23 Sentyabr 2023 09:00
8868
SİYASƏT
A- A+
44 günlük Zəfərə 23 saatlıq əlavə

44 günlük Zəfərə 23 saatlıq əlavə

 

Azərbaycan xalqı 30 illik  həsrətdən sonra 44 günün bəxş etdiyi xoşbəxtliyi  yaşadı!

Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev nəsib etdi!

* Tarixinin ən qüdrətli Azərbaycanını yaratmaqla!

* Qurduğu möhtəşəm ordu ilə XXI əsrin ən yeni  müharibəsini  aparmaqla!

* Düşmən ordusunun  başını əzərək, onu  ərazimizdən iti qovan kimi  qovmaqla, ərazi  bütövlüyümüzü bərpa etməklə!

* Əzablı məcburi köçkün ömrü yaşayanları yenidən doğma el-obaya  qovuşdurmaqla!

Bu qələbə hamını heyran etdi:

Dostlar sevindi, bədxahlarımız yasa batdı!

Məğlub Ermənistanın baş naziri Paşinyan miskin vəziyyətdə  kapitulyasiya aktını imzalamaq zorunda qalsa da, sonradan sözündən və imzasından imtina etdi, sülh müqaviləsinin bağlanmasını uzatdı.

Yenidən Ermənistan ordusunu silahlandırmaqla, Qarabağdakı separatçı rejimi dəstəkləməklə, 11 min nəfərlik qanunsuz silahlı birləşməsini Azərbaycan ərazisindən çıxarmamaqla, əslində, revanşa hazırlaşmağa başladı.

Hətta müdafiəçilərinə və havadarlarına arxalanaraq, kapitulyant ölkə olduğunu unudaraq bizə qarşı gülünc şərtlər irəli sürməyə başladı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin xəbərdarlıqlarını eşitmədi, Azərbaycanın səbrindən sui-istifadəyə meyilləndi.

Hadisələr "dəmir yumruğ"un yenidən işə salınmasına doğru inkişaf edirdi.

Nəyi nə vaxt və necə etməyi yaxşı bilən İlham Əliyev sülhdən yayınan hayların bu  "istəyi"ni də yerinə yetirdi!

***

44 günlük Zəfərin  tamamlanmamış hissəsi,  bir-iki  kəm-kəsiri də vardı...

Bu, mövcud vəziyyətdən,  Azərbaycana qurulan tələdən yaranmışdı.

Ölkəni gələcək siyasi hücumlardan, "insan haqları" ittihamlarından,  hər hansı bir sanksiyadan qorumaq üçün Müzəffər Ali Baş Komandan bir qədər səbir etməyi,  qazanılan möhtəşəm qələbənin davamını  sülh şəraitində başa  çatdırmağı üstün tutmuşdu.

Lakin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe, çoxsaylı və müxtəlif  səpkili müdafiəçiləri dinc həllə  imkan yaratmadı.

Odur ki, 44 günlük Vətən müharibəsinə daha  23 saat 43 dəqiqəlik lokal antiterror tədbirlərinin əlavəsinə zərurət yarandı!

İlham Əliyev yenə də vaxtı və məqamı böyük məharətlə seçdi, "ağıllandırma tədbirləri"ni görünməmiş sürətlə apararaq Ermənistanın Ağdərədəki gizli  hərbi bazasını və Qarabağdakı 11 minlik qanunsuz silahlı birləşməsini darmadağın edərək ağ bayraq qaldırmağa vadar etdi!

Heyrətamiz dərəcədə sürətlə və yüksək dəqiqliklə aparılan lokal tədbirlər sayəsində  görünməmiş nəticələrə nail olundu:

Yerli relyefdən, təbii maskalanmadan istifadə edən düşmən ordusunun 90-dan artıq döyüş mövqeyi məhv edildi, bir neçə strateji əhəmiyyətli  yüksəklik Silahlı Qüvvələrimizin  nəzarətinə keçdi.

Qarşı tərəfə məxsus 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatan, 1 tank, 2 piyadanın döyüş maşını və xeyli sayda silah-sursat ələ keçirildi.

Təslim edilən düşmən bütün silah-sursatını öz əli ilə bizə təhvil verəcəkdir!

Beləliklə, möhtəşəm Zəfərə 23 saatlıq əlavə Azərbaycan ərazisindəki erməni silahlılarının tərk-silah olunaraq torpaqlarımızdan təmizlənməsinə son nöqtəni qoydu!

***

Müzəffər Ali Baş Komandan İlham Əliyev lokal antiterror tədbirlərini sürət və uğurla başa çatdırmaqla, əslində, həm də dünya erməniliyi  üzərində  möhtəşəm qələbəsini tamamladı!

Dünya erməniliyi çox böyük imkanlara, siyasi təsiretmə və maliyyə gücünə malikdir.

Müxtəlif ölkələrdə yerləşərək adlarını "erməni diasporu" qoysalar da, vahid mərkəzdən idarə olunmaqla vahid mövqedən çıxış edirlər.

Erməni diasporları hətta prezident seçkilərinə belə təsir göstərir, ən güclü  dövlətlərin yeni başçılarını  özlərindən asılı vəziyyətə salmağı bacarırlar.

Sonra bu asılılıqdan öz məqsədləri üçün istifadə edirlər.

MƏSƏLƏN:

* ABŞ-dəki erməni diasporu bir neçə il öncə 24 apreldə Baydenə "erməni soyqırımı" ifadəsini işlətdirdi!

Doğrudur, bununla dünya qopmadı və heç nə dəyişmədi, amma haylar çoxdankı  "arzu"larına çatdılar.

* Fransadakı  erməni diasporu hazırkı  prezident  Makronu  əl quzusuna döndərib və Makron Fransa xalqından çox ermənilərin maraqlarını güdür.

* Erməni diasporu ABŞ Konqresinin komitə sədri Nensi nənəni İrəvandakı saxta  "erməni soyqırımı"  abidəsini ziyarətə göndərə bilir.

Nensi  nənə isə abidə önündə ağlayaraq erməni borcundan bu sayaq çıxır.

* Erməni diasporu Paris şəhərinin meri  İdalqoya  digər həmkarları ilə birlikdə Qarabağa humanitar yardım apartdırmağı bacarır.

Parisi zir-zibil içində qoyub Laçın postunadək gələn erməni  əlaltıları isə  sərhədi keçə bilməsələr də,  xidmətlərini nümayiş etdirirlər.

* Rusiyadakı erməni diasporu bütün KİV-ə və mərkəzi telekanallara nəzarəti əlinə alıb.

Həmin KİV-də və telekanallarda çalışan erməni qulbeçələri  Rusiyanın dövlət  siyasətini və maraqlarını kənara qoyaraq erməni maraqlarının yeridilməsi ilə məşğul olurlar.

Əlbəttə, misalların sayını daha da artırmaq, BMT-nin Təhlükəsizlik Şurasında, Avropa İttifaqında, AŞ PA-da  ermənilərə qulluq göstərənləri də  xatırlatmaq olar.

Hesab edirik ki, bəsdir!

Azərbaycan Prezidenti İlham Əliyev "dəmir yumruğ"u ilə müxtəlif  ölkələrdəki  erməni diasporunun xərclədiyi pulları batırdı, dünya erməniliyini tarixində ən böyük və ən biabırçı məğlubiyyətə uğratdı!

"Böyük Ermənistan" ideyasını sabun köpüyü kimi  partlatdı!

***

Dünya erməniliyi, Ermənistan və Qarabağ separatçıları üzərində qələbəyə Azərbaycan çox uzun, çətin, mürəkkəb və  gərgin  çarpışmalar keçərək gəlmişdir.

Azərbaycanın taleyüklü məqamlarında ondan ərazi qoparmağı bacaran düşmən  ötən əsrin 90-cı illərində ikinci  dəfə dövlət müstəqilliyi qazanılan zaman yenə   fürsəti  əldən buraxmadı.

Həmin vaxtlar ölkəyə maymaq, qorxaq, təcrübəsiz və səriştəsiz insanların rəhbərlik etmələri də düşmənin əlinə işlədi.

Xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıdanda isə artıq iş-işdən keçmiş, ərazimizin bir qismi işğala məruz qalmışdı...

Ömür Ulu Öndərimizə vəfa etmədiyindən xilaskarlıq missiyası da Prezident İlham Əliyevin öhdəsinə düşdü!

20 il ərzində çox ağır, çox çətin və bir sıra sahələri əhatə edən  istiqamətlərdə   mübarizə getdi!

* Güclü ordu qurmaq üçün  güclü iqtisadiyyat, böyük maliyyə vəsaiti tələb olunurdu.

Azərbaycan sürətli və davamlı  inkişaf yoluna çıxarıldı.

*  Müasir ordu yaradılması üçün  vətənpərvər gənclər nəsli  yetişdirilməli, müasir silahlar alınmalı idi...

İlham Əliyev idman meydanlarında yeni gənclər nəsli tərbiyə etdi, onların sırasından  igid əsgər və zabitlər yetişdirdi, Azərbaycanın dostları hesabına hərbi arsenalını ən yeni texnologiyalara əsaslanan silahlarla təmin etdi.

* Təkcə hərb meydanında deyil, diplomatiya cəbhəsində də çarpışmaq tələb olunurdu...

İlham Əliyev "hücum diplomatiyası"nı tətbiq etməklə bu sahədə də dönüş yaratmağı bacardı.

Ermənilər artıq  beynəlxalq qurum və təşkilatlarda  meydan  sulaya,  "rahat işləyə" bilmirdilər, Azərbaycanın Qoşulmama Hərəkatından qazandığı dostları BMT müstəvisindəki mübarizədə bizə arxa durur,  erməni havadarlarının bir çox təşəbbüs və  niyyətini puça çıxarırdılar.

Hər məqamın irəlicədən nəzərə alınması, hər sahədə mühüm yeniliklərin baş verməsi, ən əsası, zəruri və qabaqlayıcı addımların vədəsində atılması  Azərbaycanın uğurlarını təmin etdi!

Tarixə Vətən müharibəsi kimi düşən 44 günlük döyüşlərdə Azərbaycan təkcə hərb meydanında deyil, diplomatiya və informasiya cəbhəsində də öz gücünü və imkanlarını göstərdi.

Hərb cəbhəsinin qalibi Azərbaycan Ordusu, informasiya və diplomatiya meydanının  qəhrəmanı isə Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu!

***

Sarsılmaz iradə  və qətiyyətin daha bir parlaq  nümunəsi -

Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətli və cəsarətli addım atmaqla  aprelin 23-də Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratdı.

Beləliklə, 30 il ərzində Ermənistanla Qarabağ arasında sərbəst və nəzarətsiz gediş-gəlişə son qoydu!

* Daha kimsə Azərbaycanın icazəsi və razılığı olmadan  ərazimizə daxil ola bilmir.

* Daha dünyanın hər yerindən pərvazlanan erməni təəssübkeşləri Qarabağa  sərbəst girmirlər.

*  Daha bizim giriş qapımıza özgələri ağalıq etmirlər!

Paşinyanın "humanitar şou" təşkil edərək Xankəndidəki ermənilərə bir ay əvvəl göndərdiyi 22 TIR-lıq yardım  hələ də sərhəddə gözləyir...

Fransadan Paris merinin başçılığı ilə göndərilən ərzaq yüklü maşınlar Laçından buraxılmadı...

Ağdam-Xankəndi yolu isə  fəaliyyətə başladı!

İkinci uğurlu məqam Qarabağda yaşayan erməni sakinlərinin nümayəndələri ilə görüşdür.

Əvvəlcə  Ermənistan bu görüşdə tərəf kimi iştirak etməyə can  atdı.

İlham Əliyev xam xəyallara düşən  Paşinyanın  burnundan  vurdu!

Separatçı rejimin nümayəndələri Qarabağ ermənilərini təmsil etməyə çalışırdılar.

Onların cinayətkar olduqları və gələcəkdə Azərbaycan qanunları ilə  cəzalandırılacaqlarını bəyan etdi!

Danışıqları  "beynəlmiləlləşdirilmək"  üçün  dəridən-qabıqdan çıxanlar oldu.

Yerlərində  oturtduruldular! 

Bu məsələ də İlham Əliyev deyən kimi  oldu!

Sentyabrın 21-də Yevlax şəhərində Qarabağ bölgəsində yaşayan erməni  sakinlərinin  nümayəndələri ilə görüş keçirildi.

Qarabağın bütün guşələrində Azərbaycan bayrağının dalğalanmasından və ölkəmizin erməni-əsilli sakinlərinin reinteqrasiyasından xəbər verən yeni  görüş!

***

Artıq Qarabağın erməni separatizmindən  azad  edilməsi prosesinə  başlanılıb!

Ermənistandan gələrək Qarabağda yaşayan erməniləri sərsəm ideologiyalarının  girovuna çevirən Ermənistan erməniləri rədd olub  gedirlər.

Niyyətlərindən  dönməyənləri isə Azərbaycan  qanunları gözləyir!

Nəhayət, 1998-ci ilin fevralından başlayan "miatsum" hərəkatına, "Böyük Ermənistan" xülyasına "dəmir  yumruğ"un iki zərbəsi  ilə son qoyuldu!

Bu yolda qanlar  töküldü, şəhidlər  verildi...

Allah cəmi şəhidlərimizə rəhmət  eləsin!

Bu müharibələr Azərbaycana böyük  ziyanlar vurdu!

Amma sadə ermənilər, erməni anaları və arvadları da ağ günə çıxmadılar!

Hər il "Yerablur" öz sahəsini  xeyli  genişləndirir.

Nəhayət,  Qarabağdakı ermənilər də  insan kimi  rahat və asudə yaşamaq imkanı qazandılar!

İlham Əliyev dünya erməniliyinin ən böyük layihəsini puça çıxardı!

İlham Əliyev dünyanın ən böyük yalanına, bir çoxları tərəfindən müdafiə edilərək  həqiqət  donu geyindirilən  yalanına  əzmi və qətiyyəti ilə  qalib gəldi!

Qələbələrin mübarək, Azərbaycan!

Qarabağ  Azərbaycandır! 

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!