29 İyun 2024 09:10
2103
CƏMİYYƏT
A- A+
Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

 

Alimlər müəyyənləşdiriblər ki, Yer kürəsini növbəti kütləvi məhv olmaqdan xilas etmək üçün planetin quru səthinin təxminən bir faizi qorunmalıdır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, canlıların yox olması təkamül nöqteyi-nəzərindən təbii prosesdir, lakin geoloji baxımdan bəzən çoxlu sayda canlı növlər qısa müddətdə yox ola bilir. 2 milyon il ərzində Yer kürəsindəki canlı növlərin ən azı 75 faizinin yoxa çıxması kütləvi yox olma adlanır. Bu günə qədər Yer kürəsində ən azı 5 kütləvi məhv olma hadisəsi bilindiyi halda, sonuncusu təxminən 65 milyon il əvvəl planetə düşmüş meteoritlə baş verib və dinozavrların sonunu gətirib.

Alimlər 6-cı kütləvi yoxluğun qarşısının alınmasının necə mümkün olduğunu müəyyənləşdirməyə çalışıb. Biomüxtəliflik məlumatları vasitəsilə Yer səthinin xəritəsini çəkən tədqiqatçılar, canlı növlərinin əksəriyyətinin çox məhdud ərazilərdə, müəyyən yerlərdə yaşadığını aşkarlayıblar. Nadir adlandırdıqları və nəsli kəsilməkdə olan canlı növlərin məlumatlarını təhlil edən alimlər müəyyənləşdiriblər ki, 16 825 ərazinin mühafizəsi kütləvi yoxluğun qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.

Məqalənin müəlliflərindən biri olan professor Erik Dinersteyn “Newsweek” jurnalındakı açıqlamasında xəbərdarlıq edir: “Biz Yer kürəsinin tarixində altıncı kütləvi məhv olma böhranının ortasındayıq, lakin bu, ilk dəfədir ki, insan fəaliyyəti ilə əlaqələndirilir. Yer üzündə həyatın 6-cı kütləvi məhvinin qarşısını almaq üçün Yer səthinin yalnız 1,2 faizinə ehtiyacımız olduğunu aşkar etdik”.

Tədqiqatçılar nəsil kəsilməsinin qarşısı alına bilən 4700 növ canlını müəyyən etdiklərini və bu ərazilərdə daha bir çox növün mühafizəyə ehtiyacı olduğunu bildirirlər. Qorunmağa ehtiyacı olduğu bildirilən təxminən 17 min ərazinin 76 faizini tropik yağış meşələri təşkil edərkən, bu bölgələr Braziliya, Filippin, İndoneziya, Madaqaskar və Kolumbiyada cəmləşib. Yeni araşdırma 2018-2023-cü illər arasında 1,2 milyon kvadrat kilometr ərazinin qorunduğunu, lakin bunun 10 faizindən azının nəsli kəsilməkdə olan növlərə ev sahibliyi etdiyini vurğulayır. Tədqiqatçılar diqqətə çatdırırlar ki, qorunma səylərini bu növlərin yaşadığı ərazilərə yönəltməklə daha səmərəli nəticələr əldə ediləcək. Onların hesablamalarına görə, yaxın 5 il ərzində bu ərazilər ildə 169 milyard dollarla qoruna bilər. Layihə ən çox növlərin yaşadığı tropik bölgələrlə məhdudlaşırsa, xərclər ildə 34 milyard dollara qədər azalır. Tədqiqatın həmmüəllifi Andy Lee isə bunu belə təsvir edir: “Bu, ABŞ-ın ümumi daxili məhsulunun 0,2 faizindən azına, qlobal qalıq yanacaq sənayesinə fayda verən illik subsidiyaların 9 faizindən azına və hər il mədənçıxarma və aqromeşə sənayesindən əldə edilən gəlirin kiçik bir hissəsinə bərabərdir”.

Alimlər bildirirlər ki, bu ərazilərin mühafizəsi hazırda maliyyə baxımından mümkündür, lakin bu, zamanla keçəcək. Onlar bu əraziləri 2030-cu ilə qədər qorumağa çağırır. Həmçinin alimlər ümid edirlər ki, bu ərazilərin qorunması planetin 30 faizinin qorunması istiqamətində atılmış ilk addım olacaq və bu, həm də iqlim böhranının təsirlərini yavaşlatmaq üçün mühüm əhəmiyyət kəsb edən əraziləri, məsələn, yağış meşələrini qoruyacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci plenar sessiyasında təmsil olunacaq  

13:32
22 Noyabr

Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb  

13:13
22 Noyabr

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb  

13:12
22 Noyabr

COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib  

13:11
22 Noyabr

İsveçrə nümayəndəsi: İnanıram ki, COP29 doğru bir yol olacaq  

13:10
22 Noyabr

COP29 Malayziya mətbuatında  

13:09
22 Noyabr

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

COP29-un iştirakçısı: Burada aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür  

11:50
22 Noyabr

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  

11:49
22 Noyabr

Ötən ay yaşa görə sosial müavinət alanların sayı 155 mindən çox olub  

11:46
22 Noyabr

Azərbaycan nefti bahalaşıb  

11:46
22 Noyabr

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq  

11:42
22 Noyabr

Seneqallı iştirakçı: Ümid edirik ki, COP29-dan sonra daha çox ölkə iqlimlə bağlı maliyyə ayıracaq  

11:19
22 Noyabr

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub  

11:02
22 Noyabr

On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb  

10:59
22 Noyabr

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

10:41
22 Noyabr

Lester Universitetinin professoru: COP29 biomüxtəlifliyin qorunması üsullarını müzakirə etmək üçün imkan yaratdı

10:37
22 Noyabr

Sərhəd Qoşunlarının komandanı azad olunan ərazilərdə dövlət sərhədinin mühafizəsi istiqamətində görülən işlərdən danışıb  

10:22
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!