17 Dekabr 2023 09:45
980
İQTİSADİYYAT
A- A+
COP29 dünyada "yaşıl enerji"nin inkişafına və ətraf mühitin qorunmasına böyük töhfə verən tədbir olacaq

COP29 dünyada "yaşıl enerji"nin inkişafına və ətraf mühitin qorunmasına böyük töhfə verən tədbir olacaq

 

Xəbər verildiyi kimi, dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müşavirə keçirilmişdir.
Müşavirədə bildirilib ki, bu, ölkəmizdə keçiriləcək növbəti beynəlxalq tədbir olacaq. COP29-un Azərbaycanda keçirilməsinə dünya dövlətlərinin yekdilliklə razılıq verməsi isə ölkəmizin beynəlxalq nüfuzunun əyani göstəricisidir. Prezident İlham Əliyev tədbirin möhtəşəmliyi barədə demişdir: "Ancaq, təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min  qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq".
Məlumdur ki, COP29-da müzakirə ediləcək əsas məsələlər dünyada iqlim dəyişikliyinin və ətraf mühitin qorunması olacaq. Azərbaycan neft-qaz ölkəsi olsa da, ətraf mühitin qorunmasına töhfə verən ölkələrdəndir. Biz özümüzü ənənəvi enerji ilə təmin etmək imkanımız olduğu halda, ətraf mühitə ziyan vurmayan "yaşıl enerji" ilə təmin etmək üçün əməli addımlar atırıq. Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad olunan ərazilərdə su, günəş və külək-elektrik stansiyaları tikilir və gələcəkdə bu sahədə görüləcək işlərin miqyasının daha da artacağı nəzərdə tutulur. Bu səbəbdən Bakıda və Azərbaycanın regionlarında yeni "yaşıl enerji" stansiyalarının tikilməsi istiqamətində elmi-tədqiqat və layihələndirilmə işləri sürətləndirilib. Həmin müşavirədə bununla bağlı Prezident İlham Əliyev vurğulamışdır: "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir".
Azərbaycan Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropada yaranan enerji böhranının aradan qaldırılmasında önəmli rol oynayan ölkədir. Biz imkanımız daxilində Avropaya qaz nəqlini xeyli artırmışıq. Perspektivdə isə "qoca qitə"nin "yaşıl enerji" ilə təmin edilməsi məsələsi durur. Ölkəmiz bu istiqamətdə də fəal şəkildə mühüm işlər görür, Avropaya "yaşıl enerji" xətlərinin çəkilməsi üçün Avropa, Orta Asiya və qonşu Gürcüstanla səmərəli əməkdaşlıq edir. Görülən işlər dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Elə bunun nəticəsidir ki, COP29-un Azərbaycanda keçirilməsi bütün dövlətlər tərəfindən yekdilliklə dəstəkləndi.
Dünya miqyasında belə bir tədbirin keçirilməsi hansı zərurətdən yaranıb? Tarixdən məlumdur ki, dünyanın total şəkildə çirklənməsi sənayenin yaranması ilə bağlıdır. XIX əsrdən başlayan sənayenin inkişafı XX əsrdə pik həddə çatdı. İnsanlar daha çox qazanmaq və daha yaxşı yaşamaq üçün gələcəyi düşünmədən sənayenin həcmini artırdılar, hətta "sənaye inqilabı" ilə öyünməyə başladılar. Aylar, illər keçdi və ətraf mühitə vurulan ziyan özünü açıq şəkildə göstərməyə başladı. İqlim dəyişikliyi tədricən bəşəriyyətin varlığına təhdid amilinə çevrildi və yalnız bundan sonra onun aradan qaldırılması yolları haqqında fikirləşdilər. Beləliklə, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasını qəbul etdi və hökumətlər gələcəkdə bununla bağlı daha fəal tədbirlər həyata keçirmək üçün bir araya gəldilər. Daimi informasiya mübadiləsi, araşdırmalar və müzakirələr nəzərdə tutan bu Konvensiya siyasi idarə və elmi biliklərin inkişafı nəzərə alınmaqla əlavə öhdəliklər götürməyə imkan verir.
 İnkişaf etmiş ölkələrin öhdəliklərinin məqsədə uyğunluğu ilk dəfə 1995-ci ildə Berlində keçirilən Tərəflər Konfransının (TK-1) birinci sessiyasında nəzərdən keçirilmişdir. Tərəflər inkişaf etmiş ölkələrin 2000-ci il üçün tullantı səviyyələrinin 1990-cı il səviyyəsinə endirilməsinə yönəlmiş öhdəliklərinin Konvensiyanın "İqlim sisteminə təhlükəli antropogen təsirə" yol verməməkdən ibarət olan uzunmüddətli məqsədlərə nail olmaq üçün müvafiq olması qərarına gəlmişlər. Bunu nəzərə alaraq nazirlər və digər yüksəkvəzifəli şəxslər Berlin mandatını qəbul etmiş və inkişaf etmiş ölkələrin öhdəliklərini gücləndirmək məqsədi ilə yeni danışıqlar mərhələsinə başlamışlar. Razılaşmanın işlənməsi üçün Berlin mandatı üzrə xüsusi qrup təsis edilmişdir. Xüsusi qrup 8 sessiya keçirərək Tərəflər Konfransının 3-cü sessiyasına yekun danışıqları üçün mətn təqdim etmişdir.
1997-ci ilin dekabrında Yaponiyanın Kioto şəhərində keçirilən bu mühüm müşavirədə təqribən 10000 nümayəndə, müşahidəçi və jurnalist iştirak etmişdir. Konsensus əsasında qəbul olunmuş qərarda /I/T.K3/ Konfrans inkişaf etmiş sənaye ölkələrinin 2008-2012-ci illər üçün parnik qazlarının ümumi tullantısını 1990-cı il səviyyəsi ilə müqayisədə ən azı 5 faiz ixtisar edəcəkləri haqqında Protokol qəbul etmək qararına gəlmişdir. Bu hüquqi öhdəlik təxminən 150 il əvvəl başlamış tullantıların artırılması istiqamətində tarixi dönüş olacağına ümid verirdi.
Kioto Protokolu 16 mart 1998-ci ildə imzalanmaq üçün açılmışdır. O, payına ümumi karbon dioksidi tullantılarının minimum 55 faizi düşən inkişaf etmiş sənaye ölkələri qrupuna daxil olan ölkələr tərəfindən təsdiq edildikdən 90 gün sonra qüvvəyə minmişdir. 
Prezident İlham Əliyev bir işə başlayanda onu dünya miqyasında dəyərli bir hadisəyə çevirməyi bacarır. Məsələn, özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük təşkilat olsa da, onun beynəlxalq arenada elə bir nüfuzu yox idi. Azərbaycanın bu təşkilata sədrliyi dövründə isə təşkilat qlobal miqyasda önəmli bir quruma çevrildi. Buna görə də inamla deyə bilərik ki, COP29 dünyada "yaşıl enerji"nin inkişafına və ətraf mühitin qorunmasına böyük töhfə verən bir tədbir olacaq.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AŞPA Azərbaycana münasibətdə selektiv yanaşmadan əl çəkmir  

19:51
21 İyul

Azərbaycan–Almaniya münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi

18:48
21 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa başlayıb

18:02
21 İyul

Çin Kommunist Partiyasının nümayəndə heyəti Milli Məclisdə olub

17:46
21 İyul

Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə

17:36
21 İyul

Baş prokuror Kəlbəcərdə olub

17:16
21 İyul

Almaniya Kansleri: Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir

16:57
21 İyul

Məsud Pezeşkian İranın daxilində danışıqlarla bağlı yanlış şərh verənləri tənqid edib

16:54
21 İyul

Prezident: Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir  

16:39
21 İyul

Ukrayna hərbçiləri Rusiyanın Kursk aerodromunda MiQ-29 qırıcısını məhv ediblər 

16:29
21 İyul

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB  

16:21
21 İyul

Kansler: Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb  

16:18
21 İyul

Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub  

16:15
21 İyul

Prezident İlham Əliyev: Azərbaycan gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir  

16:13
21 İyul

Prezident: Bağlantılar və tranzit imkanları ilə bağlı Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var  

16:09
21 İyul

Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir  

16:01
21 İyul

RF Dövlət Duması əcnəbilərin Rusiyadan deportasiyası qaydalarının siyahısını genişləndirib  

15:51
21 İyul

Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb

15:47
21 İyul

Trans-Xəzər Parom Sistemi Kurık və Bakı limanlarını birləşdirəcək

15:47
21 İyul

Baş prokuror Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib

15:27
21 İyul

Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir  

15:23
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!