21 İyun 2024 23:51
430
SİYASƏT
A- A+
Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının beşinci iclası keçirilib  YENİLƏNİB

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının beşinci iclası keçirilib  YENİLƏNİB

 

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının (RAEŞ) “Rusiya və Azərbaycanın regional layihələr və təşəbbüslər çərçivəsində əməkdaşlığı” mövzusunda beşinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Rusiya Federasiyası Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəhbəri İqor Maslov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru İvan Timofeyev iştirak ediblər.

Tədbirə moderatorluq edən Fərid Şəfiyev bu platformanın 2021-ci ildə yaradıldığını xatırladaraq, budəfəki iclasın Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etdiyi yeni reallıqda keçirilməsi baxımından əlamətdar olduğunu vurğulayıb. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinin həyata keçirildiyini, bu il ölkəmizin COP29-a ev sahibliyi edəcəyini vurğulayan moderator iclasda bir sıra regional məsələlər, o cümlədən nəqliyyat və digər sahələrə aid vacib mövzular, eləcə də regional təhlükəsizliklə bağlı müzakirələrin aparılacağını qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə son onilliklər ərzində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində aparılan ardıcıl işin məntiqi nəticəsidir”, - deyə o vurğulayıb.

Hikmət Hacıyevin sözlərinə görə, hazırda ölkələrimiz arasında iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi və inkişafı tendensiyası müşahidə olunur. “Regionlararası əməkdaşlıq genişlənir. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə əlaqələr saxlayır, Rusiyanın regionlarının azərbaycanlı tərəfdaşları ilə iqtisadi-ticari, elmi-texniki, mədəni əlaqələr üzrə 10-dan artıq sazişi həyata keçirilir. Əlbəttə, yuxarıda sadalananların hamısı Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında şəxsi etimada əsaslanan münasibətlər və yüksək qarşılıqlı anlaşma səviyyəsi sayəsində mümkün olub”, - deyə Prezidentin köməkçisi bildirib.

Bu gün bizim yaşadığımız dünyada nəqliyyat arteriyalarına tələbatın gündən-günə artdığını qeyd edən Hikmət Hacıyev bildirib ki, coğrafi mövqe və nəqliyyat infrastrukturuna yatırılan böyük həcmdə sərmayələr Azərbaycana Avrasiya qitəsində nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.

Rusiya-Azərbaycan münasibətlərindən danışan Prezidentin köməkçisi vurğulayıb ki, humanitar və təhsil sahələrində əməkdaşlıq da uğurla inkişaf edir. O deyib: “Azərbaycanda Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı uğurla fəaliyyət göstərir. Hamıya məlumdur ki, Azərbaycanda rus dilinə qayğı ilə yanaşılır. Təxminən 340 məktəbdə 140 mindən çox uşaq rus dilində olan sektorlarda oxuyur. Azərbaycanın universitetlərində rus dili bölmələrində 15 mindən çox Azərbaycan vətəndaşı təhsil alır. Cari ildə Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçiriləcək. Çoxsaylı mədəni tədbirlərin təşkili də nəzərdə tutulur. Əlbəttə, bütün bunlar ölkələrimizin dost xalqları arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək”.

Hikmət Hacıyev əmin olduğunu bildirib ki, iki dövlətin liderlərinin ardıcıl siyasəti sayəsində ölkələrimiz arasında münasibətlər gələcəkdə də yüksələn xətlə inkişaf edəcək və yeni məzmunla zənginləşəcək.

Rusiya Federasiyası Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəhbəri İqor Maslov bildirib ki, 2021-ci ildə RAEŞ ekspert platformasının yaradılması barədə qərar çox düzgün və səmərəli oldu. “İlk öncə iki ölkənin ekspertlərinin ikitərəfli münasibətlərin aktual məsələlərini həll etməsi planlaşdırılırdı və mənim fikrimcə, biz bu vəzifənin öhdəsindən çox uğurla gəldik”, - deyə İdarə rəhbəri qeyd edib.

İqor Maslov diqqətə çatdırıb ki, 2022-ci ildə iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Buna görə də hazırda Azərbaycanın və Rusiyanın maraq dairəsi regional və qlobal məsələlərə qədər genişlənib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun sözlərinə görə, Rusiya Cənubi Qafqazda sabitliyin və firavanlığın bərqərar olmasında maraqlıdır və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə töhfə verməyə hazırdır. Rusiyalı diplomat Xəzər regionunda məsələlərin həllini də vacib hesab edib. “Biz əminik ki, xarici qüvvələrin regional işlərə müdaxiləsi yolverilməzdir və bütün məsələlər bölgə dövlətləri tərəfindən həll edilə bilər”, - deyə diplomat vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov qeyd edib ki, siyasi və iqtisadi sahələrdə regional əməkdaşlığın təmin edilməsi və xarici destruktiv müdaxilələrə qarşı mübarizə tədbirləri əsasdır. O, iki ölkə mütəxəssislərinin bir araya gəldikləri platformanın artıq beşinci iclasının uğurla keçirilməsindən məmnunluğunu ifadə edib. Elşad İsgəndərov bildirib ki, bu tədbir Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istəyinin necə reallaşmasının bariz nümunəsidir. “Üç il əvvəl bu ideya ilk dəfə irəli sürüləndə biz vurğulamışdıq ki, görüş yeganə hal olmamalıdır və bu təşəbbüs konkret nəticələr verməlidir”, - deyə o əlavə edib.

Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru İvan Timofeyev hökumət və müvafiq idarələr xətti ilə ölkələr arasında fəal iş aparılmasından danışıb. “Regional hakimiyyət orqanları səviyyəsində intensiv mübadilə aparılır ki, bu da çox yaxşı göstəricidir”, - deyə baş direktor bildirib.

İclas “Rusiya-Azərbaycan müttəfiqlik qarşılıqlı fəaliyyətinin prioritetləri”, “Rusiya və Azərbaycanın regional əməkdaşlığının aktual formatları və aspektləri” və digər mövzularda sessiyalarla davam etdirilib.

İclasın yekunlarına dair Rusiya-Azərbaycan Ekspert Şurasının tövsiyələri qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

13:32
28 Sentyabr

“Philips” yeni monitorunu nümayiş edib

12:35
28 Sentyabr

ABŞ-də qasırğa 40 nəfərin həyatına son qoyub

12:33
28 Sentyabr

Abşeron rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb

12:31
28 Sentyabr

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir

12:30
28 Sentyabr

Belarus və Rusiya təhlükəsizlik təminatı haqqında saziş imzalamağı planlaşdırır

11:38
28 Sentyabr

“Xiaomi”nin ilk qatlanan smartfonu təqdim edilib  

11:36
28 Sentyabr

Dövlət katibi: Birləşmiş Ştatlar Rusiya və Çin arasında iqtisadi demarkasiyaya can atmır

11:34
28 Sentyabr

Niderlandın xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

11:32
28 Sentyabr

Azərbaycan-Bosniya və Herseqovina strateji tərəfdaşlığı müzakirə olunub

11:27
28 Sentyabr

Yeni ekzoplanet kəşf edilib

11:10
28 Sentyabr

Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar

11:06
28 Sentyabr

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün giriş vizası tələbini ləğv edir

11:04
28 Sentyabr

Blinken ABŞ və Çin liderləri arasında təmasların olacağını gözləyir

10:49
28 Sentyabr

İcma: Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlıdır

10:46
28 Sentyabr

Ceyhun Bayramov BMT-nin ali nümayəndəsi ilə COP29-a hazırlıq prosesini müzakirə edib

10:42
28 Sentyabr

Azərbaycan-Afrika İttifaqı əlaqələrinin perspektivləri müzakirə edilib

10:41
28 Sentyabr

Azərbaycan nefti ucuzlaşıb

10:40
28 Sentyabr

VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı açıqlanıb

10:19
28 Sentyabr

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

10:13
28 Sentyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti Nyu-York İqlim Həftəsində iştirak edir

09:41
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!