26 İyun 2024 08:40
346
SİYASƏT
A- A+
Zəfər ordusu

Zəfər ordusu

 

"Ordu istənilən dövlətin gücü, qüdrəti və möhkəmliyidir. Azərbaycan Silahlı Qüvvələri 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa edildiyi gündən müstəqilliyimizin keşiyində durub. Ona görə də 26 İyun təkcə hərbçilərimizin deyil, Azərbaycan xalqının bayramıdır". 
Milli Məclisin deputatı Aydın Mirzəzadə "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, ilk dövrlərdə zəif hakimiyyətin olması Silahlı Qüvvələrin normal formalaşmasına da ciddi təsir edib. Bununla belə özünümüdafiə dəstələri, ayrı-ayrı regionlarda əlinə silah götürüb torpağını müdafiə edənlər erməni işğalçıları ilə çox ciddi mübarizə aparıblar. 
Deputatın sözlərinə görə, 1990-cı illərdə çox təəssüf ki, Silahlı Qüvvələrin hələ tam formalaşmaması ərazimizin müəyyən hissəsinin itirilməsinə səbəb oldu. Ancaq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi və ondan sonra dövlət quruculuğunda ciddi islahatların aparılması bütün sahələr kimi ordu quruculuğuna ciddi təsir etdi. Böyüyən büdcəmizin əhəmiyyətli hissəsi yeni silahların alınmasına, təlimlərin keçirilməsinə, hərbi qulluqçuların sosial problemlərinin həll edilməsinə yönəldildi. Ordumuzun 
NATO standartlarına uyğun olaraq qurulması, hərbi təhsilin keyfiyyətinin artırılması öz nəticəsini verdi. Azərbaycan Ordusu ildən-ilə yüksək peşəkarlığını göstərməyə başlayırdı. Erməni işğalçılarının Azərbaycanın yeni ərazilərini işğal etmək cəhdinin qarşısı alınır, onların təxribatlarına təsirli cavablar verilirdi. "Cəbhə xəttində ara-sıra baş verən lokal döyüşlərdə ordumuz Ermənistan silahlı qüvvələrini ciddi itkilər verməyə məcbur edirdi. Beləliklə, 2016-cı ilin dördgünlük Aprel döyüşlərində Azərbaycan Ordusu ilk qələbəsini qazandı. Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin hərbi quruculuq siyasəti ilkin nəticəsini verdi. Azərbaycan qətiyyətlə torpaqlarının işğaldan azad edilməsi istiqamətində çox ciddi siyasət aparmağa başladı və 2020-ci ildə 44 günlük müharibədə torpaqlarının bir hissəsini qəhrəmanlıqla işğaldan azad etdi. Bəzilərini isə döyüşsüz geri qaytardı. Ordumuz Azərbaycan-Ermənistan sərhədinə çıxaraq ərazi bütövlüyümüzü ciddi şəkildə qorumağa başladı".
Ötən il sentyabrın 20-də birgünlük antiterror tədbirinin Silahlı Qüvvələrin qüdrətini bir daha göstərdiyini vurğulayan A.Mirzəzadə qeyd edib ki, Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusu kimi dövlət müstəqilliyinin keşiyində durur: "Ordu quruculuğuna dövlət səviyyəsində çox ciddi əhəmiyyət verilir. Bütün dövrlərdə Azərbaycan Ordusu ən müasir silahlarla təchiz edilib. Hərbi təhsil günün ən yüksək tələbləri səviyyəsində qurulub. Zabitlərin vaxtaşırı xarici ölkələrdə hərbi təlimlərdə iştirakı, eyni zamanda kurslar keçməsi də ordumuzun möhkəmlənməsinə səbəb olub. Vaxtaşırı keçirilən hərbi təlimlər Azərbaycan Ordusunun ərazi bütövlüyümüzü qorumaq üçün ciddi sınaqlara hazır olduğunu göstərir. Silahlı Qüvvələrimiz bu gün dünyanın ən güclü 50 ordusundan biridir. Azərbaycan Ordusunun döyüş təcrübəsi dünyanın aparıcı dövlətlərinin baş qərargahlarında ciddi surətdə öyrənilir".
Deputat bildirib ki, Azərbaycan əsgəri bu gün öz torpağını qorumaq üçün istənilən fədakarlığa hazırdır. Torpaqlarımızın işğaldan azad olunmasında da xalq-ordu birliyinin böyük rolu oldu. Hər bir azərbaycanlı ordumuzun möhkəm olmasında maraqlıdır və gənclərimizin böyük həvəslə hərbi xidmətə yollanması ordumuzu gücləndirən faktorlardan biridir. Milli Ordumuzun yaranmasının 106-cı ildönümündə birmənalı şəkildə müstəqilliyimizi, kimliyimizi qoruyan şərəfli Silahlı Qüvvələrə malik olduğumuzu görürük və bu ordu bu gün də, sabah da dövlət müstəqilliyimizin qorunmasında vacib vəzifələr yerinə yetirir. Xalqımız öz əsgərinə inanır və Silahlı Qüvvələrimizin bundan sonra da güclü olması üçün dövlətimiz, rəhbərliyimiz tərəfindən bütün vacib addımlar atılır.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IBA Çempionlar Gecəsi: Azərbaycanın daha iki boksçusu qələbə qazanıb  

00:05
29 Sentyabr

Türkiyənin 2100-cü ilə qədər iqlim modeli hazırlanır  

23:15
28 Sentyabr

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

21:06
28 Sentyabr

Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi 

20:25
28 Sentyabr

“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

20:23
28 Sentyabr

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

19:46
28 Sentyabr

XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır  

19:41
28 Sentyabr

Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib

19:40
28 Sentyabr

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

19:36
28 Sentyabr

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

18:33
28 Sentyabr

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

18:30
28 Sentyabr

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

Çadda saxlanılan rusiyalılar azad ediləcək

16:44
28 Sentyabr

Minifutbol üzrə Azərbaycan çempionatı: Birinci turun oyunları bəlli oldu

16:32
28 Sentyabr

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub

16:06
28 Sentyabr

BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA

15:31
28 Sentyabr

Haiti Fransadan təzminat tələb edir

15:30
28 Sentyabr

Dağıstandakı partlayışda ölü sayı artır   

15:03
28 Sentyabr

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb

15:01
28 Sentyabr

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib

14:25
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!