23 Noyabr 2026 12:57
165
İQTİSADİYYAT
A- A+
Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik 

Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik 


Biz italyanlar üçün qonaqpərvərlik həyat tərzimizin mühüm xüsusiyyətlərindən biridir. Burada, azərbaycanlı dostlarımızın bizi qarşılama tərzi sayəsində özümüzü evimizdəki kimi hiss etdik. Buna görə sizə ürəkdən təşəkkür edirəm.

AZƏRTAC xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan-İtaliya biznes-forumunda çıxışı zamanı deyib.

O bildirib ki, öz ölkəsindən 200-dən çox şirkətin iştirakı ilə keçirilən bu forumda olmaq onun üçün böyük məmnunluqdur: “Azərbaycan ölkəmizin strateji tərəfdaşıdır. Bu illər ərzində çoxsaylı işlər görülüb. Prezidentlərimizin qarşılıqlı səfərləri bu tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verib. Lakin bugünkü biznes- forum əməkdaşlığımızda keyfiyyətcə yeni mərhələyə keçid üçün imkan yaratmalıdır. Biz daha iddialı olmalı, əməkdaşlığımızın vətəndaşlarımıza getdikcə daha çox fayda gətirməsinə çalışmalıyıq. Çünki biznesə dəstək siyasətimizin əsas məqsədi məhz sizin fəaliyyətiniz sayəsində həmvətənlərimizin daha yaxşı yaşamasını təmin etməkdir”.

"Hesab edirəm ki, nazirlə Romada keçirdiyimiz görüşdən sonra kritik xammal üzrə ilk memorandumu imzalamağımızın ardınca bu gün həmin sazişin icrasına dair sənədin imzalanması mühüm əhəmiyyət daşıyır. Sənəd birgə müəssisələrin yaradılmasını və bu sahədə birgə fəaliyyətimizi nəzərdə tutur. Kritik xammal sənayenin rəqabət qabiliyyəti baxımından fundamental əhəmiyyət daşıyan məsələdir. Belə xammalın qiyməti bəzən məhsul istehsalı üçün ciddi xərc yükünə çevrilə bilər. Birgə fəaliyyətimiz vasitəsilə xammalın qiymətini azaltmağı və bununla da sənaye sistemlərimizin rəqabət qabiliyyətini artırmağı hədəfləyirik", - deyə italiyalı nazir qeyd edib.

O deyib ki, düşünürəm mövcud beynəlxalq şəraitdə irəliləmək və maneələri aşmaq gücünə malik olmalıyıq: “Azərbaycanlı dostlarımızı əmin edə bilərəm ki, İtaliya yüksəkkeyfiyyətli məhsullar ixrac edir. İtaliya məhsullarının ölkənizdə qəbul edilməsi vətəndaşlarınıza yüksəksəviyyəli məhsullar təqdim etmək deməkdir. İxracımızla bağlı verə biləcəyimiz ən yaxşı zəmanət məhz budur. İqtisadi və sənaye əməkdaşlığı ilə yanaşı, aramızda dostluq münasibətləri də mövcuddur. Həmçinin Yaxın Şərq, Şərqi Avropa, Ukrayna və Rusiya istiqamətlərini nəzərə alsaq, bu regionun sabitliyinin təmin edilməsinə yönəlmiş siyasi əməkdaşlığımız da fundamental əhəmiyyət daşıyır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM

15:28
23 Noyabr

Ukrayna Prezidenti: Kiyev vilayətində beşmərtəbəli binaya hücum nəticəsində 11 nəfər ölüb, iki sakin itkin düşüb

15:12
23 Noyabr

Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib

14:53
23 Noyabr

Ceyhun Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində ərazi iddialarının yer almaması müsbət haldır

14:48
23 Noyabr

İtaliyanın Nazirlər Şurası Sədrinin müavini: Azərbaycan və Ermənistan arasında sülh regionun sabitliyi üçün mühümdür 

14:36
23 Noyabr

Rusiyanın Perm diyarına dron hücumu zamanı bir nəfər ölüb, iki yaralı var

14:32
23 Noyabr

Antonio Tayani: Gələn ilin əvvəlində də qarşılıqlı görüşlərin keçirilməsi nəzərdə tutulur 

14:29
23 Noyabr

İtaliya beynəlxalq səviyyədə Azərbaycanın irəli sürdüyü səkkiz təşəbbüsü dəstəkləyib

14:26
23 Noyabr

Nazir: Azərbaycanla İtaliya arasında indiyədək 65 sənəd imzalanıb 

14:21
23 Noyabr

Ceyhun Bayramov: İtaliya ilə münasibətlərimiz çox möhkəm təməl üzərində qurulub 

14:16
23 Noyabr

Azərbaycan və İtaliya arasında siyasi dialoq yüksək səviyyədədir: XİN-də görüş

14:11
23 Noyabr

Avropada soyuq hava fonunda qazın qiyməti artır

13:59
23 Noyabr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayaninin qəbulu ilə bağlı videoçarx paylaşılıb VİDEO

13:47
23 Noyabr

Sabah hava əsasən yağmursuz olacaq

13:44
23 Noyabr

Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalanıb

13:42
23 Noyabr

Ötən həftə 62 mina və 468 digər partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:42
23 Noyabr

Oktyabrda əlilliyə görə pensiya, müavinət və Prezident təqaüdü alanların sayı məlum olub  

13:27
23 Noyabr

İlmələrdə yaşayan ortaq yaddaş: Bakıda Beynəlxalq Türk Xalçası Simpoziumu təşkil olunub 

13:19
23 Noyabr

Dünyanın ən çox azarkeş toplayan komandaları açıqlanıb  

13:07
23 Noyabr

Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik 

12:57
23 Noyabr

Mikayıl Cabbarov: İtaliya ilə kritik xammal sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır VİDEO  

12:56
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!