15 Fevral 2025 01:41
29513
MSK
A- A+
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair 

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair 


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI


Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 213.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) 2024-cü il 27 noyabr tarixli 49/238 saylı Qərarı ilə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilmiş və həmin gün seçkilər keçirilmişdir.

Bələdiyyə seçkiləri ilə əlaqədar əsas hərəkət və tədbirlər Seçki Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada vaxtında və keyfiyyətlə həyata keçirilmiş, o cümlədən müxtəlif seçki subyektlərinin maarifləndirilməsi, namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanlarının yaradılması, müşahidəçilərin, media nümayəndələrinin və digər seçki subyektlərinin fəaliyyəti üçün sərbəst və maneəsiz şəraitin yaradılması təmin edilmişdir.

Bu seçkilərdə ölkə üzrə seçici siyahısına daxil edilmiş 5 964 855 seçicinin 1 874 292-si (seçicilərin ümumi sayının 31,42 faizi) səsvermədə iştirak etmişdir. Seçki kampaniyası dövründə Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının norma və tələblərinə əsasən qeydə alınmış 16 092 namizədin adı seçki bülleteninə daxil edilmişdir. Qeydə alınan namizədlərin yarıdan çoxunun namizədliyi 23 siyasi partiya tərəfindən irəli sürülmüşdür. Siyasi partiya mənsubiyyətinə gəldikdə isə seçkilərə qatılan namizədlər arasında 24 siyasi partiyanın təmsilçiləri olmuşdur.

Seçki prosesinin bütün mərhələlərində, o cümlədən seçkiqabağı təşviqat dövründə bələdiyyə üzvlüyünə namizədlərə bərabər şərait və eyni imkanlar yaradılmış, habelə respublika üzrə seçki keçirilən ərazilərdə seçicilərlə görüş üçün 3 730-u açıq, 2 182-si qapalı olmaqla, ümumilikdə 5 912 yer ayrılmışdır.

Ölkə üzrə 685 bələdiyyəyə 8 071 bələdiyyə üzvünün seçilməsi üçün 118 seçki dairəsinin 5 846 seçki məntəqəsində səsvermə keçirilmişdir.

Bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsinin 1 000 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdır. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən Mərkəzi Seçki Komissiyasının internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb edilmədən seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri real vaxt rejimində izləmək imkanına malik olmuşlar.

Seçkiləri müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını və qeydə alınmış namizədləri təmsil edən, eləcə də öz təşəbbüsləri ilə seçkilərə qatılmış 70 625 yerli müşahidəçi, həmçinin respublikada fəaliyyət göstərən media subyektlərinin nümayəndələri sərbəst şəkildə müşahidə etmişlər. Qeyd edilməlidir ki, siyasi partiyalar seçkilərin şəffaflığının təmin olunmasında da yüksək fəallıq nümayiş etdirərək çoxsaylı müşahidəçiləri ilə seçki prosesinə qoşulmuşlar. Belə ki, 24 siyasi partiyadan olan 26 260 müşahidəçi seçkilərin gedişini müşahidə etmək hüququ əldə etməklə bütün proseslərdə yaxından iştirak etmişlər.

Seçki günü səsvermə başa çatdıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilmişdir. İctimaiyyətin seçkilərin nəticələri ilə tanış olması üçün səsvermə başa çatdıqdan və səslər hesablandıqdan sonra seçki məntəqələrinin protokol məlumatları birbaşa onlayn rejimdə qəbul edilərək operativ şəkildə Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmiş və səsvermə başa çatdıqdan bir neçə saat sonra, elə həmin gün seçki keçirilən bələdiyyələrin 96,35 faizini əhatə edən məlumatlara əsasən ilkin nəticələr açıqlanmışdır.

Seçki məntəqələrindən məlumatların birbaşa qəbulu prosesi mütəmadi şəkildə davam etdirilərək qısa müddət ərzində bütün seçki məntəqələri üzrə tam ilkin nəticələr ictimaiyyətə təqdim olunmuşdur. Bütün bunlar seçkilərdə şəffaflığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Qanunla müəyyənləşdirilmiş müddətdə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının protokolları və onlara əlavə olunan digər sənədlər məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına çatdırılmış, bütün bələdiyyələr üzrə dairə seçki komissiyalarının yekun protokolları isə qanunvericiliyə uyğun olaraq səsvermə günündən sonra iki gün ərzində Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Beləliklə, respublika üzrə bütün bələdiyyələrə keçirilmiş seçkilər baş tutmuşdur.

Yekun protokollar və digər seçki sənədlərindəki məlumatlar, habelə Komissiyaya daxil olmuş müraciətlər tam, obyektiv və hərtərəfli araşdırılmışdır. Bununla yanaşı, səsvermə günü müxtəlif mənbələrdən, hətta rəqəmsal platformalardan daxil olan məlumatlar belə fərqli alternativ resurslardan, eləcə də seçki məntəqələrində quraşdırılmış veb-kameraların görüntülərindən istifadə olunmaqla mümkün qədər geniş və hərtərəfli araşdırılmışdır. Nəticədə 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi–Səbail seçki dairəsinin 29 saylı, 80 saylı Lerik–Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11 saylı, 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsində və 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə Şürük, 117 saylı Oğuz–Qəbələ–Şəki seçki dairəsi üzrə isə Padar bələdiyyəsinə keçirilmiş seçkilərdə seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən qanun pozuntuları aşkar edildiyindən, müvafiq olaraq sözügedən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin, bələdiyyələr üzrə isə seçkilərin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar müəyyən edilmişdir.

Seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı öz fəaliyyətlərində yol verdikləri nöqsanlara görə 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi–Səbail seçki dairəsinin 29 və 30 saylı, 80 saylı Lerik–Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11, 42, 43, 44 və 46 saylı, 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılmalıdır.

Qeyd edilməlidir ki, əvvəlki araşdırmaların nəticəsi olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarları ilə 23 saylı Nəsimi–Səbail seçki dairəsinin Nəsimi bələdiyyəsi üzrə 1 seçki məntəqəsi, 81 saylı İmişli seçki dairəsinin Bəcirəvan bələdiyyəsi üzrə seçkilər Mərkəzi Seçki Komissiyasının 3 fevral 2025-ci tarixli 7/31 saylı qərarı ilə etibarsız sayıldığından həmin bələdiyyəni əhatə edən 5 seçki məntəqəsinin nəticələri etibarsız sayılmışdır.

Ümumilikdə 27 seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığından səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar müəyyən olunmuşdur.

90 saylı Ağsu seçki dairəsindən Gəgəli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Kərimov Qürbət Abdulkərim oğlu səsvermənin ilkin nəticələrinə görə bələdiyyə üzvü seçilsə də, 2025-ci il yanvarın 31-də vəfat etmişdir. Buna görə də həmin bələdiyyə tam tərkibdə formalaşmamış hesab olunmalıdır.

Bununla da müəyyən edilmişdir ki, 3 bələdiyyə üzrə seçkilərin etibarsız sayılması və 681 bələdiyyənin tam tərkibdə, 1 bələdiyyənin isə tam olmayan tərkibdə formalaşdığı nəzərə alınmaqla, 8 039 nəfər bələdiyyə üzvü seçilmişdir.

Seçki Məcəlləsinin 239-cu maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində dairə seçki komissiyalarının protokollarını (Seçki Məcəlləsinə uyğun olaraq əlavə edilən sənədlərlə birlikdə) yoxlayır və həmin Məcəllənin 108-ci maddəsinə uyğun olaraq seçkilərin ümumi yekunları haqqında protokol tərtib edir.

Seçki Məcəlləsinin 241-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində Azərbaycan Respublikası üzrə bələdiyyə seçkilərinin yekunlarını elan edir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 23.2-ci, 25-ci, 28.2-ci, 28.4-cü, 107.4-cü, 108-ci, 239-cu, 240-cı və 241-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin baş tutduğu, bu seçkilərin ümumən Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirildiyi nəzərə alınsın.

2. 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi–Səbail seçki dairəsinin 29 saylı, 78 saylı Lənkəran kənd seçki dairəsinin 12, 13, 14 və 15 saylı, 80 saylı Lerik–Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11 saylı, 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı, 117 saylı Oğuz–Qəbələ–Şəki seçki dairəsinin 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 və 14 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığından həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri, o cümlədən Şürük bələdiyyəsi (4 seçki məntəqəsi) və Padar bələdiyyəsi (11 seçki məntəqəsi) üzrə seçkilər etibarsız hesab edilsin.

3. Bəzi seçki məntəqələri və bələdiyyələr üzrə seçkilərin etibarsız hesab edilməsinə dair Mərkəzi Seçki Komissiyasının müvafiq qərarları nəzərə alınaraq, ümumilikdə 27 seçki məntəqəsində səsvermənin nəticələrinin (Əlavə 1) və 3 bələdiyyəyə seçkilərin etibarsız hesab edilməsi (Əlavə 2) nəzərə alınsın.

4. Seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı öz fəaliyyətlərində yol verdikləri nöqsanlara görə 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi–Səbail seçki dairəsinin 29 və 30 saylı, 80 saylı Lerik–Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11, 42, 43, 44 və 46 saylı, 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılsın.

5. Seçkilərin ümumi yekunları rəsmi təsdiq edilən 681 bələdiyyənin tam tərkibdə formalaşması (Əlavə 3), 1 bələdiyyənin isə tam tərkibdə formalaşmaması (Əlavə 4) nəzərə alınsın.

6. Bələdiyyələr üzrə seçilmiş üzvlərin siyahısı elan edilsin.

7. Bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib edilsin.

8. Mərkəzi Seçki Komissiyasının bu Qərarı qətidir.

9. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.



Sədr            Məzahir Pənahov


Katib           Arifə Muxtarova


Katib           Mikayıl Rəhimov

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ekspert: Süni intellekt şirkətləri dezinformasiyanı tanıyan neytrallıq filtrləri və rəqəmsal su nişanları tətbiq etməlidirlər  

18:10
13 May

Qlobal siyasətdə yeni nizamsızlıq

18:07
13 May

PAŞA Bank kiçik və orta biznes üçün yeni kampaniyaya start verib

17:59
13 May

Naxçıvanda sənaye istehsalı 13,9 faiz artıb

17:53
13 May

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!