06 Oktyabr 2026 09:30
1244
Mədəniyyət
A- A+
Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib


Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin qərargahında Azərbaycanın təşkilata sədrliyi dövründə hədiyyə etdiyi və AQEM Gününə həsr olunan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə təşkilatın baş katibi Kayrat Sarıbay, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Ölkəmizin Qazaxıstandakı səfiri Əlimirzamin Əskərov çıxışında bildirib ki, Qarabağ atı Azərbaycanın milli irsinin mühüm hissəsidir, cəsarəti və sədaqəti simvolizə edir.

"Azərbaycan məhz bu ruhda Qarabağ atını AQEM-ə təqdim edir. Ümid edirik ki, bu heykəl digər üzv dövlətlərlə dostluğumuzun və AQEM-in aramızda formalaşdırmağa kömək etdiyi səmimi ab-havanın rəmzinə çevriləcək", - deyə diplomat bildirib.

Azərbaycanın AQEM-ə sədrliyinin prioritetlərindən danışan səfir bildirib ki, oktyabrın 15-də Bakı qurumun yeddinci sammitinə evsahibliyi edəcək. Onun sözlərinə görə, Azərbaycan üzv dövlətlər və Katiblik ilə görüşün məzmun və təşkili sahəsində sıx əməkdaşlıq edir.

AQEM-in baş katibi Kayrat Sarıbay öz növbəsində deyib ki, bu heykəl üzv dövlətlər tərəfindən hədiyyə olunan və Asiyanın mədəni müxtəlifliyini əks etdirən incəsənət əsərləri arasında öz yerini tutacaq.

O qeyd edib ki, son dörd il ərzində üzv dövlətlər AQEM-in bütün beş ölçüsü üzrə etimad quruculuğu sahəsində 100-ə yaxın tədbir keçiriblər. Gündəlik kibertəhlükəsizlik və terrorizmə qarşı mübarizə, dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi, əlaqəlilik və nəqliyyat dəhlizləri, insanlararası təmaslar, kiçik və orta biznes, kənd təsərrüfatı, mədən təhlükəsizliyi, səhiyyə və digər istiqamətləri əhatə edib.

Kayrat Sarıbay həmçinin Azərbaycanın sədrliyi dövründə ekoloji gündəliyin daha da inkişaf etdiyini, o cümlədən yaşıl turizm, yaşıl iqtisadiyyat, dayanıqlı əlaqəlilik və iqlimədavamlı nəqliyyat dəhlizləri sahəsində təşəbbüslərin həyata keçirildiyini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İtaliyanın Nazirlər Şurası Sədrinin müavini: Azərbaycan və Ermənistan arasında sülh regionun sabitliyi üçün mühümdür 

14:36
23 Noyabr

Rusiyanın Perm diyarına dron hücumu zamanı bir nəfər ölüb, iki yaralı var

14:32
23 Noyabr

Antonio Tayani: Gələn ilin əvvəlində də qarşılıqlı görüşlərin keçirilməsi nəzərdə tutulur 

14:29
23 Noyabr

İtaliya beynəlxalq səviyyədə Azərbaycanın irəli sürdüyü səkkiz təşəbbüsü dəstəkləyib

14:26
23 Noyabr

Nazir: Azərbaycanla İtaliya arasında indiyədək 65 sənəd imzalanıb 

14:21
23 Noyabr

Ceyhun Bayramov: İtaliya ilə münasibətlərimiz çox möhkəm təməl üzərində qurulub 

14:16
23 Noyabr

Azərbaycan və İtaliya arasında siyasi dialoq yüksək səviyyədədir: XİN-də görüş

14:11
23 Noyabr

Avropada soyuq hava fonunda qazın qiyməti artır

13:59
23 Noyabr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayaninin qəbulu ilə bağlı videoçarx paylaşılıb VİDEO

13:47
23 Noyabr

Sabah hava əsasən yağmursuz olacaq

13:44
23 Noyabr

Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalanıb

13:42
23 Noyabr

Ötən həftə 62 mina və 468 digər partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:42
23 Noyabr

Oktyabrda əlilliyə görə pensiya, müavinət və Prezident təqaüdü alanların sayı məlum olub  

13:27
23 Noyabr

İlmələrdə yaşayan ortaq yaddaş: Bakıda Beynəlxalq Türk Xalçası Simpoziumu təşkil olunub 

13:19
23 Noyabr

Dünyanın ən çox azarkeş toplayan komandaları açıqlanıb  

13:07
23 Noyabr

Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik 

12:57
23 Noyabr

Mikayıl Cabbarov: İtaliya ilə kritik xammal sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır VİDEO  

12:56
23 Noyabr

Azərbaycan və İtaliya sərmayələrin təşviqi ilə bağlı yeni ikitərəfli saziş imzalaya bilər

12:51
23 Noyabr

Sudanın paytaxtına dron hücumu zamanı BMT-nin üç əməkdaşı yaralanıb  

12:29
23 Noyabr

Bakıda İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək

12:27
23 Noyabr

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

12:19
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!