23 Oktyabr 2024 08:35
18815
Mədəniyyət
A- A+
Qərbi Azərbaycan abidələri: Alagöz qalası

Qərbi Azərbaycan abidələri: Alagöz qalası


Ələyəz (Alagöz) qalası Qərbi Azərbaycan ərazisindəki Alagöz dağının zirvəsində, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə, Alagöz kəndindən 7, İrəvan şəhərindən 50 kilometr şimalda yerləşir. 

Ümumi memarlıq quruluşuna görə qalanın IV-V əsrlərdə tikildiyi ehtimal olunur. Qalanın yaranma tarixi haqqında erməni mənbələrində yekdil fikir yoxdur. Alagöz qalasının adı ermənilər tərəfindən təhrif edilib və o, "Amberd" adlandırılıb. Erməni dilində "Amberd" sözü keçilməz, əlçatmaz hündürlükdə yerləşən qala kimi izah edilsə də, ermənilər tərəfindən toponimin dəyişdirilməsi vandalizm aktı kimi qiymətləndirilməlidir. Ərazinin təhlilinə gəldikdə, qalanın yerləşdiyi ərazinin oğuz yurdu olmasına heç bir şübhə yeri qalmır. Qalanın adı yer adından götürülüb. Bu barədə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılovun Alagöz qalası ilə bağlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Bir zamanlar inamlarında göy tanrılarına pərəstiş edən türklər, öz tanrılarına ibadət etmək üçün daim zirvələrə doğru gedər, orada özlərinə yurd salmağa çalışardılar. Türk xalqlarının mifik düşüncələrində Tanrı (Tenqri) əbədi göy (səma) Allahı (tanrısı), gözə görünməyən xilaskar kimi yüz illər boyu bu insanların inancında yaşayıb. Tanrıçılıq (Tenqrizm) Monqol imperiyasında din kimi istifadə olunurdu. Tanrı (Tenqri) termini Mərkəzi Asiya xalqlarının ən qədim mifoloji yaddaşına aiddir və Hun dilində (e.ə. 3-cü əsr və ondan əvvəl) meydana gəldiyi güman edilir. Hun dilində çenli (səma) adı ilə bağlıdır. Göy Allahı (tanrı) Asiyanın daha geniş paralellərində istifadə olunub. Məsələn, Tanrı (Tenqri) sözü altaylarda tenqri, xakaslarda ter, Tuvanlarda maralı, çuvaşlarda turu, yakutlarda tanqarası, monqollarda, buryatlarda tengeri və kalmıklarda tengeri kimi ifadə olunub.

Tanrı ideyası səmavi ruhların rəhbəri haqqında animistik inanclar əsasında formalaşıb və səma həm onun birbaşa təzahürü, həm də tanrının yaşayış yeri hesab edilib. Tenqri adının özü ilk dəfə Çin salnamələrində hunları təsvir edərkən işlədilib. Bu isə tanrıçılıq ideyasının hunlarla bağlı olduğunu göstərir. Görkəmli tədqiqatçı L.N.Qumilyov "Qədim türklər" kitabında göstərir ki, "Göy kultu - Tanrı" Yenisey runik qrafikası ilə Orxon yazılarında qeydə alınıb. Sərt dağ relyefində inşa edilən Alagöz qalasının ümumi texnikası onun Qafqaz Albaniyası memarlığına aid olduğunu sübuta yetirir. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan görünür ki, bu abidənin tikildiyi dövrdə Albaniyada Şərq xristianlığı hələ tam təşəkkül tapmamışdı.

Qala ətrafında siklop tikintilərinin çoxsaylı qalıqlarının və mağaraların mövcudluğu onun inşasının daha qədim dövrlərə aid olmasını düşünməyə imkan verir. Müxtəlif dövrlərdə qala divarlarının bərpa edilməsi və ya yenidən qurulması nəticəsində qala üçmərtəbəli olub.

XI əsrin 70-ci illərində Səlcuq türkləri qalanı nəzarətə götürərək onu yenidən tikiblər. Qala divarlarının bürcləri ərazinin relyef xüsusiyyətlərinə əsasən inşa edilib. Girişlərin yollar üzərində müvafiq qaydada yerləşdirilməsi qalanın alınmaz müdafiə sistemini təşkil edirdi. XII əsrdə Səlcuq türkləri qalanın şimal-qərb hissəsinə yeni giriş qapısı əlavə ediblər ki, bu da düşmən qoşunlarının oraya irəliləməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Bərpa zamanı qalanın divarlarına Böyük Səlcuq İmperiyasının ikibaşlı qartal gerbi yerləşdirilib.

Üçmərtəbəli qala təxminən 1500 kvadratmetr ərazini əhatə edir. Bərpa zamanı qalanın şimal tərəfi əlavə olaraq yarımdairəvi bürclərlə təchiz edilmiş güclü divarla möhkəmləndirilmişdi. Qala bürcünün cənub fasadında yuxarı mərtəbələrin pəncərələri qorunub saxlanılıb. Təhlükəsizliyə görə aşağı mərtəbədə pəncərələr olmayıb. Bürclərin hər mərtəbəsində masa şəklində kiçik otaq var idi. Qalanın ümumi mənzərəsinə nəzər saldıqda yaşayış evlərindən başqa, orada hamamın, kiçik kilsənin və yeraltı keçidlərin olduğu görünür. Qala divarlarının cənub tərəfində, ondan bir qədər aralıda XI əsrdə tikildiyi güman edilən kiçik kilsə yerləşir. Kilsə xaricdən düzbucaqlı planda, daxildən çarpaz dairəvi mərkəzi hissəsi günbəz formasındadır. Çarpaz qanadların dörd küncündə ikimərtəbəli tonozlar olan kilsə Gəncəsər monastırı daxilindəki kilsənin oxşarıdır. Günbəz paket formalı zirvə ilə bitən 12 haşiyəli tağların künclərindən yuxarıya doğru qalxan tağlara söykənir.

Damın ağırlığını yüngülləşdirmək üçün bir-birinə paralel sütunlardan istifadə edilib. Kilsənin xarici görünüşünün memarlıq həlli isə belədir - Şərq fasadında bir cüt şaquli taxça yerləşdirilib, digər fasadlar düzdür. Cənub fasadında sütunlarla bəzədilmiş tağlı giriş qapısı var. Kilsə divarlarına müasir erməni dilində bir neçə yazı yerləşdirilib. Onlar kilsəni mənimsəmək üçün çox güman ki, ötən əsrin əvvəllərində ərazi ermənilərin nəzarətinə verildikdən sonra onlar tərəfindən yazılıb.

Kilsənin yaxınlığında yardımçı qurğular, daxili sisternlər və qazanxana ilə təchiz edilən hamam xüsusi maraq doğurur. Kiçik soyunub-geyinmə otağı, nisbətən geniş üzgüçülük zalı, qərb tərəfdə istirahət üçün ikimərtəbəli otaqları, su qızdırıcı qazanı və su anbarı olan bu hamam Azərbaycanın tipik hamam memarlığının unikal nümunələrindən biridir.

Hamam X-XI əsrlərdə yonulmuş və cilalanmış daşlarla tikilərək yeraltı istilik sistemi ilə təmin edilib. Hamama soyuq su 4-5 kilometr məsafədən gil borularla gətirilib. Döşəmənin altından keçən sobanın tüstü borusu üzgüçülük zalının döşəməsini və divarlarını qızdırırdı. Hazırda qala, kilsə və hamam baxımsız vəziyyətdədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialı 2026/2027-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə abituriyent qəbulu elan edir  

01:05
19 Avqust

"Barselona" Rodrinin transferini açıqlayıb

21:48
18 Avqust

Ebola virusu yayılan Konqo Demokratik Respublikasında narazılıqlar başlayıb

21:17
18 Avqust

Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi mərhələsinin nəticələri elan olunub

20:46
18 Avqust

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd edilib

20:45
18 Avqust

“Neftçi” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

20:44
18 Avqust

Berlin administrasiyasına kiberhücum 50 mindən çox ailənin sosial ödənişlərini riskə atıb

20:42
18 Avqust

907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni imkanlar aça bilər 

20:40
18 Avqust

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

18:50
18 Avqust

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib

18:45
18 Avqust

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

18:43
18 Avqust

Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır

18:40
18 Avqust

TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir 

18:38
18 Avqust

Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18:05
18 Avqust

ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

18:00
18 Avqust

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

17:59
18 Avqust

Keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı müraciətləri dinlənilib

17:56
18 Avqust

Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib

17:52
18 Avqust

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

15:35
18 Avqust

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

15:33
18 Avqust

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

15:30
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!