14 Sentyabr 2025 08:00
1446
İQTİSADİYYAT
A- A+
Yeni layihələr “Əsrin müqaviləsi"nin ömrünü uzadır

Yeni layihələr “Əsrin müqaviləsi"nin ömrünü uzadır


8 il əvvəl  "Azəri-Çıraq-Günəşli"nin işlənməsi müddəti 2050-ci ilədək artırıldı


"Azəri-Çıraq-Günəşli"(AÇG) "ailə"sinin hələlik "sonbeşiyi" olan "Azəri Mərkəzi Şərqi"(ACE) platforması keçən ilin aprelindən hasilata başlayıb. AÇG-nin bu ilin birinci yarısında verdiyi təxminən 59 milyon barel (gündə orta hesabla 327 min barel) neftdə ACE-nin də payı var. Belə ki, bu platformadan gündəlik 25 min barel neft hasil olunur.

ACE platformasının təhlükəsiz şəkildə işə salınması və uğurla fəaliyyət göstərməsi 8 il əvvəv AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin müddətinin uzadılmasından sonra layihə tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır. ACE sazişinin özü isə müəllifi Ümummilli Lider Heydər Əliyev olan yeni neft strategiyamızın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin və zamanın tələbləri baxımından inkişaf etdirilərək yeni nailiyyətlər qazanmasının daha bir göstəricisidir . 

"Azəri-Çıraq-Günəşli"nin ACE-yə qədərki digər hasilat platformaları bunlardır: "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq". 2017-ci il sentyabrın 14-də ACE layihəsi ilə AÇG yataqlarının işlənməsində yeni dövr başlandı. Belə ki, AÇG-nin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş edildi və yenidən tərtib olunmuş sənəd imzalandı. Yeni saziş Milli Məclis tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olundu. 

Bu sazişi "Yeni əsrin müqaviləsi" də adlandırırlar. Çünki bununla nəhəng AÇG yataqlar blokunun işlənilməsinin müddəti 2050-ci ilin əvvəlinə qədər uzadıldı. Üstəlik də, saziş ölkəmiz üçün daha əlverişli şərtlərlə imzalandı. Baxmayaraq ki, 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" də Azərbaycanın maraqlarını tam təmin edirdi. 

"Yeni əsrin müqaviləsi" ölkənin gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün böyük əhəmiyyət daşıyır. Sazişin bir hissəsi olaraq SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə yüksəldildi. Beynəlxalq tərəfdaş şirkətlər layihənin icrası dövründə ARDNF-yə (Azərbaycan Respublikası Dövlət Neft Fondu) 3,6 milyard dollar bonus ödəyəcəklər. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Bir vacib məqam da odur ki, tərəfdaşların tərkibində dəyişiklik olmadı. O cümlədən BP şirkəti layihənin operatoru olaraq qaldı. Bu da Prezident İlham Əliyevin yaratdığı möhkəm beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platformasının bir daha təsdiqidir. 

8 il əvvəl yeni sazişin imzalanması mərasimində dövlətimizin başçısı demişdir: "1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, - əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq... O gündən 23 il keçir. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında "Əsrin kontraktı"nın xüsusi rolu vardır". 

"Yeni əsrin müqaviləsi" uğurla start götürdüyü kimi, beləcə də davam edir. Müqavilə çərçivəsində 6 milyard dollarlıq ACE layihəsi həyata keçirilir. 2019-cu ildə ümumi tikinti işləri başlandı. Dənizin təxminən 140 metr dərinliyində, mövcud "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarının arasında yeni hasilat, qazma və yaşayış platforması quraşdırıldı. Göründüyü kimi, yeni "Azəri Mərkəzi Şərqi " platforması adını da öz yaxın qonşularından alıb. 

ACE-nin dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) tikilmişdi. Blokun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğunun tikinti işləri üç il çəkmiş və təhlükəsiz şəkildə, yəni heç bir bədbəxt hadisəyə yol verilmədən tamamlanmışdı. 

Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri isə Bibiheybətdəki tikinti-quraşdırma sahəsində aparılmışdı. Üst modullara neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların çəkisi 19 min 600 tondur. Bu qurğu "Azfen" şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilmişdi.

Xatırladaq ki, 2022-ci il dekabrın 13-də Prezident İlham Əliyev BDÖZ sahəsinə baş çəkərək dayaq blokunun dənizə yola salınması prosesinə xeyir-dua vermişdi. 

BP bu qurğunun texnoloji və rəqəmsal baxımdan şirkətin dünyada ən qabaqcıl, həmçinin qurudan idarə etdiyi ilk platforması olduğunu bildirib. ACE gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır.

ACE-dən hasil olunan neft əvvəlcə platformadakı texniki emal qurğularından keçərək 30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşulmuş yeni yataqdaxili xətlə təxminən 130 kilometr yol qət edərək Səngəçal terminalına çatdırılır. Platformadan ilk neft 2023-cü  ilin sonunda qazılmağa başlanmış birinci quyudan alınıb. 

ACE platformasının uğurla işə salınmasını operator olan BP şirkəti SOCAR və Azərbaycan hökuməti ilə davamlı sıx əməkdaşlığın və tərəfdaşlarımızın əsl nümayişi kimi dəyərləndirir: "Bu nailiyyətin AÇG-nin 30-cu ildönümündə əldə olunması bu dünyamiqyaslı yatağın işlənməsinin növbəti mərhələsinin başlandığını bildirir. Biz artıq Xəzərdə doqquz dünyasəviyyəli hasilat platforması inşa etmişik, quraşdırmışıq və təhlükəsiz şəkildə idarə edirik. Bunların arasında ACE, həqiqətən də, öz mühəndislik kreativliyi, qabaqcıl rəqəmsal texnologiyası və avtomatlaşdırmalarına görə tam seçilir. Qürur duyuruq ki, "gələcəyin platforması" olduğuna inandığımız belə bir qurğunu uğurla ərsəyə gətirmişik".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

Müstəqil və qüdrətli Azərbaycan Heydər Əliyev siyasətinin ən parlaq təcəssümüdür

14:56
13 İyun

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

14:36
13 İyun

Vəkillər Kollegiyasının təşkilatçılığı ilə hüquq qurumları arasında ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib  

14:25
13 İyun

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

13:58
13 İyun

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

13:18
13 İyun

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq  

12:59
13 İyun

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

12:49
13 İyun

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər

12:23
13 İyun

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

12:10
13 İyun

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

12:08
13 İyun

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

11:58
13 İyun

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

11:53
13 İyun

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB  

11:13
13 İyun

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir  

11:10
13 İyun

Milli Qurtuluşla başlanan şərəfli tarix: güclü və qalib Azərbaycan

11:08
13 İyun

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir  

11:07
13 İyun

AZAL Naxçıvana uçuşları bərpa edib

11:06
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!