13 Oktyabr 2026 11:46
386
İQTİSADİYYAT
A- A+
Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb  

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb  


Asiya İnkişaf Bankı (AİB) “Bakı Metropoliteni” QSC-də siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması üçün 302,38 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiq edib. Bu maliyyələşdirmə Azərbaycanın paytaxtında metro xidmətlərinin daha təhlükəsiz, daha etibarlı və daha səmərəli olmasına, eləcə də genişlənən metro şəbəkəsinin effektiv fəaliyyətinin təmin edilməsinə kömək edəcək.

AİB-dən AZƏRTAC-a bildirilib ki, layihə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən və 2,6 milyard dollar dəyərində olan Bakı metrosunun genişləndirilməsi proqramının bir hissəsidir. Proqram çərçivəsində 9 stansiya, 2 depo və 20 kilometr uzunluğunda yeni tunellərin tikintisi, əlavə 300 metro vaqonunun alınması, habelə metropolitenin əməliyyat sistemlərinin modernləşdirilməsi nəzərdə tutulur. Layihə vasitəsilə metro xidmətlərinin əhatə dairəsi və daşıma qabiliyyətinin artırılması, eləcə də Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması hədəflənib.

“Bu layihə rəqəmsal texnologiyalar vasitəsilə “Bakı Metropoliteni” QSC-nin gələcəyin tələblərinə cavab verən şəhər nəqliyyatı sisteminə çevrilməsi istiqamətində mühüm mərhələdir. Qabaqcıl siqnalizasiya texnologiyası və inteqrasiya olunmuş rəqəmsal əməliyyat sistemləri mövcud xidmətləri daha təhlükəsiz və daha etibarlı edəcək, eyni zamanda Bakının sürətlə genişlənən metro şəbəkəsi üçün səmərəli fəaliyyətin əsasını təşkil edəcək”, - AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal bildirib.

Dövlətə məxsus “Bakı Metropoliteni” QSC tərəfindən idarə olunan Bakı metrosunun paytaxtda ictimai nəqliyyat sisteminin mühüm hissəsidir. Metropoliten təxminən 41 kilometrlik dəmir yolu xətti boyunca 27 stansiyaya xidmət göstərir və 2025-ci ildə metro vasitəsilə təxminən 220,4 milyon sərnişin daşınıb.

QSC-də siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması layihəsi mövcud siqnalizasiya sistemini müasir, rabitə əsaslı qatar idarəetmə texnologiyası ilə əvəz edəcək və əməliyyatların idarəetmə mərkəzini təkmilləşdirəcək. Bu investisiya vasitəsilə pik saatlarda qatarların daha qısa intervallarla hərəkət etməsi, həmçinin xidmətlərdə fasilələrə səbəb ola biləcək və sərnişinlərin təhlükəsizliyinə təsir edə biləcək əməliyyat hadisələrinin minimal səviyyəyə enməsi gözlənilir.

Siqnalizasiya sisteminin modernləşdirilməsindən əlavə layihə korporativ fəaliyyət, aktivlərin idarə edilməsi, kibertəhlükəsizlik, sərnişin məlumatı və sərnişin sıxlığının idarə olunması üçün inteqrasiya edilmiş rəqəmsal sistemlərin tətbiqini nəzərdə tutur. Bu sistemlər yenilənmiş məlumat mərkəzləri və təhlükəsiz şəbəkə infrastrukturu ilə dəstəklənəcək. Bu investisiya “Bakı Metropoliteni” QSC-nin əməliyyatlara və quruma dair məlumatlardan daha səmərəli istifadə etməsinə, texniki xidmət və qərar qəbuletmə proseslərini təkmilləşdirməsinə, həmçinin enerji səmərəliliyini artırmasına imkan verəcək.

Həmçinin layihə texniki təlimlər və kadr potensialının inkişafı vasitəsilə “Bakı Metropoliteni” QSC-nin institusional potensialını və rəqəmsal imkanlarını gücləndirəcək. Bu layihə işə qəbul, təlim, sertifikatlaşdırma və karyera inkişafı tədbirləri vasitəsilə qadınların texniki və rəqəmsal sahəyə dair vəzifələrdə daha çox təmsil olunmasını təşviq edəcək.

Layihənin ümumi dəyəri təxminən 515,07 milyon dollardır. Bu layihə üçün Asiya İnfrastruktur İnvestisiya Bankının 79,98 milyon dollar həcmində birgə maliyyələşdirmə həyata keçirməsi, Azərbaycan hökumətinin isə 132,71 milyon dollar həcmində maliyyə ayırması gözlənilir.

AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!