05 Sentyabr 2026 16:25
1700
CƏMİYYƏT
A- A+
“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib


Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şamaxıda təşkil olunan “Yay Fest 2026” gənclər festivalı başa çatıb.

Bu barədə AZƏRTAC-a Gənclər Fondundan məlumat verilib. Bildirilib ki, iştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivallarından biri olan “Yay Fest 2026”nın builki konseptual mövzusu süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalara həsr olunub. Festivalın əsas məqsədi gənclərin müasir dünyanın çağırışlarına uyğun bilik və bacarıqlarının inkişaf etdirilməsi, yeni texnologiyalar və innovasiya ekosistemi barədə məlumatlılığının artırılması, yaradıcı düşüncə tərzinin formalaşdırılması, həmçinin onların şəbəkələşməsinə şərait yaradılması olub.

Festival çərçivəsində 8 tematik düşərgə təşkil olunub. “Rəqəmsal Dövlət”, “Media və Rəqəmsal Savadlılıq”, “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq” və “AI: İdman və Sağlamlıq” düşərgələrində ümumilikdə 2 mindən çox gənc iştirak edib.

Beş gün davam edən düşərgələrdə maarifləndirici və praktiki fəaliyyətlər təşkil olunub. Gənclər dövlət rəsmiləri ilə görüşlərdə, dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə panel müzakirələrdə, texnologiya sahəsinin mütəxəssisləri ilə vörkşoplarda və yaradıcı master-klaslarda iştirak ediblər.

İştirakçılar müxtəlif mövzularda yeni biliklər əldə etməklə yanaşı, komanda şəklində çalışaraq onları praktiki fəaliyyətlərdə sınayıblar. Müxtəlif sahələr üzrə mütəxəssislərlə görüşlər gənclərə şəxsi və peşəkar inkişaf, karyera imkanları və gələcəyin çağırışları barədə yeni baxışlar qazandırıb. Festival çərçivəsində intellektual oyunlar, idman yarışları, haykinq, komanda quruculuğu fəaliyyətləri, ekskursiyalar, musiqili proqramlar, DJ proqramları, ocaq ətrafında görüşlər və müxtəlif yaradıcı fəaliyyətlər də təşkil olunub.

Qeyd edək ki, artıq ənənə halını alan “Yay Fest” gənclərin liderlik potensialının inkişafına, ictimai iştirakçılığının və müasir bacarıqlarının formalaşdırılmasına, həmçinin onların yeni ideya və layihələr ətrafında bir araya gəlməsinə xidmət edən layihələrdəndir. “Yay Fest 2026” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

10:42
06 Oktyabr

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

10:05
06 Oktyabr

İspaniyanın Baş naziri növbədənkənar seçkilər elan edib

09:45
06 Oktyabr

Brifinqdə Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib

09:40
06 Oktyabr

Yeni layihələr, tərəfdaşlıqlar və əsas məqamlar

09:35
06 Oktyabr

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib

09:30
06 Oktyabr

Azərbaycan kinosunun ilk qadın rejissoru

09:25
06 Oktyabr

Səhnənin görünməyən istedadlı sənətkarlarından biri

09:20
06 Oktyabr

Ədalət hissi

09:15
06 Oktyabr

Bu il Goranboyda pambıq bol olacaq

09:10
06 Oktyabr

Naftalanda ağsaqqallarla görüş olub

09:05
06 Oktyabr

Qusarda aqrar sahənin inkişafına dair tədbirlər keçirilir

09:00
06 Oktyabr

Şirvanda yeniyetmə voleybolçularla görüş

08:55
06 Oktyabr

Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər

08:45
06 Oktyabr

Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir

08:40
06 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

08:35
06 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
06 Oktyabr

Dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısı

08:25
06 Oktyabr

Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasının premyerası keçirilib

08:20
06 Oktyabr

Hər rəqəmin arxasındakı bir insan, bir ailə, bir ümid

08:15
06 Oktyabr

Müstəqil siyasət və sarsılmaz iradə

08:10
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!