03 May 2024 18:07
4664
Səhiyyə
A- A+

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

 

Piylənmə qlobal miqyasda əsas sağlamlıq problemlərindən biridir.1975-ci ildən bəri Ümumdünya Səhiyyə Təşkilatı artıq çəkidən əziyyət çəkən insanların sayının təxminən üç dəfə çoxaldığını bildirib. Bu tendensiya bütün dünyada çəki problemlərinin davamlı artımının səbəbləri ilə bağlı narahatlıq doğurur.

Ümumi nəzəriyyələrə görə, piylənməyə həddindən artıq yağ, karbohidrat istehlakının və ya az fiziki fəaliyyətin əsas səbəb ola biləcəyi ehtimal olunur.

AZƏRTAC “Knowridge” saytına istinadla xəbər verir ki, Boston Universitetinin tibb və biokimya üzrə sabiq professoru Barbara Korkinin araşdırması obesogenlər adlandırılan bəzi kimyəvi maddələrin piylənmədə əhəmiyyətli rol oynaya biləcəyini ortaya qoyub. Həmin maddələrin orqanizmdə yağları və enerjini idarəetmə ritmini pozduğu düşünülür.

Obesogenlər bədəndəki təbii proseslərə müdaxilə edə bilən kimyəvi maddələrdir ki, bu da yağların yığılmasının artmasına və aclıq siqnallarının dəyişməsinə səbəb olur. Onlar ətraf mühitimizdə son 50 ildə mövcud olmağa başlayıb. Obesogenlərə emal olunmuş qidaların, içməli suyun və hətta nəfəs aldığımız havanın tərkibində rast gəlinir.

Korki bu maddələrin bədənin "redoks vəziyyətinə" təsir göstərə biləcəyini söyləyir. Həmin vəziyyət orqanizmin enerjiyə ehtiyacını müəyyənləşdirməyə kömək edən vacib siqnal mexanizmidir. Bu siqnalın pozulması orqanizmdə əlavə enerjiyə ehtiyac olmasa belə, yağ ehtiyatının artmasına və ya lüzumsuz aclığa səbəb ola bilər.

Obesogenlərə təbii vəziyyəti ciddi şəkildə dəyişdirilmiş qəlyanaltılar və şirniyyatlar kimi ultra işlənmiş qidaların tərkibində daha çox rast gəlinir.

Bu tədqiqat çəkinin idarə edilməsi, piylənmə ilə bağlı daha məlumatlı olmaq üçün dəyərli təlimatlar verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video