23 Oktyabr 2026 10:30
273
DÜNYA
A- A+
Antonio Quterreş: Dünyada ərzaq, yanacaq və digər zəruri məhsulların qiymətləri ilə bağlı gərginlik artır

Antonio Quterreş: Dünyada ərzaq, yanacaq və digər zəruri məhsulların qiymətləri ilə bağlı gərginlik artır


BMT-nin Baş katibi cümə axşamı bildirib ki, hamı üçün daha təhlükəsiz bir dünya təmin etmək məqsədilə beynəlxalq ictimaiyyət bərabərsizliyə qarşı mübarizə aparmalı və müharibələrin genişlənməsinin qarşısını almalıdır.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Misirə səfəri ərəfəsində Nyu-Yorkda jurnalistlərə açıqlama verən Antonio Quterreş Avropada və digər regionlarda artan ictimai narazılığa toxunub. O qeyd edib ki, insanlar yaşayış xərclərinin artması ilə bağlı narazılıqları ifadə etmək üçün küçələrə çıxıblar. “Hər yerdə ərzaq, yanacaq və digər zəruri məhsulların qiymətləri ilə bağlı gərginlik artır. Həm insanlar, həm də ölkələr üçün faiz dərəcələri yüksəlib. Gənclər üçün isə daha yaxşı gələcək vədi getdikcə daha əlçatmaz olur”, -deyə Baş katib vurğulayıb.

A. Quterreş Fransa, İtaliya və digər yerlərdə bir neçə gün davam edən etirazlar zamanı müşahidə olunan zorakılıq və dağıntıları açıq şəkildə pisləyərək bildirib ki, cinayət xarakterli əməllərə görə məsuliyyət daşıyanlar cavab verməli olacaqlar, amma etirazçıların haqlı narazılıqları da diqqətdən kənarda qalmamalıdır. O əlavə edib: “Biz çox real və dinc şəkildə ifadə edilən şikayətlərin dünyamızdakı daha geniş qarışıqlıqla nə qədər dərin bağlı olduğunu daha yaxşı başa düşməliyik”.

Baş katib bildirib ki, bu gün artan münaqişələr hava şəraitini pozan və minlərlə kilometr uzaqlıqdakı həyatı alt-üst edən El-Nino iqlim fenomeninə bənzəyir: “İndi müharibənin El-Ninosuna şahidlik edirik. Münaqişələr bir-birini əvəz edir, onların nəticələri isə daha sürətlə yayılır”.

BMT-nin rəhbəri vurğulayıb ki, Yaxın Şərq, Ukrayna və Sudan kimi ərazilərdə dinc insanlar və mülki infrastruktur - evlər, xəstəxanalar, məktəblər, hava limanları, elektrik stansiyaları və enerji obyektləri qəsdən atəşə tutulur. O, müharibənin enerji bazarlarını, gəmiçiliyi, təchizat zəncirlərini və maliyyə sistemlərini pozduğunu da diqqətə çatdırıb.

Baş katib sözlərini yekunlaşdıraraq qeyd edib: “İnsanlar hər yerdə təhlükəsizlik istəyirlər. Onlar ləyaqət istəyirlər. Onlar hökumətlərin və beynəlxalq təşkilatların öz vəzifələrini layiqincə yerinə yetirməsini gözləyirlər. Bu, cəmiyyətləri parçalayan bərabərsizliklərlə mübarizə aparmaq, həmçinin insan əzablarını artıran, qiymətləri yüksəldən, inkişaf üçün nəzərdə tutulan resursları tükəndirən və onsuz da bərabərsiz olan dünyada uçurumu daha da dərinləşdirən münaqişələrə son qoymaq deməkdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdamda bütün imkanlar yeni vəzifələrə hədəflənib

12:04
23 Oktyabr

Ordubadın Dırnıs və Kələki kəndlərinə gələn sel ciddi fəsadlar törədib

11:57
23 Oktyabr

KTMT-nin baş katibi Ermənistanın təşkilatdan de-fakto çıxdığını bildirib

11:50
23 Oktyabr

İşğaldan azad olunmuş ərazilərə növbəti köç yola salınıb

11:43
23 Oktyabr

Şahdağda qar, Gədəbəydə dolu yağıb 

11:35
23 Oktyabr

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib  

11:26
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

11:23
23 Oktyabr

Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb

11:17
23 Oktyabr

Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü silsilə tədbirlərlə davam edir  

11:12
23 Oktyabr

Azərbaycan nefti 121 dollardan baha satılır

11:03
23 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

10:48
23 Oktyabr

Metoronun “Həzi Aslanov” stansiyasında yenidənqurma işləri başa çatıb

10:42
23 Oktyabr

Azərbaycan Zəngəzur dəhlizinin reallaşması istiqamətində mümkün səyləri həyata keçirir

10:35
23 Oktyabr

Antonio Quterreş: Dünyada ərzaq, yanacaq və digər zəruri məhsulların qiymətləri ilə bağlı gərginlik artır

10:30
23 Oktyabr

“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur

10:23
23 Oktyabr

Neft sızması nəticəsində BƏƏ-nin bəzi çimərlikləri bağlanıb

10:18
23 Oktyabr

Saxarov mükafatı Beynəlxalq Cinayət Məhkəməsinə verilib

10:14
23 Oktyabr

Birjalarda neft bahalaşıb 

10:10
23 Oktyabr

Yasamal və Abşeron rayonlarının bəzi ərazilərində işıq olmayacaq

10:07
23 Oktyabr

Bu gün Beynəlxalq Qar Bəbiri Günüdür

10:00
23 Oktyabr

Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub

09:40
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!