12 Dekabr 2025 10:18
12623
SİYASƏT
A- A+
Ulu Öndər - Müasir və müstəqil Azərbaycanın memarı VİDEO 

Ulu Öndər - Müasir və müstəqil Azərbaycanın memarı VİDEO 

Azərbaycanın dövlətçilik tarixində dərin iz qoymuş Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür. Bu illər ərzində ölkəmiz onun siyasi irsinin işığında əzmlə irəliləyərək, qısa müddətdə əsrə bərabər yol qət edib.

Bu dövr Azərbaycan üçün həm də tarixi ədalətin bərpası ilə yadda qalıb. Çoxəsrlik tariximizdə misli görünməmiş Vətən müharibəsi və ardınca həyata keçirilən antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bununla yanaşı, ölkəmiz beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və aparıcı iştirakçısı kimi regional və qlobal miqyasda siyasi-iqtisadi mövqelərini daha da möhkəmləndirib.

Bu nailiyyətlərin əsasını Ulu Öndərin əbədi ideyaları, Prezident İlham Əliyevin qətiyyətli qərarları, dəyişən qlobal reallıqlara uyğun siyasəti və çevik diplomatik fəaliyyəti təşkil edir. Bu gün Azərbaycanın səsi bütün beynəlxalq platformalarda daha güclü eşidilir, üçrəngli bayrağımız ən yüksək zirvələrdə dalğalanır.

Milli dirçəlişin banisi

Azərbaycanın müasir tarixində qazanılan böyük uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun 1969-cu ildən başlayan və 30 ildən artıq davam edən rəhbərliyi dövründə ölkəmiz milli dirçəliş və intibah dövrünü yaşayıb.

Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın həyatında əsaslı dəyişikliklər yaratdı. Respublika canlanma mərhələsinə qədəm qoydu, genişmiqyaslı quruculuq işləri və inkişaf prosesi başladı. Bakıda o dövrün nadir sənaye müəssisələri – məişət kondisionerləri və dərin dəniz özülləri zavodları istifadəyə verildi. Memarlıq inciləri olan “Gülüstan” sarayı və Heydər Əliyev Sarayı inşa edildi, Yeni Əhmədli və “Günəşli” kimi iri yaşayış massivləri salındı. Kənd təsərrüfatında əhəmiyyətli nailiyyətlər əldə olundu ki, bu da əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırdı.

Ulu Öndər Heydər Əliyev hələ sağlığında əfsanələşmişdi və nadir dövlət xadimlərindən sayılırdı. Dünyanın tanınmış simaları onu siyasətdə patriarx, tarixin gedişinə təsir edə bilən güclü şəxsiyyət hesab edirdilər.

Əminliklə demək olar ki, 1970-1980-ci illər Azərbaycan tarixində xalqımızın milli ideyalarının – azad, müstəqil və suveren dövlət qurmaq arzularının formalaşmasına möhkəm bünövrə yaratdı.

Xalqının qüdrətli müdafiəçisi

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir və xalqımız onunla haqlı olaraq fəxr edir. Həyatı xalqı ilə dərindən bağlı olan Ümummilli Lider dövlətçilik tariximizdə unudulmaz rəhbər, qüdrətli lider və fədakar insan kimi iz qoyub. Şübhəsiz ki, o, Azərbaycanı qəlbən sevən və ömrünü Vətəninin tərəqqisinə həsr edən dahi bir şəxsiyyət idi.

Ümummilli Lider Heydər Əliyev keçmiş SSRİ-nin ən ali rəhbər orqanlarından biri olan Siyasi Büronun üzvü, həmçinin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdi. Ulu Öndərin belə mötəbər siyasi zirvəyə yüksəlməsi Azərbaycanın inkişafı üçün böyük imkanlar açdı. O, nüfuzundan və tutduğu vəzifələrin imtiyazlarından istifadə edərək Azərbaycana bir çox mühüm ittifaq layihələrini yönəltdi.

O dövrdə Heydər Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli addımları və fitri təşkilatçılıq istedadı onun nüfuzunu daha da artırdı. Lakin buna rəğmən ona qarşı paxıllıq və qısqanclıq da güclənirdi. Xüsusilə mənsəbpərəst Mixail Qorbaçov onu siyasi meydandan uzaqlaşdırmağa çalışır, əleyhinə çirkin kampaniyalar aparırdı.

Ümummilli Lider Heydər Əliyev ölkə rəhbərliyi ilə ciddi fikir ayrılığı səbəbindən vəzifəsindən istefa verdikdən sonra erməni şovinistləri Azərbaycana qarşı ərazi iddiaları irəli sürdülər və Qarabağda separatizm baş qaldırdı. 1990-cı il yanvarın 20-də sovet ordusu Bakıda qanlı qırğın törətdi. O dövrdə də, bu gün də çoxları əmindir ki, əgər Heydər Əliyev həmin vaxt rəhbərlikdə olsaydı, nə Qarabağ problemi, nə Qara Yanvar faciəsi, nə də digər hadisələr baş verərdi.

Xaosdan sabitliyə: Müasir Azərbaycanın qurucusu

1990-cı illərin əvvəlləri Azərbaycan üçün çox mürəkkəb bir dövr idi. Bu vəziyyətə biganə qala bilməyən Ulu Öndər Heydər Əliyev Moskvadan Vətənə qayıtmaq qərarı verdi. Lakin o dövrdəki iqtidar Heydər Əliyevin Bakıya gəlməsinə mane olduğundan Ulu Öndər doğma Naxçıvana üz tutdu. Ümummilli Lider Naxçıvanı erməni təcavüzündən və siyasi təlatümlərdən qorumağı bacardı. Üçrəngli Bayrağımızı ilk dəfə Naxçıvanda ucaldan Ulu Öndər burada Yeni Azərbaycan Partiyasının əsasını qoydu. Ümummilli Liderin Muxtar Respublikanın rəhbəri olaraq qəbul etdiyi strateji və qətiyyətli qərarlar Azərbaycanın gələcək taleyinə mühüm təsir göstərdi.

Müstəqilliyin ilk illərində ölkə xaos, anarxiya və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmişdi. 1993-cü ilin yayında vəziyyət böhran həddinə çatdı. Xalqın çağırışı ilə Ulu Öndər iyunun 9-da Naxçıvandan Bakıya gəldi və ölkəni xilas etmək üçün məsuliyyəti öz üzərinə götürdü.

Ulu Öndər Heydər Əliyev qısa zamanda ölkədə sabitliyi bərpa etdi və müasir milli dövlət quruculuğu prosesini başlatdı. Onun rəhbərliyi ilə milli maraqlar ön plana çıxarıldı, xarici siyasət prinsipləri müəyyənləşdirildi və ictimai-siyasi sabitlik təmin edildi. Bu isə ölkədə genişmiqyaslı infrastruktur və quruculuq işlərinə şərait yaratdı.

Ordu quruculuğu sahəsində də mühüm addımlar atıldı. Ulu Öndər cəbhə bölgələrinə səfərlər edir, əsgərlərlə görüşərək onların mənəvi ruhunu yüksəldirdi. Bunun nəticəsində düşmənin ölkəmizə qarşı yeni işğal planları dəf edildi və təhlükələrin qarşısı alındı.

Eyni zamanda, Azərbaycanın enerji və nəqliyyat infrastrukturunda böyük layihələr reallaşdırıldı. Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verildi, ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu və Cənub Qaz Dəhlizi inşa edildi. Bu transmilli layihələr ölkəmizi beynəlxalq arenada mühüm aktora çevirdi.

Uğurlu inkişafdan möhtəşəm Zəfərə

Ümummilli Lider Heydər Əliyev artıq aramızda olmasa da, onun parlaq ideyaları bu gün də Azərbaycanın inkişaf yolunu işıqlandırır. Prezident İlham Əliyev Ulu Öndərin strategiyasını qətiyyətlə davam etdirərək ölkəmizi yeni zirvələrə aparır, qlobal siyasətin mürəkkəb məqamlarını nəzərə alaraq milli maraqları qoruyur. Onun titanik fəaliyyəti nəticəsində Azərbaycan güclü dövlətə və beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilib.

Xalq öz Liderinə inanır və onu dəstəkləyir. Bu həmrəyliyin və inamın ən parlaq təcəssümü 44 günlük Vətən müharibəsində və uğurlu antiterror tədbirləri nəticəsində qazanılan möhtəşəm Zəfərdir. Prezident İlham Əliyev quruculuq işlərində də böyük qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur bərpa olunur, yaşayış kompleksləri və tikilir, yenilərinin təməli qoyulur. Bu proseslər Böyük Qayıdışın uğurlu perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qovuşub və “Böyük Qayıdış” Proqramı uğurla həyata keçirilir.

Heç şübhəsiz, bütün bu uğurların əsasını Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik strategiyası və milli dövlətçilik prinsipləri təşkil edir. Bu nailiyyətlər göstərir ki, Azərbaycanın gələcəyi daha güclü, firavan və sabit bir dövlət olaraq qorunacaq, xalqımız isə hər zaman öz Liderinə güvənərək inkişaf yolunda addımlamağa davam edəcək.





Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında 

00:55
07 Avqust

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 446-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə 

00:54
07 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 382 nömrəli, "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 383 nömrəli, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2012-ci il 6 iyun tarixli 648 nömrəli, "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası"nın təsdiqi haqqında" 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli, "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2018-ci il 18 dekabr tarixli 410 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

00:53
07 Avqust

B.Ə.Aslanbəylinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

00:52
07 Avqust

F.N.İsmayılovun Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında

00:52
07 Avqust

E.T.Abdullayevin Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında

00:51
07 Avqust

F.N.İsmayılovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında

00:50
07 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" 2021-ci il 27 aprel tarixli 1326 nömrəli, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" 2025-ci il 15 yanvar tarixli 286 nömrəli fərmanlarında və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2008-ci il 16 aprel tarixli 2761 nömrəli, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" 2014-cü il 10 yanvar tarixli 213 nömrəli və"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında" 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

00:48
07 Avqust

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

22:43
06 Avqust

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

22:36
06 Avqust

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

22:29
06 Avqust

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

22:22
06 Avqust

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

22:15
06 Avqust

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

22:08
06 Avqust

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

22:01
06 Avqust

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb

21:54
06 Avqust

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

21:47
06 Avqust

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

21:40
06 Avqust

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

21:33
06 Avqust

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var

21:26
06 Avqust

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

21:19
06 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!