28 Iyun 2024 23:05
242
SİYASƏT
A- A+

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

 

Biz inanırıq ki, bu, (Orta Dəhliz layihəsi – red.) bütövlükdə region üçün çox mühüm bir addımdır. İndiki vəziyyətdə Mərkəzi Asiya dövlətləri ixracı Rusiya və ya Çin vasitəsilə həyata keçirməli olurlar, bir hissəsi də Xəzər dənizi vasitəsilə reallaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iyunun 28-də jurnalistlərə açıqlamasında söyləyib.

O deyib: “Biz Azərbaycanın Xəzər dənizindən keçən mal və xidmətlərin Gürcüstan ərazisi vasitəsilə qlobal bazarlara çıxarılması üçün böyük imkanlar görürük. Amma biz həm də inanırıq ki, Ermənistandan keçərək Türkiyəyə, Qara dənizə, Atlantik okeanına, əsasən də Aralıq dənizinə çıxmaq üçün böyük imkanlar var. Bu fürsət daşıma xərclərini aşağı salmağa kömək edəcək. Bu, geosiyasi müdaxilədən azad olan təhlükəsiz alternativ yollar təqdim edəcək. Bütün bunlar Tacikistandan Türkiyəyə qədər 10 milyonlarla insanın dəhlizin açılmasından faydalanacağını düşünmək üçün böyük səbəbdir. Biz inanırıq ki, bu, bütün maraqlı tərəflərin razılığı ilə edilməlidir və bilirik ki, bu, Ermənistanla Azərbaycan arasında anlaşmadan başlayır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video