30 Iyun 2024 03:13
139
MSK
A- A+

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının  Milli Məclisinə  növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 15/54

 

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi)  112-1.1-ci maddəsinə görə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. 
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçki hüququnun pozulması ilə əlaqədar seçki komissiyalarına daxil olmuş şikayət və müraciətlərin araşdırılmasının təmin edilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının, həmçinin seçki dairələri dairə seçki komissiyalarının nəzdində Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada ekspert qrupları yaradılmalıdır. 
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-ci və 112-1.1-ci maddələrinə uyğun olaraq qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində aşağıdakı tərkibdə ekspert qrupu yaradılsın:
- Ramiz İbrahimov - Mərkəzi Seçki Komissiyasının üzvü; 
- Fuad Cavadov - Mərkəzi Seçki Komissiyasının üzvü; 
- Qabil Orucov - Mərkəzi Seçki Komissiyasının üzvü; 
- Bəxşeyiş Əsgərov - Mərkəzi Seçki Komissiyasının üzvü; 
- Tofiq Həsənov - Mərkəzi Seçki Komissiyasının üzvü; 
- İlkin Şahbazov - Mərkəzi Seçki Komissiyasının üzvü; 
- Nailə Əsgərova - Mərkəzi Seçki Komissiyasının üzvü; 
- İlqar Əlizadə - Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri; 
- Rafiq Abbasov - Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin müdiri. 
2. Dairə seçki komissiyalarının nəzdində Seçki Məcəlləsinə uyğun olaraq 3 nəfərdən ibarət tərkibdə ekspert qrupunun yaradılması seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilsin. 
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr      Məzahir Pənahov
Katib      Arifə Muxtarova
Katib      Mikayıl Rəhimov

29.06.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video