28 Sentyabr 2024 08:40
306
CƏMİYYƏT
A- A+
"Təsəllimiz qələbəmizdir"

"Təsəllimiz qələbəmizdir"


"Erməni faşizminin törətdiyi vəhşiliklərdən bizim ocağımıza iki dəfə od düşüb", - deyir Qax rayonu Almalı kəndinin sakini Əskinaz Kərimova. Birinci Qarabağ müharibəsində qaynı Nazimi, 2023-cü ilin sentyabr ayındakı lokal xarakterli antiterror əməliyyatlarında isə ciyərparası Elnuru itiriblər. 

Şəhid anası Əskinaz xanım uzun və düşüncəli bir hekayət danışır. Bu hekayətin içində erməni millətinin xislətini, məkrini göstərən olaylar da, Azərbaycan oğullarının qeyrət nümunəsi də, ana qəlbinin göynərtiləri də, qürur da, təsəlli də var.

- 1985-ci ildə Adillə ailə qurduq. Mingəçevirdə bir erməninin evində kirayənişin qalırdıq. Ev sahibinin adı Karo, arvadının adı Janna idi. Onlara tez-tez saqqalı ermənilər gəlirdi. Saqqallıların qəribə baxışları məni həmişə qorxudurdu. Bir gün ev sahibinin qızının nişanı oldu. Soruşdum ki, Janna xala, qızı kimə verirsən? Nə desə yaxşıdır?! "Bizim Karabağa, öz torpağıma!" Yerimdəcə donub qaldım. Daxilimdə daha qəribə bir qorxu yarandı. Qızın toyundan sonra onlarda bizim azərbaycanlılara oxşayan cavan bir qadın gördüm. Sadəlövhcəsinə, "Sən azərbaycanlısanmı?" - dedim. Elə bil gəlini ilan vurdu, hirsli-hirsli: "Allah eləməsin mən türk olum", - deyib otaqdan çıxdı. Mən onun nifrətlə baxan gözlərini, sifətinin eybəcər şəkil aldığını görəndə içimə dolan qorxu daha da artdı.  Adilə çox deyirdim, gəl bu evdən çıxaq. O, da "Qorxma, indi ermənilər bizə heç nə edə bilməzlər" - deyirdi. Və bir gün ora gələn saqqallının kinayəli baxışları məni elə qorxutdu ki, Adil gələn kimi dedim: "Biz burdan getməliyik!.." Qorxularım acı həqiqət oldu. Ermənilər oğullarımızı, qardaşlarımızı, ərlərimizi qətlə yetirdilər...

Əskinaz ana özünü möhkəm tutsa da, qəhər onu boğur. Bayaqdan dolan gözlərini gizlətməyə çalışan Adil kişi sözünü ömür-gün yoldaşının sözünə calayır:

- Qardaşım Nazim Birinci Qarabağ müharibəsinin şəhididir. 1994-cü ilin yanvar ayında xəbər aldıq ki, Qarakənd ətrafında itkin düşüb. Anam-atam gözü yolda bu dünyadan köçdülər. Qardaşım könüllü getmişdi döyüşə. İki övladı vardı. Atamgil nə qədər getmə desələr də, o getdi. Vətənin dar günündə onun hayına hay vermək igid oğulların işidir. Qardaşım bunları deyə-deyə getmişdi döyüşə. İki il cəbhədə döyüşdü. Sonu... Hələ də gözümüz yoldadır.

Əskinaz ana özünü toparlayıb yenidən danışır: 

- Nazimin itkin düşməsi xəbərindən üç ay sonra Elnur dünyaya gəldi. Taleyin işinə bir baxın. Elnur da Vətən yolunda şəhid oldu. Tanrı əmisinin taleyini yazıbmış Elnuruma...

"Dəniz pişikləri" komandasının snayperçi - sərrast atıcısı şəhid Elnur Kərimov 1994-cü il aprelin 20-də Mingəçevir şəhərində anadan olub. Onun məktəb yaşı çatanda ailəsi doğma kəndinə - Almalıya qayıdıb və Elnur kənd tam orta məktəbində təhsil alıb. Anası deyir ki, uşaq vaxtı tez-tez xəstələnərdi: 

- Evin sonbeşiyi idi. Özündən böyük iki qardaşı da var. Mən həmişə onu qardaşlarından seçərdim ki, kiçikdir, cılızdır. Sakit, azdanışan olub. Dərslərinə bir o qədər həvəs göstərməzdi. Deyirdim, təki canı sağ olsun. Oxumasa da olar.

2011-ci ildə orta məktəbi bitirən Elnur elə həmin ilin oktyabr ayında hərbi xidmətə çağrılır. Bakı yaxınlığında Səngəçalda ilyarım hərbi xidmətdə olur. 2013-cü ilin aprelində doğmalarının yanına qayıdır. Sonra Bakıda ikiillik diş texniki hazırlayan kursda təhsil alır. 2019-cu ilə kimi Bakıda, Zaqatalada diş texniki işləyir.

Şəhidimizin həyat yoldaşı Nazilə də söhbətə qoşulur:

- Bu işdən heç razı deyildi. Koronavirus pandemiyası vaxtı isə sifarişləri yox dərəcəsində idi. Biz şəhərdə kirayədə yaşayırdıq. Oğlumuz təzəcə dünyaya gəlmişdi. Qayınatamgilə çətinliklərimizi bildirmirdik. Elnur bir müddət taksidə işlədi. Yenə də "bu işlər mənlik deyil", - deyirdi. Bir gün evə sevinclə gəldi. Hərbi kursa yazılmışdı. Altı ay kurs keçdikdən sonra "Dəniz pişikləri" komandasında xidmətə başlayacaqdı. Mən də, anası da çox dedik ki, çətin olacaq. Bizi eşitmədi. Hər dəfə də deyərdi: "Çox zor işdir. Əladır. Əsl kişi işidir." Nə qədər yorğun olsa da, bizdən gizlədərdi. Nədən idi, bilmirəm. Elnurun hər işi çox çətinliklə başa gəlirdi. Amma hərbçi olmaq istəyi elə bil yolunu açmışdı. Çox asanlıqla istədiyini əldə edirdi. Çox ailəcanlı idi. Cibində bir manatı olsa belə, onu ailəsinə xərcləyərdi. Oğlumuzun bir yaşı yenicə tamam olmuşdu. Qonşunun uşağının pultla idarə olunan maşını vardı. Rəşid o maşını istəyirdi, ağlayırdı. Axşam mən Elnura bunu söylədim. Heç nə demədi. Ertəsi gün uşağa həmin maşından alıb gətirdi, kreditlə götürmüşdü... Hərbi kursda oxuyan 120 nəfərdən yalnız 20-si işə qəbul olunmuşdu. Onlardan biri də Elnur idi. Üç ay idi işə başlamışdı. Elə bil ürəyimə nə isə dammışdı. Deyirdim, gəlsənə bu işdən çıxasan. Nə isə heç mənim ürəyim rahat deyil... Bizi kəndə göndərdi ki, tək qalmayaq. Kreditlə telefon da almışdı. Ödəmənin bir ayı qalmışdı.  Ölümündən bir gün qabaq  qardaşına pul göndərmişdi ki, kreditini bağlatsın. Kim bilir, bəlkə də ürəyinə damıbmış... 

Valideynlərinin, ailəsinin Elnurla bağlı söhbəti tükənmək bilmir:

- Mən də, gəlin də hər dəfə telefonla görüntülü danışırdıq. Mən dili qurumuş da hər dəfə deyirdim ki, mən sənin balanı böyüdə bilmərəm. Çıx gəl. O isə: "Elə etməyin ki, sizi bloka salım, - deyirdi. Kaş, o sözlər dilimdən çıxmayaydı...

- Rəşid hələ uşaqdır, çox şeyi başa dümür. Böyüdükcə atasını axtaracaq. Dünyada heç kim, heç nə atanı əvəz edə bilməz. Nə qədər ömrüm var, bir baba kimi, əlimdən gələni edəcəm ki, oğlumun, sonbeşiyimin yadigarı qayğısız böyüsün. O, elə bir oğul idi, sözlə demək çətindir. Çox şeyləri bizdən gizlədib. Nə qədər çətinə düşsə belə, mənə bildirməyib. Həmişə böyük qardaşı Yamillə dərdləşib. Onun Qarabağa getməyindən də, snayperçi olmağından da xəbərimiz olmayıb. Yamilə bərk-bərk tapşırıb ki, evdəkilər bilməsin. Şəhid olduğu xəbərini alanda bilmişik ki, o da Qarabağda imiş. Qonşumuzun oğluna qaynı, qumlu Qurban Hacıxanov zəng vurub deyib ki, Elnur şəhid olub. Onu da deyib ki, mən ona çox dedim: "Elnur, yerini dəyiş, məni eşitmədi." Qurban özü də döyüşdə yaralanıb. Əvvəl inanmadım. Oğlum Yamil məni qucaqlayıb hönkürəndə bildim ki, Elnurum da Vətən yolunda şəhid olub. Bir ata üçün oğlunu çiynində aparmaq ən ağır yükdür. Kaş onun çiynində mən haqq dünyasına gedərdim. Bu da taleyin qismətidir. Mən tək deyiləm. Biz ataların təsəllisi oğullarımızın uğrunda can verdiyi Vətən torpağını azad görməkdir. Namusumuz, qeyrətimiz və bir də müqəddəs Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucalan Azərbaycan oğulları arasında mənim igid balam, Elnurum da var.

...Bütün bunları dinləmək nə qədər çətin olsa da, gözyaşları içində dinlədim bir qəhrəmanımızın həyat hekayəsini. Qeyrət mücəssəməsi olan Elnur, rahat uyu. Bu gün sənin uğrunda can verdiyin torpaqlarda da müqəddəs bayrağımız qürurla dalğalanır. Yadigarın Rəşid ata nisgili ilə böyüsə də, səninlə qürur duyacaq. Ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman atası  ilə fəxr edəcək. 

Bir zamanlar qorxularının əsiri olan Əskinaz ana, daha qorxma. Vaxtilə gözlərindən nifrət oxuduğun o erməni dığaları payını elə alıb ki!.. Janna "xala" da bir daha "bizim Karabağımız" kəlməsini dilinə gətirməyəcək. 


Xavər ƏFƏNDİYEVA,

Qax rayonunda çıxan "Şəlalə" qəzetinin redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

13:32
28 Sentyabr

“Philips” yeni monitorunu nümayiş edib

12:35
28 Sentyabr

ABŞ-də qasırğa 40 nəfərin həyatına son qoyub

12:33
28 Sentyabr

Abşeron rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb

12:31
28 Sentyabr

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir

12:30
28 Sentyabr

Belarus və Rusiya təhlükəsizlik təminatı haqqında saziş imzalamağı planlaşdırır

11:38
28 Sentyabr

“Xiaomi”nin ilk qatlanan smartfonu təqdim edilib  

11:36
28 Sentyabr

Dövlət katibi: Birləşmiş Ştatlar Rusiya və Çin arasında iqtisadi demarkasiyaya can atmır

11:34
28 Sentyabr

Niderlandın xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

11:32
28 Sentyabr

Azərbaycan-Bosniya və Herseqovina strateji tərəfdaşlığı müzakirə olunub

11:27
28 Sentyabr

Yeni ekzoplanet kəşf edilib

11:10
28 Sentyabr

Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar

11:06
28 Sentyabr

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün giriş vizası tələbini ləğv edir

11:04
28 Sentyabr

Blinken ABŞ və Çin liderləri arasında təmasların olacağını gözləyir

10:49
28 Sentyabr

İcma: Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlıdır

10:46
28 Sentyabr

Ceyhun Bayramov BMT-nin ali nümayəndəsi ilə COP29-a hazırlıq prosesini müzakirə edib

10:42
28 Sentyabr

Azərbaycan-Afrika İttifaqı əlaqələrinin perspektivləri müzakirə edilib

10:41
28 Sentyabr

Azərbaycan nefti ucuzlaşıb

10:40
28 Sentyabr

VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı açıqlanıb

10:19
28 Sentyabr

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

10:13
28 Sentyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti Nyu-York İqlim Həftəsində iştirak edir

09:41
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!