13 May 2025 08:35
625
İQTİSADİYYAT
A- A+
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi həm də Zəngəzur dəhlizinin səmərəli fəaliyyətinə hesablanıb

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi həm də Zəngəzur dəhlizinin səmərəli fəaliyyətinə hesablanıb


Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu günlər işğaldan azad olunan ərazilərdə bir çox obyektlərin, o sıradan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib. Həmin obyekt yerli əhəmiyyətli olmaqla yanaşı, həm də Azərbaycanın dünya səviyyəsində tranzit ölkəsinə çevrilməsi siyasətinin bir parçasıdır. 

İşğaldan azad edilən ərazilərdə çəkilən dəmir yolu xətti və digər infrastrukturun bir məqsədi də gələcəkdə Zəngəzur dəhlizinin səmərəli fəaliyyətini təmin etməkdir. Dövlət başçısının dediyi kimi,  Ermənistan istəsə də, istəməsə də, Zəngəzur dəhlizi açılacaq. Ona görə ki, dünyanın qüdrətli dövlətləri və biznes dairələrin məqsədi qlobal ticarətin genişlənməsinə nail olmaqdır. Zəngəzur dəhlizinin açılması da bu prosesin tərkib hissəsidir. 

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə-Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb, özü də dünya standartları səviyyəsində. Kompleksin ərazisində müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması da tikilib. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub və uzunluğu 350 metrdir. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar da işləyəcək avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb.

Kompleksdə dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək. 

İşğaldan azad olunan ərazilərdə icra edilən belə layihələr təbii ki, ilk növbədə, yerli tələbat nəzərə alınaraq icra olunur. Bu baxımdan, sözügedən kompleks Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, rayonun sosial-iqtisadi dirçəlişinə, Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə, bütövlükdə Böyük qayıdış proqramının icrasına mühüm töhfə verəcək. Ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu layihələri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin inkişafına müsbət təsirlər göstərəcək. Yeni dəmiryol xətləri həm sərnişinlərin, həm də sənaye və kənd təsərrüfatı məhsullarının daha tez və sərfəli daşınmasını təmin etməklə bölgənin logistik potensialını əhəmiyyətli dərəcədə artıracaq.

Ölkəmizin "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi bölgəni yük axınlarının toplanması, çeşidlənməsi və paylanması üçün əlverişli məkana çevirir. Ağdam Dəmir Yolu və Vağzal Kompleksi də müasir  infrastruktur obyekti və logistik mərkəz kimi, həm də beynəlxalq ticarətin inkişafına təkan verəcək. Bu kompleks Qarabağ regionunun mühüm nəqliyyat mübadilə mərkəzinə çevriləcək.

Söz düşmüşkən, onu da qeyd edək ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çinin "CRRC Ziyang Co., Ltd" şirkətindən 7 lokomotiv və ehtiyat hissələri almaq üçün 26 milyon dollar dəyərində saziş imzalayıb. Ümumiyyətlə, ADY texniki bazanın inkişafına xüsusi əhəmiyyət verir, yeni lokomotivlərin alınması da bununla bağlıdır. Qabaqcıl texnologiyalarla, innovativ dartı sistemləri ilə təchiz olunan və yüksək texniki göstəricilərə malik müasir AC50 tipli magistral dizel lokomotivi yüksək dartı gücü, daha böyük yanacaq tutumu və etibarlığı ilə seçilir. AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) tərəfindən müəyyən edilmiş IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu, lokomotivdən xüsusi emissiya tələbləri olan ərazilərdə istifadə etməyə imkan verir.

Lokomotivlərin xüsusən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə, eləcə də digər istiqamətlərdə artan yükdaşımalara xidmət etmək üçün istifadəsi nəzərdə tutulur. Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin davamlı artmasını nəzərə alan ADY növbəti mərhələdə əlavə 14 magistral lokomotiv almağı planlaşdırır.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib  

23:07
04 Mart

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib

22:58
04 Mart

Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının bir hissəsi ölkəyə təxliyə edilib 

22:55
04 Mart

Azərbaycan XİN: Qətərdə olan 200 nəfər vətəndaşımızın təxliyəsi istiqamətində iş aparılır  

22:54
04 Mart

İrandan təxliyə davam edir - 8 ölkənin vətəndaşları “Astara” buraxılış məntəqəsindən keçib

22:13
04 Mart

Braziliya səfiri də daxil olmaqla üç ölkənin diplomatları Azərbaycana təxliyə olunub 

21:46
04 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:36
04 Mart

Azərbaycan Kuboku: “Şamaxı”nı üstələyən “Qarabağ” yarımfinala yüksəlib

21:18
04 Mart

Nazir: Londonda Azərbaycan–Böyük Britaniya əməkdaşlığının texnoloji gündəliyi müəyyənləşdirilib  

21:07
04 Mart

“Yeni reallıqlar və müasir Azərbaycan: aktual çağırışlar fonunda gələcəyə baxış”

20:46
04 Mart

Azərbaycanın turizm potensialı “ITB Berlin 2026” sərgisində təbliğ olunur

20:32
04 Mart

Qətərin dörd sənaye şirkəti istehsalı dayandırıb

19:53
04 Mart

Türkmənistanın əfsanəvi milli atüstü oyunlar qrupundan Bakıda möhtəşəm şou Y

19:39
04 Mart

Pentaqon rəhbəri: ABŞ İranda müasir döyüş sursatlarından daha az istifadə edəcək  

19:36
04 Mart

İran hərbi gəmisinin batması nəticəsində azı 80 nəfər ölüb

19:31
04 Mart

Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinə Fəxri fərmanlar təqdim olunub

19:28
04 Mart

Böyük Britaniyada Çinə casusluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb

19:24
04 Mart

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib, 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub

19:02
04 Mart

İsrail Hərbi Hava Qüvvələri Tehranın hava limanına zərbə endirib

19:01
04 Mart

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan ölkəmizə ekstradisiya edilir  

18:51
04 Mart

Misirə doğru hərəkət edən Rusiya gəmisi batıb

18:47
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!