28 Sentyabr 2024 09:10
387
CƏMİYYƏT
A- A+
Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 Sentyabr - Anım Gününə həsr  olunmuş tədbir keçirilib. 

Öncə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Aİİ-nin II kurs tələbəsi Qismət Rzayev tərəfindən şəhidlərimizin ruhuna Quran tilavəti təqdim edilib.

Aİİ rektoru dosent Aqil Şirinov Anım Günü tədbirində çıxış edərək, Vətən müharibəsini şanlı tariximiz, şəhidlər və qazilərin qürur mənbəyimiz olduğunu vurğulayıb. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirib. 

O qeyd edib ki, Müzəffər Ordumuzun və xalqımızın yazdığı bu tarixi Zəfər sabahımız üçün möhkəm bünövrədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında sərəncamda qeyd olunduğu kimi, "Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur..." 

Daha sonra rektor vurğulayıb ki, vətənimizin igid oğulları ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdilər. Şəhidlərimizin ruhu şaddır, Qarabağ azaddır! Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan öz suverenliyini tam təmin edib.

Aİİ rektoru vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir.

Daha sonra Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov çıxış edərək 44 günlük Vətən müharibəsinin şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarının özlərindən sonra xalqımıza Vətən boyda əmanət qoyub getdiklərini deyib. 

Vətən müharibəsi şəhidi, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin məzunu Vüqar Məmmədovun anası Əsmər Məmmədova oğlunun ordu sıralarına könüllü qoşulduğunu qeyd edib. Şəhid anası oğlunun keçdiyi döyüş yolundan bəhs edib. O, Vətən müharibəsi şəhidlərini və qazilərini hər zaman yad edən Azərbaycan İlahiyyat İnstitutunun kollektivinə təşəkkürünü bildirib.

Daha sonra Aİİ İslamşünaslıq kafedrasının dosenti Rəşad Mustafa "Qələbə tariximiz" mövzusunda çıxış edib.

Tədbirdə Azərbaycan Televiziyasının "Tarixin izi ilə" layihəsi çərçivəsində hazırlanmış "Qarabağın qədim tarixi" filmi nümayiş olunub. 


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

14:18
28 Sentyabr

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

13:32
28 Sentyabr

“Philips” yeni monitorunu nümayiş edib

12:35
28 Sentyabr

ABŞ-də qasırğa 40 nəfərin həyatına son qoyub

12:33
28 Sentyabr

Abşeron rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb

12:31
28 Sentyabr

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir

12:30
28 Sentyabr

Belarus və Rusiya təhlükəsizlik təminatı haqqında saziş imzalamağı planlaşdırır

11:38
28 Sentyabr

“Xiaomi”nin ilk qatlanan smartfonu təqdim edilib  

11:36
28 Sentyabr

Dövlət katibi: Birləşmiş Ştatlar Rusiya və Çin arasında iqtisadi demarkasiyaya can atmır

11:34
28 Sentyabr

Niderlandın xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

11:32
28 Sentyabr

Azərbaycan-Bosniya və Herseqovina strateji tərəfdaşlığı müzakirə olunub

11:27
28 Sentyabr

Yeni ekzoplanet kəşf edilib

11:10
28 Sentyabr

Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar

11:06
28 Sentyabr

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün giriş vizası tələbini ləğv edir

11:04
28 Sentyabr

Blinken ABŞ və Çin liderləri arasında təmasların olacağını gözləyir

10:49
28 Sentyabr

İcma: Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlıdır

10:46
28 Sentyabr

Ceyhun Bayramov BMT-nin ali nümayəndəsi ilə COP29-a hazırlıq prosesini müzakirə edib

10:42
28 Sentyabr

Azərbaycan-Afrika İttifaqı əlaqələrinin perspektivləri müzakirə edilib

10:41
28 Sentyabr

Azərbaycan nefti ucuzlaşıb

10:40
28 Sentyabr

VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı açıqlanıb

10:19
28 Sentyabr

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

10:13
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!