"Ağ ölüm"lə mübarizə
Bu proses yeni problemlər də ortaya çıxarır
Əsrin qlobal sosial problemlərindən olan narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyi kimi qalmaqda davam edir. Heç bir sərhəd tanımayan narkomaniya irqindən, dinindən və yaşından asılı olmayaraq, bütün xalqları düşündürən bəladır. Qarşısını almaq çox çətin olan bu fəsad həm də cinayətkarlığı artırmaqla əlavə problemlərə yol açır.
Hazırda dünyada milyonlarla insan "ağ ölüm"ün əsirinə çevrilib. Statistikaya nəzər yetirdikdə vəziyyətin nə qədər acınacaqlı olduğuna şahidlik edirik. Lakin statistik rəqəmlər də vəziyyətin dəhşətini olduğu kimi əks etdirmir.
Azərbaycan da bu problemlə mübarizədə ardıcıl və məqsədyönlü addımlar atır.
Narkomaniyaya qarşı mübarizə daha da gücləndirilib
Son dövrlər ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə mühüm irəliləyişlər əldə olunub. Məsələn, ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 10060 cinayət faktı aşkarlanıb. Onlardan 3141-i narkotik vasitələrin qanunsuz satışı, 6629-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 286-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 4-ü isə bu kateqoriyadan olan digər cinayətlərdir.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən təxminən 7,1 ton narkotik vasitələr və psixotrop maddələr müsadirə olunub. Bu isə 2022-ci illə müqayisə edildikdə təxminən 1,6 ton daha çoxdur.
Problemlə bağlı fikirlərini bildirən psixoloq Elnur Rüstəmov qeyd etdi ki, narkotik maddələrdən istifadə dünyada olduqca geniş yayılıb: "Narkotik asılılıq nəzarət edilməsi çətin olan maddə axtarışı və istifadəsilə xarakterizə olunan xroniki bir xəstəlikdir. O, insanların genofonduna sarsıdıcı zərbələr vuraraq, qarşısıalınmaz təhlükəyə çevrilib. Narkotik istifadəsinin başlanğıcı adətən yeniyetməlik dövrünə təsadüf edir. Erkən yaşlarda ailədə şiddət görmək, ətraf mühitin mənfi təsiri, spirtli içki və siqaret çəkmək, müxtəlif hadisələrə bağlı travmalar və hər hansı bir ailə üzvünün narkotik asılılığı kimi mənfi hallar narkotik maddələrin istifadəsinə meyilliliyi artırır".
İlk narkotik maddə qəbulunun başqasının təzyiqi və ya fərdin tamamilə könüllü istəyi ilə baş tutduğunu söyləyən E.Rüstəmov deyir ki, bununla da istifadəçinin tədricən özünənəzarəti çətinləşir: "Təkrar istifadə nəticəsində insanın beynində bu maddəyə qarşı istəkləri dayandırmaq qabiliyyətinə mane olan dəyişikliklər yaranır. Narkotiklər beynin "kimyasını" dəyişdirir və qidalanma ehtiyacını artırır".
Psixoloq yeniyetmələrin xüsusilə riskli davranışlara, o cümlədən narkotik vasitələrin sınanmasına meyilli olduğunu deyib. O vurğulayıb ki, məhz bu riskli dönəmdə valideyn nəzarətinin və ailədə tərbiyə prosesinin rolu böyükdür.
Erkən müalicə daha effektiv nəticələr verir
Narkotik maddələrin törətdiyi fəsadların saysız-hesabsız olduğunu bildirən E.Rüstəmov deyib ki, narkomanlıq cəmiyyətin özəyi olan ailəni dağıdır və ətrafda qeyri-stabil şəraitin yaranmasına səbəb olur. Narkotik maddələrdən istifadə edən insanlardan doğulan körpələrin fiziki qüsurlu olması qaçılmazdır. Bundan başqa, bu mühitdə böyüyən, tərbiyə alan uşağın hansı psixoloji problemlərinin olmasını təsəvvür etmək çətin deyil. O qeyd edib ki, nikahdan öncə tibbi müayinə artıq bir çox məsələdə olduğu kimi, narkotik asılılığın da aşkarlanmasında və bir ailənin sağlam qurulmasında önə çəkilən ən doğru təşəbbüsdür. Bu müayinə gələcəkdə ailə üçün həm fiziki, həm də psixoloji baxımdan möhkəm zəmin yaradır.
"Valideynlərin və cəmiyyətin qarşısında duran ən mühüm vəzifə narkotik maddə asılılığının ən kiçik simptomlarını müşahidə etdikləri andan etibarən mütəxəssisə müraciət etmək və psixoloji dəstək almaqdır. Narkotik asılılığı olan insanlar nə qədər tez müalicə edilərsə, nəticələri də bir o qədər müsbət olar", - deyə mütəxəssis vurğulayıb.
Narkomaniyaya qarşı mübarizə ölkəmizin dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Mütəmadi görülən tədbirlər, atılan addımlar bu sosial bəlaya qarşı barışmaz mövqenin göstəricisidir. Dövlətimizin bu sosial problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır və əhəmiyyətli nəticələr əldə edilir.
Bununla yanaşı, vətəndaşlarımız da insanlığı təhdid edən, sağlamlığa qənim kəsilən, əxlaqi və mənəvi dəyərləri sarsıdan bu bəla ilə mübarizə aparmalıdırlar. Cəmiyyət bu bəlanın qarşısını almaq üçün səfərbər olmalıdır.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb...
30 Iyun
İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür
30 Iyun
Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var
30 Iyun
Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib
30 Iyun
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək
30 Iyun
Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
30 Iyun
Azərbaycanın energetika naziri İtaliyaya səfər edib
30 Iyun
Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub
30 Iyun
Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib
30 Iyun
Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
![](/uploads/img/posts/2024/06/27/1719473706217621927_1200x630jpg-1719477132.jpg)
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/17193913105429036540_1200x630jpg-1719393315.jpg)
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/manwetttjpg-1719265024.jpg)
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
![](/uploads/img/posts/2024/06/29/1583835201167192134jpg-1719605770.jpg)
Sülh uğrunda müharibə26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/1656311658_e346c3b9742c001ff2f42ef9aa7170cajpg-1719357575.jpg)
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/4jpg-1719265162.jpg)
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
![](/uploads/img/posts/2024/06/23/babaaajpg-1719094277.jpg)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
![](/uploads/img/posts/2024/06/22/17190365625934912960_1200x630jpg-1719036839.jpg)
Adın nədir - Daşdəmir...21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/susajpg-1718926127.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!