07 May 2024 22:22
216
CƏMİYYƏT
A- A+

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib   

 

Bir müddət əvvəl Dövlət Komissiyası tərəfindən nəşi tapılan şəhidlərdən biri də Qəbələnin Qəmərvan kənd sakini Asim Nadir oğlu Səfərovdur.

AZƏRTAC xəbər verir ki, bu gün saat 16:00 radələrində şəhidin nəşi 30 ildən sonra doğulduğu kəndə, ata yurduna gətirilib.

Şəhidlə ata yurdunda vida mərasimi keçirildikdən sonra nəşi kənd qəbiristanlığına gətirilib. Burada şəhid üçün cənazə namazı qılınıb və dəfn edilib. Dəfn mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də Qəbələ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin böyük qardaşı Aqil Səfərov bildirib ki, ailədə beş qardaş, iki bacı olublar. Asim 18 yaşı tamam olan kimi hərbi xidmətə yola salınıb. O, cəmi dörd ay xidmət edəndən sonra Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində itkin düşüb. 30 il müddətində ailə üzvləri qardaşlarını axtarmaq, onun izinə düşmək üçün bildikləri bütün vasitələrdən istifadə etməyə çalışıblar.

Aqil Səfərov bütün ailə üzvləri adından Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə minnətdarlıq edib.

Yeri gəlmişkən xatırladaq ki, Qəmərvan kəndi Qəbələdə ən çox şəhidi olan yaşayış məntəqələrindən biri kimi tanınır. Belə ki, bu ucqar yaşayış məntəqəsinin 17 şəhidi var ki, onlardan da 6 nəfəri itkindir. Artıq bu gün onlardan birinin nəşi tapılaraq dəfn edilib. İndi digər ailələrin də övladlarının nəşinin tapılacağına ümidləri artıb.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Asim Səfərov Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” qəbiristanlığında naməlum şəhid kimi basdırılmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video