23 Iyun 2024 01:57
438
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

№ 310

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun və “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2432 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 56 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 aprel tarixli 187 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissə üzrə:

1.1. 3.1.1.1-ci yarımbənddə “icazənin surəti” sözləri “icazə” sözü ilə, 3.1.1.2-ci yarımbənddə “sənədin surəti” sözləri “sənəd” sözü ilə, 3.1.1.5-ci yarımbənddə “situasiya” sözü “tikinti ərazisinin baş” sözləri ilə əvəz edilsin;

1.2. 3.1.5-ci yarımbənddə “bölmələrinin surəti” sözləri “bölmələri” sözü ilə əvəz edilsin.

2. 4-cü hissə üzrə:

2.1. 4.1-ci bənddən “kağız üzərində və” sözləri çıxarılsın;

2.2. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.2. Tikintiyə icazə verildikdə bu Qaydaların 3.1.1-ci yarımbən-dində nəzərdə tutulmuş məlumatlar Reyestrə ötürülür, həmin məlumatlar Reyestrdə qeydə alınaraq tikinti obyektinə kod verilir və bu barədə bu Qaydaların əlavəsində göstərilən Şəhadətnamə tikintiyə icazə verən orqana (quruma) göndərilir.”;

2.3. 4.2-1-ci bəndin birinci cümləsində “cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini Reyestrə təqdim edir” sözləri “cümləsinə əsasən 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın Reyestrə ötürülməsini təmin edir” sözləri ilə əvəz edilsin;

2.4. 4.2-2-ci bəndin birinci cümləsindən “və ya bilavasitə təqdim edir” sözləri, ikinci cümləsindən “sifarişli poçt göndərişi ilə” və “və ya bilavasitə təqdim edə” sözləri çıxarılsın;

2.5. 4.5-ci bənd ləğv edilsin;

2.6. 4.6.4-cü yarımbəndin birinci abzasında “Reyestr kitabında” sözləri və üçüncü abzasında “reyestr kitabında” sözləri “Reyestrdə” sözü ilə əvəz edilsin;

2.7. 4.8-ci bənddə “təqdim edirlər” sözləri “Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürürlər” sözləri ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın;

2.8. aşağıdakı məzmunda 4.9-cu bənd əlavə edilsin:

“4.9. Bu Qaydaların 3.1.1-ci, 3.1.2-ci yarımbəndlərində, 4.2-ci, 4.3-cü və 4.7-ci bəndlərində nəzərdə tutulmuş məlumatların ötürülməsi şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.”.

3. “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qayda-ları”nın əlavəsindən “Müəssisənin (təşkilatın) rəhbəri”, “(imzası adı və soyadı)” və “M.Y.” hissələri çıxarılsın.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 21 iyun 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video