23 Yanvar 2026 08:50
449
SİYASƏT
A- A+
Ağ Evin etimadı: Azərbaycan qlobal aktor statusunda çıxış edir

Ağ Evin etimadı: Azərbaycan qlobal aktor statusunda çıxış edir


Bakı yeni dünya nizamının əsas qurucularındandır  


Azərbaycan beynəlxalq münasibətlər sistemində, sadəcə, Cənubi Qafqazın lokomotiv dövləti deyil, qlobal qərarların formalaşmasında birbaşa iştirak edən strateji güc mərkəzidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uzaqgörən xarici siyasət Bakını mürəkkəb geosiyasi düyünlərin çözülməsində etibarlı tərəfdaş statusuna yüksəldib. Xüsusilə son illərdə enerji təhlükəsizliyindən sülh quruculuğuna qədər geniş spektrdə nümayiş etdirilən diplomatik məharət ölkəmizi beynəlxalq təşəbbüslərin əsas ünvanlarından birinə çevirib.  

Xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycanı təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib. Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda qeyd olunub ki, gələcək illərdə dünyada dayanıqlı sülhün, rifahın və hamı üçün qüdrətin bərqərar olunması məqsədi naminə Azərbaycan lideri ilə əməkdaşlıq etməyi səbirsizliklə gözləyir. Ağ Ev rəhbəri məktubunda bildirib ki, göstərilən səylər yaxın gələcəkdə əksəriyyəti yüksək hörmətə sahib dünya liderləri olan möhtəşəm və etibarlı tərəfdaşları bir araya gətirəcək. 

Prezident İlham Əliyevin Donald Trampa cavab məktubunda bəyan edilib ki, Azərbaycan Sülh Şurasına qoşularaq, onun nəcib missiyasını paylaşacaq. Dövlət başçısı vurğulayıb ki, bu dəvəti Azərbaycan ilə ABŞ-nin qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edir: "İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək". 

ABŞ kimi qlobal gücün ən kritik sülh layihələrində Azərbaycana təsisçi və strateji tərəfdaş kimi yer ayırması rəsmi Bakının qlobal nüfuzunun və topladığı postmünaqişə təcrübəsinin dünya tərəfindən rəsmi etirafıdır. Bu yeni reallıq Azərbaycanın dünya siyasətinin "sülh və sabitlik ixrac edən" əsas subyektlərindən biri olduğunu təsdiqləyir. Qeyd edək ki, Donald Trampın təşəbbüsü ilə gündəmə gələn Sülh Şurası layihəsi Yaxın Şərqdə onilliklərdir sürən qarşıdurmaların həllinə innovativ baxış bucağı təqdim edir. Bu platforma sadəcə tərəflər arasında vasitəçilik etmək deyil, ortaq mənfəətlər və kollektiv məsuliyyət ruhunda genişmiqyaslı əməkdaşlıq mühiti yaratmağı hədəfləyir. Eyni zamanda regional gərginliyi yumşaltmaqla yanaşı, dünyanın təhlükəsizlik arxitekturasında yeni idarəetmə modellərini sınaqdan keçirmək məqsədi daşıyır. 

 Bu cür nüfuzlu təşkilatlarda dövlətlərin təmsilçiliyi onların dünya siyasətindəki yerini və sülhə verdiyi real dəyəri əks etdirir. Azərbaycanın Sülh Şurasına dəvət olunması heç də təsadüf deyil. Bu, ölkəmizin Şarm əl-Şeyxdə nümayiş etdirdiyi qətiyyətli mövqeyin və illərdir yürüdülən məqsədyönlü xarici siyasət strategiyasının məntiqi nəticəsidir. Bakı artıq lokal çərçivələri qıraraq, qlobal qərarların qəbulunda iştirak edən mühüm siyasi güc mərkəzinə çevrilib. ABŞ Prezidentinin dəvət məktubundakı "tarixi səylərimizə qoşulmaq" çağırışı Vaşinqtonun Azərbaycana strateji tərəfdaş kimi verdiyi yüksək qiymətin göstəricisidir. Azərbaycanın sadəcə üzv deyil, Şuranın nizamnaməsini hazırlayan qurucu dövlətlər sırasında yer alması ölkəmizin beynəlxalq nüfuzunun institusional təsdiqidir. 

Azərbaycan liderinin cavab məktubu ölkəmizin xarici siyasət kursunun sarsılmaz prinsiplərini bir daha xatırlatdı. Bu cavab Azərbaycanın sülh proseslərindəki iştirakının anlıq maraq deyil, uzunmüddətli və strateji bir yol xəritəsi olduğunu nümayiş etdirdi. Rəsmi Bakı özünü dialoqa açıq, proqnozlaşdırılan və məsuliyyətli bir tərəfdaş kimi təqdim edərək qlobal sabitliyə töhfə vermək niyyətini qətiləşdirdi. Coğrafi miqyasından asılı olmayaraq, ölkəmiz postmünaqişə dövrlərinin idarə olunmasında və reinteqrasiya proseslərində "Azərbaycan modeli" kimi xarakterizə olunan uğurlu bir təcrübə yaradıb. Azərbaycanın Vətən müharibəsindən sonra yürütdüyü barış və quruculuq siyasəti bu gün Qəzza və digər mürəkkəb münaqişə zonaları üçün praktiki bir örnək təşkil edir. 

Sülh Şurasına təsisçi üzv kimi dəvətə Azərbaycan-ABŞ münasibətləri və Tramp-Əliyev dostluğu prizmasından da yanaşmaq lazımdır. Donald Trampın yenidən prezident seçilməsi və Prezident İlham Əliyevlə olan şəxsi münasibətləri ABŞ-Azərbaycan əlaqələrini son illərin ən yüksək strateji səviyyəsinə daşıyıb. 2025-ci ilin avqustunda İlham Əliyevin Vaşinqtona işgüzar səfəri və Ağ Evdə keçirilən görüşlər bu münasibətlərin "qızıl dövrü" kimi qiymətləndirilir. Tramp və İlham Əliyev arasındakı münasibətlər qarşılıqlı hörmət üzərində qurulub. Hər iki lider klassik bürokratik ləngimələrdən kənar, konkret nəticəyə fokuslanan bir üsluba sahibdir. 

Nəticəyönümlü diplomatiya ABŞ-Azərbaycan əlaqələrini kağız üzərindəki bəyanatlardan real, strateji layihələrə daşıyıb. Donald Trampın İlham Əliyevi mütəmadi olaraq "güclü və qətiyyətli lider" kimi xarakterizə etməsi, Ağ Evin Bakını regionda öz taleyini özü təyin edən, heç bir kənar təsirə boyun əyməyən müstəqil güc kimi görməsinin nəticəsidir. Tramp administrasiyası yaxşı anlayır ki, Azərbaycan həm İsrail, həm də türk-islam dünyası ilə eyni dərəcədə dərin və balanslı münasibətlər qura bilən nadir ölkələrdən biridir. Azərbaycanın İsrail ilə strateji tərəfdaşlığı və eyni zamanda islam dünyasındakı nüfuzu onu Vaşinqton üçün vacib "körpü" edir. Bu, Azərbaycanı ABŞ-nin Yaxın Şərq və Mərkəzi Asiya strategiyaları üçün mərkəzi nöqtəyə qoyur. 

Tramp administrasiyası Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu da yüksək qiymətləndirir və dəstəkləyir. Terrorizmə qarşı mübarizə və təhlükəsizlik məsələlərində hərbi-texniki əməkdaşlıq yeni dinamika qazanıb. Əgər əvvəllər ABŞ-Azərbaycan münasibətləri əsasən neft-qaz üzərində qurulmuşdusa, hazırda bu əlaqələr qlobal təhlükəsizlik, logistika və yeni dünya nizamının formalaşdırılması müstəvisinə keçib. 

Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət edilməsi Bakının artıq təkcə regional deyil, həm də makro-regional təhlükəsizlik memarı kimi qəbul olunduğunu təsdiqləyir. Sülh Şurasının fəaliyyətinin Qəzza ilə məhdudlaşmayacağı, digər münaqişələrin həllinə də qoşulacağı və BMT-yə alternativ kimi beynəlxalq təşkilata çevriləcəyi gözlənilir. Bu da onu göstərir ki, ölkəmiz artıq yalnız Cənubi Qafqazın lideri deyil, həm də uzaq coğrafiyalarda sabitliyin bərqərar olması üçün təcrübəsi bölüşülən etibarlı bir siyasi gücdür. 


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İranda həlak olanların sayı 1045 nəfərə çatıb

16:58
04 Mart

İraq, BƏƏ, Qazaxıstan və Oman neft hasilatı planlarını OPEC-ə təqdim ediblər  

16:56
04 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatında növbəti medalçılar bəlli olub

16:44
04 Mart

İran raketinə atılan hava hücumundan müdafiə mərmisinin qalıqları Türkiyənin cənubuna düşüb  

16:26
04 Mart

Maliyyə Monitorinqi Xidməti: Azərbaycan beynəlxalq maliyyə sistemində etibarlı tərəfdaş statusunu möhkəmləndirir  

16:25
04 Mart

BAEA: İranda radioaktiv şüalanma riski aşkar edilməyib

16:23
04 Mart

İqtisadiyyat Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş: Mentorluq proqramı nələri vəd edir?  

16:22
04 Mart

Proqnozlar Bürosu növbəti 2 günə gözlənilən hava şəraitini açıqlayıb

15:56
04 Mart

Qlobal bazarları neft şoku qorxusu bürüyüb

15:54
04 Mart

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

15:53
04 Mart

ABŞ Prezidenti İspaniyaya qəzəblənib

15:52
04 Mart

Baş prokuror Kürdəmir rayonunda vətəndaşların müraciətlərini dinləyib  

15:51
04 Mart

İrandakı 253 Rusiya vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib

15:50
04 Mart

Sabunçuda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

15:49
04 Mart

İrandan daha 35 çinli təxliyə olundu 

15:48
04 Mart

Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsinin artırılması hədəflənir

15:32
04 Mart

 “Starlink”dən uğurlu həllər

15:24
04 Mart

Təxliyə olunan azərbaycanlı: Sərhəddən keçidə icazə verildiyini televiziyadan öyrəndik

15:08
04 Mart

Türkiyə enerji səmərəliliyinə 20 milyard dollara qədər investisiya qoyacaq

14:42
04 Mart

İrandan təxliyə olunan çinli: Azərbaycan hökumətinə çox minnətdarıq

14:39
04 Mart

Ermənistanın Baş naziri: Azərbaycanla sülh regiondakı mühiti yaxşılaşdırır

14:30
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!