05 May 2024 09:05
217
CƏMİYYƏT
A- A+

Ağdam Ağsaqqallar Şurasının konfransı keçirilib

 

Ağdam Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Konfransda rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, rayon Ağsaqqallar Şurasının üzvləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, ziyalılar iştirak etmişlər.
Ulu Öndər Heydər Əliyevin mərkəzi meydandakı abidəsi ziyarət olunduqdan sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Vaqif Həsənov və digər natiqlər ölkəmizdə ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğısından, onların mədəni-ictimai həyatımızdakı rolundan danışmışlar. 
Sonra rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılovun şuranın fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilmişdir. Konfransın sonunda rayon ağsaqqalları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video