz şəbəkəsinin təmiri ilə bağlı müəyyən işlər görülüb. Həmçinin istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib. Bir neçə ərazidə istismar müddəti başa çatmış transformatorlar, sayğaclar, köhnəlmiş dayaqlar və naqillər yeniləri ilə əvəz edilib. Bunlardan əlavə, rayonun bütün yaşayış məntəqələrində sürətli internet şəbəkəsi yaradılıb, əhali bir neçə provayder vasitəsilə internet xidmətlərindən istifadə etmək imkanı qazanıb. Bununla da müasir texnologiyalar əsasında rayon ərazisi 100 faiz optik internetlə təmin olunub.

Məruzəçi bildirib ki, ötən il Lovayın su anbarından Ojakəran kəndinə su xətti çəkilərək əkin sahələrinin suvarılması təmin edilib və beləliklə, böyük bir problem həllini tapıb. Sel sularının vura biləcəyi ziyanın qarşısını almaq üçün il ərzində Astaraçayda, Pensərçayda və Ərçivançayda məcratəmizləmə işləri aparılıb.

Ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafı üçün yaradılmış əlverişli şərait Astara rayonunda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına böyük təkan verib. Son illər rayonda sitrus meyvələrinin istehsalına diqqət artırılıb, il ərzində yeni sitrus bağları salınaraq ümumilikdə 4 min 666 hektara çatdırılıb. Sitrusçuluğun inkişaf etdiyi ölkələrin təcrübəsi öyrənilərək müasir üsullardan istifadəyə daha çox üstünlük verilir. Bu məqsədlə subtropik meyvəçiliyinin rayonda daha yaxşı inkişaf etdirilməsi üçün sitrus bağlarının yerli iqlim şəraitinə uyğun, yeni texnologiya əsasında əkilməsindən ötrü mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlər il ərzində davam edib. Digər sahələrə gəldikdə, rayon üzrə 232 hektar məhsuldar çay plantasiyasından 725 ton yaşıl çay yarpağı toplanaraq çay fabriklərinə təhvil verilib. Çay plantasiyalarının modern üsullar tətbiq edilməklə genişləndirilərək artırılması qarşıya qoyulan prioritet məsələlərdən olub. Hesabat ilində həmçinin çəltik əkini aparılmış 307 hektardan 1226 ton məhsul yığılıb, orta məhsuldarlıq 41 sentnerə çatıb. Bitkiçilik və heyvandarlıq sahələrində də vəziyyət qənaətbəxş olub.

Məruzədə əhalinin məşğulluq məsələsinə də toxunulub. Qeyd edilib ki, Dövlət Məşğulluq Agentliyinin Astara Rayon Xidmət Şöbəsi tərəfindən rayon üzrə 6 min 360 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınıb, onlardan 804 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunub, 154 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilib.

O ki qaldı turizmə, hesabatdan məlum oldu ki, son zamanlar rayonda yeni turizm obyektlərinin inşa edilərək istifadəyə verilməsi, yaşayış məntəqələrinə gedən yolların asfaltlaşdırılması və əsaslı təmiri ilin bütün fəsillərində gediş-gəlişi asanlaşdırıb, turistlərin və qonaqların rayona marağını daha da artırıb. Xüsusən ucqar dağ kəndlərinin yollarının abadlaşdırılması ilə yeni təbiət mənzərələri üzə çıxıb, Sım şəlaləsi ilə yanaşı, Diqo və Sipi şəlalələrinə, ziyarətgahlara, həmçinin gözəl mənzərəsi olan yaylaq ərazilərinə turistlərin axını çoxalıb. Dəniz sahili ərazilərdə çimərlik turizmi üçün əlverişli şəraitin yaradılması da bu sahənin inkişafına öz töhfəsini verir. Ötən il Alaşa qalasında aparılan arxeoloji qazıntılar nəticəsində üzə çıxan qədim tarixə malik tədqiqat elementləri yerli sakinlərlə yanaşı, rayona gələn turistlərin və qonaqların da marağına səbəb olub, yeni turizm marşrutunun yaranması ilə nəticələnib. Sentyabr ayında Sım kəndinə 25-dən çox turizm şirkətinin rəhbərləri üçün infotur təşkil edilərək Astaranın turizm potensialı, zəngin mətbəxi nümayiş olunub. Bunlardan savayı, Astaranın turizm potensialının tanıdılması məqsədilə ötən ilin noyabr ayında 30-dan çox yerli istehsalçı və turizm sənayesi nümayəndələrinin iştirakı ilə "Ekofestival" təşkil olunub. Festivalda yerli məhsulların satış yarmarkası keçirilib, yerli fəal gənclər tərəfindən innovativ təqdimatlar aparılıb.

Bu il görüləcək işlərə gəldikdə, bildirilib ki, məktəb və məktəbəqədər təhsil müəssisələri üçün binaların tikintisi, rayonun elektrik təsərrüfatının yenidən qurulması və qazlaşdırma işlərinin davam etdirilməsi, yaşayış məntəqələrində avtomobil yollarının asfaltlaşdırılması, sahilbərkitmə-məcratəmizləmə işlərinin aparılması, kanalizasiya şəbəkəsinin qurulması, kommunal binalarının əsaslı təmiri, imtiyazlı şəxslərin mənzillə təmin olunması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələlər qaldırılması, parkların genişləndirilməsi, yeni turizm infrastrukturlarının yaradılması və bir çox sosial əhəmiyyətli məsələlərin həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdəndir.


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib  

23:07
04 Mart

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib

22:58
04 Mart

Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının bir hissəsi ölkəyə təxliyə edilib 

22:55
04 Mart

Azərbaycan XİN: Qətərdə olan 200 nəfər vətəndaşımızın təxliyəsi istiqamətində iş aparılır  

22:54
04 Mart

İrandan təxliyə davam edir - 8 ölkənin vətəndaşları “Astara” buraxılış məntəqəsindən keçib

22:13
04 Mart

Braziliya səfiri də daxil olmaqla üç ölkənin diplomatları Azərbaycana təxliyə olunub 

21:46
04 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:36
04 Mart

Azərbaycan Kuboku: “Şamaxı”nı üstələyən “Qarabağ” yarımfinala yüksəlib

21:18
04 Mart

Nazir: Londonda Azərbaycan–Böyük Britaniya əməkdaşlığının texnoloji gündəliyi müəyyənləşdirilib  

21:07
04 Mart

“Yeni reallıqlar və müasir Azərbaycan: aktual çağırışlar fonunda gələcəyə baxış”

20:46
04 Mart

Azərbaycanın turizm potensialı “ITB Berlin 2026” sərgisində təbliğ olunur

20:32
04 Mart

Qətərin dörd sənaye şirkəti istehsalı dayandırıb

19:53
04 Mart

Türkmənistanın əfsanəvi milli atüstü oyunlar qrupundan Bakıda möhtəşəm şou Y

19:39
04 Mart

Pentaqon rəhbəri: ABŞ İranda müasir döyüş sursatlarından daha az istifadə edəcək  

19:36
04 Mart

İran hərbi gəmisinin batması nəticəsində azı 80 nəfər ölüb

19:31
04 Mart

Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinə Fəxri fərmanlar təqdim olunub

19:28
04 Mart

Böyük Britaniyada Çinə casusluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb

19:24
04 Mart

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib, 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub

19:02
04 Mart

İsrail Hərbi Hava Qüvvələri Tehranın hava limanına zərbə endirib

19:01
04 Mart

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan ölkəmizə ekstradisiya edilir  

18:51
04 Mart

Misirə doğru hərəkət edən Rusiya gəmisi batıb

18:47
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!