28 Iyun 2024 15:59
185
İQTİSADİYYAT
A- A+

Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava ADA Universitetində olub

 

Azərbaycana səfərə gəlmiş Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava iyunun 28-də ADA Universitetində olub.

AZƏRTAC xəbər verir ki, ADA Universitetin prorektoru Fariz İsmayılzadə Asiya İnkişaf Bankının rəhbərinin bu ali təhsil müəssisəsində olmasının böyük şərəf olduğunu bildirib.

Bankın prezidenti Masatsuqu Asakava tələbələrlə görüşün əhəmiyyətini qeyd edərək onlara əriməkdə olan buzlaqlarla bağlı videoçarxı nümayiş etdirib. O, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə böyük tədbirlər həyata keçirdiyini vurğulayıb. Bankın prezidenti, eyni zamanda, bu problemə qarşı tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb.

Masatsuqu Asakava ölkəmizdə keçiriləcək COP29-un bu mübarizə ilə bağlı ən gözəl nümunə olduğunu qeyd edib.

“Beynəlxalq təşkilatlar da COP 29-un Azərbaycanda keçirilməsini ölkənin bu məsələyə böyük töhfəsi kimi dəyərləndirirlər. Ötən il Dubayda COP-la bağlı verdiyim dəstəyi bu il Azərbaycanda edirəm” - deyə Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava bildirib.

Sonda görüş iştirakçıları ilə xatirə fotosu çəkilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video