12 Noyabr 2026 19:30
1095
DÜNYA
A- A+
1700 illik sümük qalıqlarının sirri açıldı: onları yırtıcı quşlar gətirib  

1700 illik sümük qalıqlarının sirri açıldı: onları yırtıcı quşlar gətirib  


Böyük Britaniyanın Bornmut Universitetinin yaydığı məlumata görə, Kembricşir bölgəsindəki Fens bataqlığında yerləşən qədim yaşayış məskənindən tapılan minlərlə qurbağa sümüyünün mənşəyi müəyyən edilib. Araşdırma göstərib ki, qalıqlar böyük ehtimalla yırtıcı quşların ovladığı qurbağalara aiddir.

Dairəvi evin yerləşdiyi ərazidəki xəndəkdən 8000-dən çox qurbağa sümüyü aşkarlanıb. Əvvəllər bu qalıqların təxminən eramızdan əvvəl 400-cü ildən eramızın 43-cü ilinə qədər mövcud olmuş sirli qurbağa kultunun sübutu ola biləcəyi ehtimal edilirdi. Lakin sümüklərin üzərində kəsik izlərinin olmaması qurbağaların insanlar tərəfindən öldürülməsi ehtimalını zəiflədib.

Bornmut Universitetindən Pol Klarksonun rəhbərlik etdiyi tədqiqatçılar əvvəlcə radiokarbon analizindən istifadə edərək sümüklərin təxminən 1700 il əvvələ aid olduğunu müəyyən ediblər. Həmin dövrdə Fens bölgəsində suyun səviyyəsi aşağı düşür, qurbağaların çoxalması üçün əlverişli şərait yaranırdı. Otlayan heyvanların bitki örtüyünü seyrəltməsi isə açıq ərazilərdə ov edən yırtıcı quşların qurbağaları daha asan görməsinə və tutmasına imkan verirdi.

Alimlər daha sonra sümüklərdəki zədələri müxtəlif heyvan qalıqlarının parçalanma izləri ilə müqayisə ediblər. Bu analiz nəticəsində qurbağaların əsasən bataqlıq bayquşları və çəmən belibağlıları tərəfindən ovlandığı qənaətinə gəlinib. Qurbağaların ön ətraf sümüklərinin ölçüləri də onların çoxunun öldüyü zaman bir yaşından kiçik olduğunu göstərib. Klarkson araşdırmanın nəticəsini belə yekunlaşdırıb: “Qurbağaların sirri açılıb: bir qrup bayquş qurbağalarla qidalanıb və onların sümüklərini ərazidə qoyub”.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiyev vilayətində bina dronla vurulub, 14 nəfər dağıntılar altında qalıb

14:09
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Xankəndidə “Prezident kuboku” uğrunda yarışda 300-ə yaxın atlet iştirak edib

13:17
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib

12:43
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!