13 Fevral 2025 01:00
27077
MSK
A- A+
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 45 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 45 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 11/58


2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 115 saylı Şəki kənd seçki dairəsindən Kiçik Dəhnə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qasımov Mahir Təmraz oğlu 2025-ci il fevralın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 1 fevral 2025-ci il tarixli 9/16 saylı Qərarını mübahisələndirərək, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılıb və bu barədə müvafiq rəy verilərək Komissiyanın iclasında baxılıb.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Namizəd əlavə sənəd və materialların olmadığını bildirmiş, eləcə də dəvət olunsa da araşdırma və Komissiyanın iclasında iştirak etməmişdir.

Qeydə alınmış namizəd M.T.Qasımov müraciətində 115 saylı Şəki kənd seçki dairəsinin Kiçik Dəhnə bələdiyyəsinə seçki keçirilən 32, 34 və 35 saylı seçki məntəqələrində səsvermə prosesi başa çatdıqdan sonra səslərın hesablanmasında qanun pozuntularına yol verildiyini iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən müraciətə 1 akt, 2 elektron məlumat daşıyıcısında 1 videogörüntü və 2 audioyazı əlavə edilmişdir.

Müəyyən edilmişdir ki, qeydə alınmış namizəd M.T.Qasımov dairə seçki komissiyasına müraciət edərək 32, 34 və 35 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularına yol verildiyini, o cümlədən səslərin düzgün hesablanmadığını iddia etmiş, qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdir. Həmin müraciətdə iddia edilən pozuntular dairə seçki komissiyası tərəfindən araşdırılmış, komissiyanın 1 fevral 2025-ci il tarixli 9/16 saylı qərarı ilə müraciət əsassız hesab olunaraq təmin edilməmişdir. 

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

Mərkəzi Seçki Komissiyasında aparılmış tam, hərtərəfli, obyektiv araşdırma zamanı 115 saylı Şəki kənd seçki dairəsi dairə seçki komissiyasının sədrindən, üzvlərindən və namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini, səslərin hesablanmasını və protokolların tərtib edilməsini müşahidə etmiş müşahidəçilər, qeydə alınmış, lakin seçilməmiş digər namizədlər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri tərəfindən verilmiş izahatlarla səslərin seçki məntəqəsində hesablanmaması iddiası öz təsdiqini tapmamışdır. Araşdırma ilə əlaqədar belə nəticəyə gəlinmişdir ki, məntəqə seçki komissiyaları tərəfindən səsvermənin nəticələrinə dair protokollar Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə tərtib edilərək 115 saylı Şəki kənd seçki dairəsinin dairə seçki komissiyasına çatdırılmışdır. Təqdim edilmiş videogörüntünün və audioyazıların araşdırılması zamanı səsvermə günü seçki məntəqəsində hər hansı qanun pozuntusu müşahidə edilməmişdir.

Bundan əlavə nəticələri mübahisələndirilən 34 saylı seçki məntəqəsində quraşdırılmış veb-kamera görüntülərinə baxış keçirilmiş, səsvermə prosesində və səslərin hesablanmasında hər hansı qanun pozuntusu müşahidə olunmamışdır. 

Araşdırma ilə müəyyən edilmişdir ki, 115 saylı Şəki kənd seçki dairəsi dairə seçki komissiyası mübahisələndirilən qərarla düzgün hüquqi nəticəyə gəlmiş, namizədin səsvermə günü baş verdiyi ehtimal edilən qanun pozuntuları ilə əlaqədar müraciətinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxmış, o cümlədən Seçki Məcəlləsinin normalarını düzgün tətbiq etməklə əsaslandırılmış qərar qəbul etmişdir.

Beləliklə, 115 saylı Şəki kənd seçki dairəsindən Kiçik Dəhnə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd M.T.Qasımovun müraciəti əsassız olduğundan təmin edilməməli və həmin seçki dairəsi dairə seçki komissiyasının 1 fevral 2025-ci il tarixli 9/16 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində 115 saylı Şəki kənd seçki dairəsindən Kiçik Dəhnə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qasımov Mahir Təmraz oğlunun 10 fevral 2025-ci il tarixli 45 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 1 fevral 2025-ci il tarixli 9/16 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir. 


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


12.02.2025

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan: Yaxın Şərqdə müharibənin daha da genişlənməsini istəmirik

23:10
07 Mart

Azərbaycan və Kot-d’İvuar XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr olub

23:08
07 Mart

Nazir: TDT son illər siyasi dialoq istiqamətində təsirli əməkdaşlıq platformasına çevrilib

23:07
07 Mart

Hakan Fidan: Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində atılan addımları məmnuniyyətlə qarşılayırıq

23:06
07 Mart

XİN: ABŞ Dövlət Departamentinin İranın Azərbaycana dron hücumlarını pisləyən bəyanatını yüksək qiymətləndiririk

23:05
07 Mart

Azərbaycan və Özbəkistan XİN başçılarının görüşündə ölkəmizlə həmrəylik ifadə olunub

23:04
07 Mart

Naxçıvana qarşı həyata keçirilmiş dron hücumları pislənilib

23:03
07 Mart

Azərbaycan və Türkiyə XİN başçıları hər iki ölkəyə qarşı həyata keçirilmiş hücumları qətiyyətlə pisləyiblər

23:02
07 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib

22:34
07 Mart

TDT-nin Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıb

22:31
07 Mart

ABŞ İranın Azərbaycana dron hücumunu qətiyyətlə pisləyib

22:26
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:24
07 Mart

Livana qarşı hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb

20:34
07 Mart

Türkiyə Prezidenti TDT ölkələrinin xarici işlər nazirləri ilə görüşüb

20:16
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:41
07 Mart

İranla müharibənin başlamasından bu yana 28 mindən çox amerikalı ABŞ-yə qayıdıb

19:14
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:12
07 Mart

Livana hava zərbələri nəticəsində 41 nəfər ölüb

19:10
07 Mart

Avstriyanın İrandakı səfiri: Sərhəddə göstərilən əla münasibətə görə Azərbaycana minnətdarıq

19:08
07 Mart

Müharibələrə və fəlakətlərə hazırlıq: Türkiyədə 16 yeni idarə rəhbəri təyin edilib

19:06
07 Mart

XİN: Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır

17:59
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!