05 Fevral 2026 08:45
949
İQTİSADİYYAT
A- A+
Böyük qayıdışın demoqrafiyası

Böyük qayıdışın demoqrafiyası


Bu il yanvarın 1-dək Qarabağ və Şərqi Zəngəzurda yaşayanların sayı 73,5 min nəfər olub 


30 il yurd həsrəti ilə yaşayan, böyük çətinliklərdən keçən, qəlbi məcburi köçkün ifadəsinin ağırlığından göynəyən insanlar yurda dönürlər. Dövlətə minnətdarlıq edə-edə, şəhidlərə rəhmət diləyə-diləyə, qazilərə cansağlığı arzulaya-arzulaya öz doğma yuvalarında yenidən məskən salırlar. 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev təzədən tikilib qurulan, yaxud köklü şəkildə bərpa olunan hər kəndin, şəhərin sakinləri ilə görüşür, onları təbrik edir.

2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri hələ bundan da xeyli əvvəl, 44 günlük Vətən müharibəsindəki Qələbədən dərhal sonra başlanmışdı. Həmin vaxtdan işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində işlər davam edir. Əlbəttə, bu işlərin vaxtında və yüksək keyfiyyətlə icra olunmasında insan amili mühüm rol oynayır. Prezidentimiz keçmiş məcburi köçkünlər üçün öz yurd-yuvalarında ən yaxşı şəraitin yaradılmasını prioritet kimi qarşıya qoyub və bu gün sözügedən ərazilər bütün dünyanın gözü qarşısında cənnətə çevrilir. 

Görülən işlərin ilkin nəticəsi olaraq 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurdlarına qayıdışı baş tutdu. Məcburi köçkün həyatı yaşayan insanların bir hissəsi öz doğma dədə-baba yurdlarına qayıtdı, orada həyat yenidən canlandı. O vaxtdan bəri keçmiş məcburi köçkünlər mərhələ-mərhələ öz doğma şəhər və kəndlərinə dönürlər.

Bu gün Qarabağın və Şərqi Zəngəzurun Şuşa, Xankəndi, Ağdam, Laçın, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Xocalı şəhərlərində, Hadrut, Mincivan, Ağbənd, Kərkicahan qəsəbələrində, Ağalı, Cocuq Mərcanlı, Zabux, Sus və bir sıra digər kəndlərində insanlar yaşayır və işləyirlər. Onların sayını göstərən rəqəmlər də maraq doğurur. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük  Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, ötən il noyabrın 1-dək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 

20 min 879 nəfərdən ibarət 5256 ailənin qayıdışı təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, həmin tarixə Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 38 min 917 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 2154 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşmış əhalinin ümumi sayı 61 min 950 nəfər olub.

Bu il yanvarın 5-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində demişdir: "Əsas məqsəd keçmiş köçkünləri oraya qaytarmaqdır. Bu gün artıq 70 min insan orada yaşayır. Təbii ki, onların hamısı köçkün deyil. Ancaq işləyənlər və əksəriyyət köçkün deyil. Otuz iki şəhər və kənddə. Bu il biz orada yaşayanların sayını bir neçə dəfə artıra bilərik. Amma hələ ki, heç bir rəqəm demək istəmirəm. Çünki ola bilir, bəzi hallarda işin icrası uzanır. Amma hesab edirəm ki, ən azı 30-50 kənddə biz insanları yerləşdirə bilərik və beləliklə, ola bilər 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq".

Dövlət Statistika Komitəsindən (DSK) bu günlərdə aldığımız məlumat isə işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan əhalinin sayının son aylar ərzində bir qəqər də artdığını təsdiqləyir. DSK Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına istinadən bildirir ki, 2026-cı il yanvarın 1-dək işğaldan azad edilmiş ərazilərə 26 min 14 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Bununla da həmin ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 73 min 514 nəfər təşkil edib. 

Lakin bunlar da son rəqəmlər deyil. Çünki  yeni ilin əvvəlindən də o ərazilərə neçə-neçə köç karvanı gedib. Məsələn, Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb.

Prezident bu kəndlərin hər birində olduğunu, orada aparılan işləri əyani gördüyünü qeyd edib. Ağdərə rayonunun artıq doqquz kəndinə keçmiş məcburi  köçkünlərin qayıtdığını da bildirərək deyib: "Son iki il ərzində, - antiterror əməliyyatından sonra, - 2023-cü ildən bu yana bütün bu bölgələrdə - Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir. Beş il bundan əvvəl isə vaxtilə işğal altında olmuş digər ərazilərə köçkünlər qayıtmağa başlayıblar. Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır. Burada şərait yaradılıb - işıq, su, qaz, yollar, iş yerləri. Bu gün Qozlukörpü kəndində təxminən 15 meqavat gücündə su-elektrik stansiyasının açılışını qeyd etdik. Bu bölgə elektriklə tam təmin edilib. Hətta burada istehsal olunan enerji Azərbaycanın digər bölgələrinə də ötürülür. Yollar çəkilir. Buradan Tərtərə qədər, Kəlbəcərə qədər yollar tikilir, genişlənir. Bu gün "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyəti ilə də tanış oldum. Orada 1000-ə yaxın iş yeri yaradılır. Yəni iş yerləri ilə bağlı heç bir problem olmayacaq. Həm dövlət, həm özəl sektor tərəfindən şərait yaradılır. Eyni zamanda bu gözəl, səfalı, mənzərəli təbiətdən istifadə edərək əkinçilik, heyvandarlıq, arıçılıq, meyvəçilik - bütün bu işlərlə mütləq məşğul olmaq lazımdır ki, siz burada rahat, firavan yaşayasınız".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

08:10
27 Oktyabr

İdman həmrəyliyindən beynəlxalq ədalətə

08:05
27 Oktyabr

Azərbaycan-Hindistan münasibətləri: siyasi və diplomatik münasibətlərdə yeni imkanlar

08:00
27 Oktyabr

Qazaxıstanın ildən-ilə uğurlarını görməkdən qardaş ölkə olaraq səmimi-qəlbdən sevinirik

01:51
27 Oktyabr

"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə

01:50
27 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:49
27 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:48
27 Oktyabr

Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında

01:47
27 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:46
27 Oktyabr

“İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:45
27 Oktyabr

“İxrac və daxili daşıma dəstəklərinin şamil olunmadığı əməliyyatların və şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında

01:44
27 Oktyabr

Azərbaycan və UNESCO süni intellekt, təhsil və mədəni irs sahələrində əməkdaşlığı genişləndirir  

23:23
26 Oktyabr

Xarkova hava zərbələri endirilib, ölənlər var  

22:52
26 Oktyabr

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə Azərbaycanın təşkilata sədrliyi və 2027-ci il sammitinə hazırlıqları müzakirə edib  

22:49
26 Oktyabr

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub  

22:40
26 Oktyabr

Bakıda Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunan “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi açılıb  

22:29
26 Oktyabr

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub  

22:07
26 Oktyabr

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub  

21:53
26 Oktyabr

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib  

21:44
26 Oktyabr

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb

20:58
26 Oktyabr

Azərbaycan-İƏT tərəfdaşlığı strateji xarakter daşıyır 

20:31
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!