14 Dekabr 2024 00:38
373
MSK
A- A+
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində "Ana Vətən" Partiyasının səlahiyyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində "Ana Vətən" Partiyasının səlahiyyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 52/258


2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində "Ana Vətən" Partiyası İdarə Heyətinin 2024-cü il 7 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Həcərxanım Əsədağa qızı Məlikova "Ana Vətən" Partiyasının səlahiyyətli nümayəndəsi, Nərmin Fuad qızı Kaşiyeva isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


13.12.2024


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əli Əhmədov: Azərbaycan bütün dünyaya multikulturalizmin mərkəzi kimi təqdim edilir  

11:46
23 Dekabr

Şeyxülislam: Dini-mənəvi sahədə uğurlarımız dövlətimizin dünyaya örnək multikultural siyasi xətti ilə bağlıdır  

11:45
23 Dekabr

Mərkəzi Bank yenilənmiş 3 qəpiklik metal pul nişanını tədavülə buraxıb

11:44
23 Dekabr

ABŞ öz vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb

11:43
23 Dekabr

Prezident İlham Əliyev: Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır  

11:24
23 Dekabr

Prezident: Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir

11:16
23 Dekabr

Roma Papası Fransisk Həzrətlərinə

11:15
23 Dekabr

Azərbaycan Prezidenti: Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib  

10:53
23 Dekabr

DİN: Son iki gündə 53 cinayətin üstünün açılması təmin olunub

10:52
23 Dekabr

Komitə sədri: Azərbaycan sivilizasiyalar arasında mənəvi körpü rolu oynayan unikal məkandır  

10:50
23 Dekabr

“Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına  

10:49
23 Dekabr

Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

10:48
23 Dekabr

Misli Premyer Liqasında 2024-cü ilin ən yaxşı komandası bəlli olub

10:18
23 Dekabr

Dünya birjalarında neft bahalaşıb

10:17
23 Dekabr

Tramp Ukrayna məsələsi ilə bağlı Putinlə görüşü gözləyir

09:41
23 Dekabr

Ceyhun Bayramov Serbiyaya səfər edib

09:40
23 Dekabr

Şuşa sakini: Qürurla, alnıaçıq qayıdırıq

09:32
23 Dekabr

Şuşa sakini: Qayıtmaq eşqi ilə yaşamışıq  

09:18
23 Dekabr

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

09:01
23 Dekabr

Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib

23:15
22 Dekabr

Hakkan Fidan: Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik  

21:12
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!