12 Yanvar 2026 17:36
401
CƏMİYYƏT
A- A+
ANAMA yanında İctimai şura baş verən ardıcıl mina hadisələri ilə bağlı açıqlama yayıb  

ANAMA yanında İctimai şura baş verən ardıcıl mina hadisələri ilə bağlı açıqlama yayıb  


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai şuranın üzvləri son vaxtlar işğaldan azad edilmiş ərazilərdə ardıcıl şəkildə baş verən mina hadisələri ilə əlaqədar müzakirələr aparıblar.

AZƏRTAC xəbər verir ki, müzakirələrin yekununda İctimai şura üzvləri ictimaiyyətə açıqlama yayıblar.

Açıqlamada bildirilir ki, son günlər işğaldan azad edilmiş ərazilərdə ardıcıl olaraq baş verən mina hadisələri ciddi narahatlıq doğurur: “Yeni ilin ilk günlərində artıq ikinci mina hadisəsi qeydə alınıb. Bu fakt bir daha göstərir ki, mina təhlükəsi hələ də real və davam edən risk olaraq qalmaqdadır. İkinci Qarabağ müharibəsindən sonra ötən dövr ərzində 417 nəfər mina və partlamamış hərbi sursatların partlayışı nəticəsində həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmişlər arasında regiona səfər edən mülki şəxslər, kənd təsərrüfatı ilə məşğul olanlar, bərpa-quruculuq işlərində iştirak edən işçilər, jurnalistlər, hərbiçilər, eləcə də xidməti vəzifələrini yerinə yetirən qurumların əməkdaşları vardır.

ANAMA yanında İctimai Şura olaraq bir daha diqqətə çatdırırıq ki, təmizlənməmiş ərazilərə daxil olmaq, naməlum əşyalara toxunmaq, xəbərdarlıq nişanlarına məhəl qoymamaq ağır və bəzən geridönüşü olmayan nəticələrə səbəb olur. Məhz təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək mina hadisələrinin qarşısının alınması məqsədi ilə mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirkləndirilmiş ərazilərin müvəqqəti olaraq konservasiya olunaraq çəpərlənməsi fəaliyyəti icra edilir. Xüsusən, gündəlik fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə həyata keçirən şəxslər, eləcə də doğma yurdlarına qayıdan əhalinin tələb olunan qaydalara riayət etməsi həyati vacibdir.

Bu gün mina təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfindən müvafiq kompleks işlər davam etdirilir. Hesab edirik ki, mina təhlükəsinin qarşısının alınmasında yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyətli davranışı həlledici əhəmiyyət daşıyır. İnanırıq ki, təhlükəsizlik qaydalarına əməl etmək insan həyatını qorumağın ən etibarlı yoludur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, regionda istisnasız olaraq hər kəsi yalnız icazə verilmiş və təmizlənmiş ərazilərdə fəaliyyət göstərməyə, xəbərdarlıq nişanlarına ciddi yanaşmağa, şübhəli əşya və ya mina riski olan hallarla rastlaşdıqda dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırıq.

Dünyada insan həyatının qorunmasından qiymətli heç nə yoxdur. Yaddan çıxarmayaq ki, mina təhlükəsinə laqeyd yanaşma yeni faciələrə yol aça bilər”, - deyə məlumatda vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!