18 Mart 2026 11:39
132
DÜNYA
A- A+
Amerikalı politoloq İranın gələcəyinə dair dörd ssenari irəli sürüb  

Amerikalı politoloq İranın gələcəyinə dair dörd ssenari irəli sürüb  


İran münaqişədən sonra ölkənin gələcəyi ilə bağlı dörd mümkün variantla üzləşə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə amerikalı politoloq Kennet Pollak “Foreign Affairs” nəşri üçün yazdığı məqalədə bildirib. Müəllifin fikrincə, Amerika-İsrail strategiyası İran üçün dörd mümkün ssenaridən birinə gətirib çıxaracaq. Onlardan ən çox ehtimal olunanı rejimin saxlanmasıdır. Üstəlik, bu versiya İranın ABŞ və İsrailə qarşı əvvəlkindən daha çox düşmən olmasına gətirib çıxara bilər.

İkinci ssenari İslam Respublikasında rejimin süqutu ilə bağlıdır. "Rejim süqut edərsə, İran çox güman ki, vətəndaş müharibəsinə və xaosa yuvarlanacaq. Vaşinqtonun İranda təhlükəsizliyin təmin edilməsində heç bir marağı olmadığı üçün bunun qarşısını almaq çətin olacaq”, - deyə Pollak qeyd edir. Onun sözlərinə görə, İranda vətəndaş müharibəsi ABŞ və onun müttəfiqləri üçün fəlakət deməkdir.

Üçüncü ssenari İranın nizami silahlı qüvvələrinin rəhbərlik etdiyi hərbi diktaturanın yaranması olardı. Ekspertin fikrincə, İslam Respublikasındakı rejim süqut etdiyi təqdirdə, bu, ən çox ehtimal olunan variantdır. O qeyd edib ki, bu variant nə İran xalqı, nə də ABŞ üçün ideal olmasa da, mövcud rejimin sərtləşdirilməsindən və ya tammiqyaslı vətəndaş müharibəsindən daha yaxşıdır.

Pollak dördüncü variantı - rejimin stabil demokratiya ilə sürətli və dinc yolla əvəzlənməsini ən az ehtimal olunan ssenari adlandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda telefon rabitəsinin 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib -

13:04
18 Mart

Çanaqqala döyüşlərindən 111 il ötür

12:43
18 Mart

Media: Yaxın Şərqdə gərginlik başlayandan bəri Hörmüz boğazından təxminən 90 gəmi keçib

12:31
18 Mart

Türkiyənin baş konsulu: Çanaqqala zəfəri təkcə türk tarixinə deyil, dünya tarixinə böyük təsir göstərib 

12:21
18 Mart

Nazir: Sağlam mühit uğurun əsas şərtlərindən biridir

12:17
18 Mart

Kolumbiyanın sərhəd bölgələrində bombardmanlar nəticəsində azı 27 nəfər ölüb

12:10
18 Mart

“Brent” neftinin qiyməti ilin əvvəlindən bəri 70 faizədək bahalaşıb

11:44
18 Mart

Ukraynalı ekspert: Azərbaycan etibarlılığını daim sübut edib

11:44
18 Mart

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

11:42
18 Mart

Amerikalı politoloq İranın gələcəyinə dair dörd ssenari irəli sürüb  

11:39
18 Mart

Xocalı prospektində yaşayış binasında baş verən yanğınla bağlı araşdırma başlanıb – YENİLƏNİB  

11:37
18 Mart

Türkiyə Prezidenti: Jurnalistika cəmiyyət üçün həqiqət kompasıdır  

11:35
18 Mart

Bakı aeroportu bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

11:15
18 Mart

Ötən gün narkotiklərlə əlaqədar 26 fakt müəyyən edilib

11:13
18 Mart

CNN: ABŞ Yaxın Şərqə 2200-dək əlavə dəniz piyadası göndərir

11:11
18 Mart

Qazaxıstanda yeni Konstitusiyanın mətni dərc edilib

10:50
18 Mart

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:32
18 Mart

Dünya birjalarında neft ucuzlaşıb

10:32
18 Mart

Azərbaycan nefti 1 dollar ucuzlaşıb

10:31
18 Mart

Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Kobaxidzeyə

10:30
18 Mart

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb

10:28
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!