09 İyul 2024 08:30
827
İQTİSADİYYAT
A- A+
Abşeron qonaqlarını bol günəşi və yeni yaşıllıqları ilə qarşılayır

Abşeron qonaqlarını bol günəşi və yeni yaşıllıqları ilə qarşılayır

 

Bir neçə aydan sonra ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək. İndi bu möhtəşəm tədbirə hazırlıq özünün fəal mərhələsinə qədəm qoyub.
Əslində, Azərbaycanın COP29-a sədrlik etməsi və 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi məntiqcə bir-birini çox tamamlayır. Hər yanda aparılan abadlıq və yaşıllaşdırma işləri isə bunların hər birinə töhfədir. Bu baxımdan Abşeron rayonunda da fəallıq müşahidə olunur.
Elə bu yaxınlarda Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında növbəti abadlıq tədbirləri həyata keçirilib. Rayon icra hakimiyyəti tərəfindən parkın ərazisində 2000 kvadratmetrə yaxın sahədə qazon əkilib, mövcud olan yaşıllıqlara lazımi aqrotexniki qulluq göstərilib. Bundan əlavə, parkda ümumi iməclik keçirilib, ərazi yaşıllıqlar arasında baş qaldıran alaq otlarından təmizlənib. 
Qeyd edək ki, Abşeronda yaşıllaşdırma tədbirləri mütəmadi xarakter alıb. Ötən aylarda da rayonun ayrı-ayrı yerlərində, eləcə də yol kənarlarında geniş yaşıllaşdırma aparılıb. Budəfəki tədbirlər çərçivəsində yol kənarlarında ümumilikdə 1000-dən çox müxtəlif növ ağac əkilib. Yeni əkilmiş ağaclar suvarılıb, onlara üzvi gübrə verilib və lazımi aqrotexniki qulluq göstərilib.
Təmizlik və abadlıq da diqqət mərkəzindədir. Belə ki, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin işçiləri küçə və parklarda ümumi səliqə-sahman yaradıb, ağacların gövdələrini ağardıblar. Rayonun Saray, Mehdiabad, Masazır, Novxanı və digər qəsəbələrində yolların kənarına yeni ağaclar əkilib, onların becərilməsi əlaqədar təşkilatlar tərəfindən nəzarətə götürülüb. 
Bir məqamı da vurğulayaq ki, abşeronlular bu xeyirxah əməlləri ilə həmçinin torpaqlarımızın azadlığı uğrunda həyatını qurban vermiş oğulların xatirəsinə ehtiramlarını ifadə edirlər. Şəhidlərin adına çəkilmiş bulaqların ətrafında, eləcə də onların yaşamış olduğu küçə və məhəllələrdə yenə təzə ağaclar və güllər əkilib. 
Hazırda eyni tədbirlər rayon mərkəzinin təmir ediləcək küçələrində, orta məktəblərin qarşısında və həyətində də həyata keçirilir. Yaşıllıqların artırılması məqsədilə rayonun Sumqayıt istiqamətindəki yollarında da müxtəlif növ ağaclar əkilib. Yaxşı qulluq göstərildiyindən hazırda bu ağaclar böyüyüb qol-budaq atmaqdadır.
Abadlıq işləri həmçinin Ceyranbatan qəsəbəsini, Mehdiabad, Saray, Masazırdakı park və xiyabanları əhatə edib. Parkların ərazisindəki oturacaqlar rənglənib, ümumi səliqə-sahman yaradılıb, ağacların gövdələri ağardılıb. Yeni salınmış yaşıllıq zonalarının daimi suvarılmasını təmin etmək məqsədilə suvarma şəbəkəsi qurulub.
Gündüzlər şəhərə və qəsəbələrə sərinlik gətirən, axşamlar sakinlərə xoş istirahət bəxş edən parklar gecələr də çox gözəl olur. İşıqlandırmanı fasiləsiz təmin etmək məqsədilə istismar müddətini başa vurmuş lampaların yeni və qənaətliləri ilə əvəzlənməsi onları çıraqban edib.
Elə bütün bunların nəticədir ki, rayona gələn turistlərin sayında artım müşahidə olunur. Paytaxt şəhərimizin bir addımlığında yerləşən Abşeron rayonunun qonaq-qarası COP29 günlərində dəfələrlə artacaq. Günəşli Abşeron onları həm də təravətli yaşıllıqlarla, təbii gül-çiçəklə qarşılayacaq.

Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!