Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Baş Prokurorluqda Baş prokurorun rəhbərliyi ilə prokurorluğun dövlət qulluqçuları və veteran dövlət qulluqçularının iştirakı ilə tədbir keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil və müasir dövlət qulluğu sisteminin yaradıldığını, “Dövlət qulluğu haqqında” 2000-ci il 21 iyul tarixli Qanun da daxil olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktlarının qəbul edildiyini, həmçinin Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə 23 iyun tarixinin ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi təsis edildiyini diqqətə çatdırıb.
Çıxış zamanı ölkədə dövlət qulluqçularının sayının 27 min nəfər olduğu və onların 29,7 faizini qadınların təşkil etdiyi, həmçinin prokurorluq orqanlarında 642 nəfər dövlət qulluqçusunun fəaliyyət göstərdiyi, həmin şəxslərdən isə 32,9 faizini qadınların təşkil etdiyi qeyd olunaraq dövlətimizin başçısı tərəfindən dövlət qulluqçularına göstərilən xüsusi diqqət və qayğıya, həmçinin Prezident İlham Əliyevin dövlət qulluqçularının fəaliyyətində müəyyənləşdirdiyi prinsiplərə toxunulub.
Tədbirdə Baş prokuror tərəfindən peşə bayramı ilə əlaqədar müvafiq əmrlə təltif edilmiş 24 dövlət qulluqçusu və 4 prokurorluq orqanlarında çalışmış veteran dövlət qulluqçularına hədiyyələr təqdim olunub.
Dövlət qulluqçuları və veteranlar göstərilən diqqət və qayğı ilə əlaqədar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI
"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"
Çadda saxlanılan rusiyalılar azad ediləcək
Minifutbol üzrə Azərbaycan çempionatı: Birinci turun oyunları bəlli oldu
Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub
BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA
Haiti Fransadan təzminat tələb edir
Dağıstandakı partlayışda ölü sayı artır
Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib
Özbəkistan Prezidenti: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu regional inkişafa töhfə verəcək
Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü olub
Prezident İlham Əliyev: Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir
“Philips” yeni monitorunu nümayiş edib
ABŞ-də qasırğa 40 nəfərin həyatına son qoyub
Abşeron rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb
Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
Belarus və Rusiya təhlükəsizlik təminatı haqqında saziş imzalamağı planlaşdırır
“Xiaomi”nin ilk qatlanan smartfonu təqdim edilib
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!