23 İyun 2026 09:25
3554
Oxucu məktubları
A- A+
“Abad həyət” layihəsi köhnə məhlələrə yeni həyat verir

“Abad həyət” layihəsi köhnə məhlələrə yeni həyat verir


Bu layihə həm də inşaat şirkətləri üçün nümunə ola bilər 


Müasir şəhərsalma konsepsiyasında yaşayış binalarının keyfiyyəti yalnız mənzillərin planlaşdırılması ilə deyil, həm də ətraf mühitin, həyətlərin və ictimai məkanların vəziyyəti ilə qiymətləndirilir. Bu baxımdan IDEA İctimai Birliyinin  həyata keçirdiyi "Abad həyət" layihəsi uğurlu sosial-ekoloji təşəbbüs kimi diqqət çəkir. 

"Abad həyət" layihəsinin əsas məqsədi köhnə və baxımsız həyətlərin abadlaşdırılması, yaşıllıqların bərpası, sakinlər üçün təhlükəsiz və rahat yaşayış mühitinin yaradılması, eləcə də sağlam həyat tərzinin təşviq edilməsidir. Layihə çərçivəsində müxtəlif rayonlarda həyətlər yenidən qurulur, uşaqlar üçün oyun meydançaları, gənclər üçün idman sahələri, velosiped yolları, söhbətgahlar, istirahət guşələri yaradılır, əlilliyi olan şəxslərin rahat hərəkəti üçün xüsusi şərait təmin edilir. 

Layihənin uğurunun əsas səbəblərindən biri sakinlərin ehtiyaclarının nəzərə alınmasıdır. Abadlaşdırılan həyətlər yalnız estetik görünüş qazanmaqla kifayətlənmir, həm də müxtəlif yaş qruplarının sosial ünsiyyəti, istirahəti və fiziki aktivliyi üçün funksional məkanlara çevrilir. Bu yanaşma nəticəsində həyətlər xüsusən yay aylarında insanların bir-biri ilə daha sıx əlaqə qurduğu, uşaqların təhlükəsiz şəraitdə oynadığı və ailələrin səmərəli vaxt keçirdikləri sosial mərkəz rolunu oynayır. 

Bu təcrübə yeni yaşayış kompleksləri ucaldan mənzil tikinti kooperativləri  üçün mühüm nümunə ola bilər. Son illər sakinlər arasında həyətlərin kiçik olması, yaşıllıq sahələrinin azlığı, avtomobillərin həyətləri zəbt etməsi və ictimai məkan çatışmazlığı ilə bağlı narazılıqlar tez-tez səsləndirilir. Şəhərsalma ilə bağlı ictimai müzakirələrdə də geniş həyətlər, yeraltı parkinqlər, piyada zonaları və yaşıllıq sahələrinin artırılması kimi tələblər ön plana çıxır. 

Məhz buna görə MTK-lar "Abad həyət" modelindən faydalanaraq öz layihələrində geniş,  yaşıllıqla zəngin həyətlərin yaradılması, uşaq və idman  meydançalarının salınması, çoxmərtəbəli yeraltı parkinqlərin tikilməsi və bu kimi prinsipləri tətbiq edə bilərlər. Bu yanaşma yalnız yaşayış komplekslərinin estetik görünüşünü yaxşılaşdırmır, həm də onların maddi və mənəvi dəyərini də artırır. Yeni binalarda mənzil almaq istəyənlər də həmçinin rahat, təhlükəsiz və abad həyətlər axtarırlar. Buna görə də həyət infrastrukturuna investisiya qoyan MTK-lar yuxarıda qeyd etdiyimiz prinsipləri tətbiq etməklə rəqabət üstünlüyü əldə etmiş olurlar.

Nəticə etibarilə IDEA İctimai Birliyinin "Abad həyət" uğurlu şəhərsalma və sosial məsuliyyət nümunəsidir. Layihənin təcrübəsi göstərir ki, keyfiyyətli yaşayış mühiti yaratmaq üçün insanların rahatlığı, təhlükəsizliyi və sosial ehtiyacları əsas olaraq nəzərə alınmalıdır. Bu səbəbdən "Abad həyət" layihəsi yeni yaşayış kompleksləri inşa edən şirkətlər üçün nümunəvi model qəbul və tətbiq oluna bilər. 


Nərminə ƏSGƏROVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub  

10:52
05 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!