27 İyul 2025 08:00
2705
SİYASƏT
A- A+
Qətiyyətin nümunəsi

Qətiyyətin nümunəsi


Bu nümunə İlham Əliyevin siyasəti sayəsində özünün qüdrətli tarixini yaşayan Azərbaycan dövlətidir


 2003-cü ildən Ulu Öndər Heydər Əliyev yolunun uğurlu davamı ilə 2020-ci ildə tarixi Zəfərinə, 2023-cü ildə suverenliyinin tam bərpasına qovuşan Azərbaycan indi daha böyük hədəflərə doğru addımlayır. Bu gün adı dünya miqyasında güclü ölkələr sırasında çəkilən Azərbaycanın nüfuzu getdikcə yüksəlir. Bunun da səbəbi ölkənin lideri, Prezident İlham Əliyevin tam müstəqil xarici siyasət yürütməsi, sözünə sadiq lider olmasıdır.

Hazırda Azərbaycan həm beynəlxalq aləmdə və regionda, həm də daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə sayılır, özünəməxsus inkişaf modelləri ilə tanınır.

Bu gün İlham Əliyev şəxsiyyətinə, liderliyinə, geosiyasi və geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, dövlətimizin başçısı təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, dünya miqyasında tanınan siyasətçidir. Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud problemlərin  həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin. Yəni İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlətimizin başçısının təşəbbüsləri dünya miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində əvəzsiz nümunədir. Buna misal olaraq İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü qlobal təşəbbüsləri, mühüm təklifləri göstərmək olar.

Məhz İlham Əliyevin qurduğu Azərbaycanın yüksəlişi, xalqın artan rifahı dünyada müşahidə olunan tendensiyalardan fərqlənir. Bu gün dünyanın əksər ölkələrində iqtisadi böhran, sosial gerilik halı yaşansa da, Azərbaycanda nə iqtisadi böhran, nə sosial gərginlik, nə də tənəzzül var.

İlham Əliyev Prezident kimi fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilib, ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar vətəndaşların rifahının yüksəlməsinə, cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət edib. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının sonsuz etimadına səbəb olub.

Prezident İlham Əliyev həm də Azərbaycanı dünyanın kosmik ölkələr ailəsinin üzvü edib. Bu gün orbitdə Azərbaycanın 3 peyki var. Ölkə lideri qlobal transmilli layihələrin müəllifi olaraq Azərbaycanı "Şərq-Qərb", "Şimal-Cənub", "Orta dəhliz" kimi mühüm beynəlxalq nəqliyyat-tranzit layihələrinin fəal iştirakçısına çevirib. Onun müəllifi olduğu transmilli layihələr regionda tamamilə yeni mənzərə yaradıb,  Azərbaycanı regionun enerji və nəqliyyat mərkəzinə çevirib.

İlham Əliyevin rəhbərliyi ilə iqtisadi, sosial və institusional sahələrdə aparılan islahatlar da uzaqgörən və qətiyyətli liderliyin göstəricisidir. Müasir infrastruktur layihələri, regionların inkişafı və sosial rifahın artırılması bu siyasətin nəticələridir.

İlham Əliyev Azərbaycanı balanslı, amma prinsipial mövqeyi ilə tanıdıb. Heç bir xarici təzyiqə boyun əyməməsi və milli maraqları hər zaman üstün tutması onun liderlik qətiyyətinin nümunəsidir.

Bütün sahələrdə əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.

Məhz İlham Əliyevin yürütdüyü siyasət sayəsində Azərbaycan son iki ildə demək olar ki, dünyanın ən təhlükəsiz ölkəsi statusuna sahiblənib. "Global Terrorism Index 2025" (GTI) hesabatına görə, Azərbaycan ən təhlükəsiz ölkələr arasında yer alıb.

Həyata keçirdiyi müstəqil siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev hadisələri düzgün analizetmə, doğru qərarvermə bacarığı, uğurlu hücum diplomatiyası ilə ölkəmizi həm də dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Müasir dünyamızın acı reallıqları fonunda İlham Əliyev coğrafi cəhətdən elə də böyük olmayan Azərbaycanı beynəlxalq siyasətin subyektindən onun mühüm aktoruna çevirib.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hər kəslə öz milli maraqlarına əsaslanan münasibət qurmağa yönəlmiş çoxtərəfli xarici siyasət kursu ilə Azərbaycanın nüfuzu getdikcə yüksəlir.

Son illər Azərbaycanın xarici siyasətinin uğurlarına nəzər yetirsək, aydın şəkildə görərik ki, ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədərdir. Həmçinin Azərbaycan da bir çox böyük dövlətlərlə srtateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır.

Azərbaycanın strateji tərəfdaşlıq etdiyi ölkələrin sayının artmasını, müttəfiqlərinin  coğrafiyasının genişlənməsini şərtləndirən əsas amil isə İkinci Qarabağ müharibəsindəki Şanlı Zəfərimizdir. Bu savaşa qədər İlham Əliyev 30 illik erməni işğalını, erməni vandalizmini dünyaya çatdırmaq istiqamətində hücum diplomatiyası həyata keçirmiş və bu istiqamətdə xaricdəki bütün diplomatlarımız qarşısında ciddi tapşırıqlar qoymuşdur. Elə bir mötəbər təşkilat yox idi ki, İlham Əliyev o qurumların ali tribunasından Azərbaycan həqiqətlərini dünyaya bəyan etməsin. Əlbəttə ki, bu hücum diplomatiyasının uğurlu nəticəsi olmalı idi. Azərbaycan liderinin 2003-cü ildən həyata keçirməyə başladığı xarici siyasət kursu və hücum diplomatiyası 17 ildən sonra 2020-ci ildə böyük qələbə ilə nəticələndi. Azərbaycan haqq savaşını qazandı və 2023-cü ildə suverenliyini, ərazi bütövlüyünü tam təmin etmiş oldu. Və bununla Azərbaycan regionda yeni reallıqlar yaratdı. Dünyanın əksər böyük dövlətləri İlham Əliyevin yaratdığı reallıqlarla barışdı, onları qəbul etdi.

Bir sözlə, İlham Əliyevin qətiyyəti təkcə iqtisadi qərarlarda, siyasi çıxışlarda, diplomatik gedişlərdə deyil, Qarabağ və Şərqi Zəngəzurda ucalan bayrağımızda əks olunur.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

02:35
21 İyul

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:35
21 İyul

"Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında

02:34
21 İyul

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 447-VIIQD nömrəli Qanununun tətbiqi və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:33
21 İyul

Vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:33
21 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

02:31
21 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:30
21 İyul

“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə

02:28
21 İyul

“Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 589 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:27
21 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilməsi haqqında

02:26
21 İyul

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

22:49
20 İyul

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq genişlənir

21:47
20 İyul

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib

21:22
20 İyul

Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır

18:49
20 İyul

Xaçmazda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib

18:38
20 İyul

XİN: Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub

18:07
20 İyul

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

17:29
20 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşlarla görüşüb

17:29
20 İyul

Altı ayda Azərbaycanın pambıq ipliyi ixracı 2 dəfədən çox artıb

17:16
20 İyul

Rəqəmsal inkişaf və nəqliyyat naziri Xaçmazda vətəndaşlarla görüşüb

17:07
20 İyul

Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı genişlənir

16:57
20 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!