15 Oktyabr 2024 10:32
192
CƏMİYYƏT
A- A+
AHİK nümayəndə heyəti Brüsseldə PARŞ İcraiyyə Komitəsinin iclasında iştirak edib

AHİK nümayəndə heyəti Brüsseldə PARŞ İcraiyyə Komitəsinin iclasında iştirak edib

Oktyabrın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) Pan Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin iclası keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

PARŞ-nin Baş katibi xanım Ester Linç gündəliyə çıxarılan məsələlər və görüləcək işlər barədə İcraiyyə Komitəsinin üzvlərini məlumatlandırıb. İclasda BHİK-nın Baş Şurasının toplantısına hazırlıq və fəaliyyət planları, keçirilən kampaniyalar müzakirə edilib, 2025-ci ilin iş planı nəzərdən keçirilib. Eləcə də iclasda Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransına hazırlıq prosesi, COP29 və digər müvafiq mövzularda qarşılıqlı fikir mübadiləsi aparılıb.

BHİK-nın iqlim siyasəti üzrə mütəxəssisi Bert De Vel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən, bu istiqamətdə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən və görüləcək işlərdən danışıb.

Tədbirdə çıxış edən AHİK sədri Sahib Məmmədov iqlim dəyişmələrinin fəsadlarını, ədalətli keçid və bu prosesdə həmkarlar ittifaqlarının rolunu qeyd edib. Bildirib ki, sabit və təhlükəsiz ölkə olan Azərbaycanda COP29-a hazırlıqlar peşəkar səviyyədə aparılır. O həmçinin COP29-un şəffaf, qərəzsiz və inklüziv şəkildə keçəcəyindən, tədbirin bütün aspektləri çərçivəsində dayanıqlılıq və həmrəyliyin ən yüksək səviyyədə tərənnüm olunacağından əminliyini ifadə edib. Nəticədə bütün bunların ekoloji təsirlərin azalmasına və geniş ictimai iştiraka gətirib çıxaracağını diqqətə çatdırıb.

Eyni zamanda AHİK sədri Azərbaycanda əmək hüquqlarının qorunması, layiqli əmək şəraitinin yaradılması istiqamətində görülən işlər barədə danışıb, BHİK-nın bəyannamələrinin, qərarlarının, habelə tapşırıq və tövsiyələrinin Azərbaycan həmkarlar ittifaqları üçün önəmini vurğulayıb.

Qeyd edib ki, AHİK və BHİK arasında əməkdaşlıq yüksək səviyyədədir və bundan sonra da münasibətlərin genişləndirilməsi istiqamətində də müvafiq addımlar atılacaq.

“Qloblal iqlim dəyişmələri kömür, neft və qaz sənayesinə, eləcə də burada çalışan işçilərə daha çox təsir göstərir. Bu səbəbdən həmkarlarımızın risk altında olduğunu dərk etməli və onların hüquqlarının qorunması üçün tədbirlər görülməlidir. “Yaşıl iqsaddiyyat”a ədalətli keçid ən effektiv və yeganə çıxış yoludur. Hesab edirəm ki, işsizlikdən sığorta, davamlı təhsil imkanları mühüm tədbirlər arasında olmalıdır. Bu prosesdə inklüzivliyə də xüsusi diqqət yetirməliyik, çünki ədalətli keçid təkcə yüksək inkişaf etmiş ölkələrin işçiləri üçün deyil, həm də inkişaf etməkdə olan ölkələrin əmək adamlarının da hüquqları qorunmalıdır”, - deyə, Sahib Məmmədov vurğulayıb.

AHİK sədri çıxışında qarşıda duran məqsəd və vəzifələrin icrasında birgə əməkdaşlığın əhəmiyyətinə də diqqət çəkib: “Ədalətli keçiddə beynəlxalq əməkdaşlıq əsas faktordur. Həmkarlar ittifaqları, işəgötürənlər və hökumət əmək hüquqlarını qorumaq üçün bir araya gəlməli və səylərini birləşdirməlidirlər. Gələcək nəsillərin daha yaşıl və dayanıqlı bir dünyaya sahib olmaları üçün bunu etməyə borcluyuq”. 

Tədbirdə digər çıxışlar da dinlənilib, 2024-2025-ci illər üzrə icra olunan layihələr, qarşıda duran vəzifələr, maliyyə hesabatları müzakirə olunub, PARŞ-nin Gənclər və Qadınlar komitələrinin hesabatları dinlənilib.

AHİK sədri tədbir çərçivəsində PARŞ-nin Baş katibi xanım Ester Linçlə də görüşüb. İcraiyyə Komitəsinin iclasına dəvətə görə, Baş katibə təşəkkür edən AHİK sədr PARŞ  və BHİK-da olan həmkarlarla görüşməkdən məmnun olduğunu bildirib.

Konfederasiya sədri ötən ay Bakıda “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransı xatırladıb və bu tədbirin ikitərəfli əməkdaşlığa verdiyi töhfələri qeyd edib.

Həmçinin AHİK-in hazırda gördüyü işlər, həyata keçirdiyi layihələr barədə PARŞ Baş katibinə məlumat verilib, “AHİK Könüllüləri” proqramının mahiyyətindən danışılıb. Qeyd edilib ki, bu proqram həmkarlar ittifaqlarının fəaliyyətinin təbliğində, nüfuzunun artırılmasında faydalı olmaqla yanaşı, həm də gənclərin bilik və bacarıqlarının yüksəldilməsi, istedadlarının üzə çıxarılması və təcrübə qazanmaları üçün mühüm fürsətdir.

Ölkəmizin tanınmış simalarından ibarət olacaq “Layiqli Əmək Səfirləri” layihəsi barədə də məlumat verilib və hər iki layihə Baş katib Ester Linçin marağına səbəb olub.

İqlim dəyişmələri, ədalətli keçidə nail olmaq üçün həmkarlar ittifaqlarının vəzifələri, bu qlobal bəlaya qarşı birgə mübarizənin əhəmiyyəti barədə də görüşdə söz açılıb, fikir mübadiləsi aparılıb.

Dəvəti qəbul edib İcraiyyə Komitəsinin iclasında iştirak etdiyinə görə, Sahib Məmmədova minnətdarlıq edən Baş katib Ester Linç BHİK və PARŞ-nin AHİK-lə münasibətlərinin səviyyəsindən razılığını bildirib və əməkdaşlığın bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda AHİK sədri Sahib Məmmədov xanım Ester Linçə milli oranmentlərlə bəzədilmiş kəlağayı təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!