25 Oktyabr 2024 08:05
323
İQTİSADİYYAT
A- A+
"Yaşıl dalğa" nümunə göstərir

"Yaşıl dalğa" nümunə göstərir


Yeniyetmələrin və gənc nəslin tərbiyəsini şərtləndirən amillərdən biri də ekoloji tərbiyədir. Bunun üçün məktəblilərdə öncə ekoloji dünyagörüşü formalaşdırılmalıdır. 

Bəs ekoloji dünyagörüşü nədir? Bu, təbiətə qayğı göstərmək, onun qorunması və çoxaldılması istiqamətində fəaliyyət göstərmək, təbii sərvətlərə sevgi ilə yanaşmaq, ekoloji şüura və əqidəyə malik olmaqdır.

Azərbaycan məktəblərində bu sadalananlar şagirdlərə hələ ibtidai siniflərdən   öyrədilir. Uşaqlar  təbiət gözəlliyini dərk etməklə yanaşı, ətraf mühiti, yəni  torpağı, suyu, atmosferi, flora və faunanı mühafizə  etmək istiqamətində  formalaşırlar. Doğma torpaq, yurd, el-oba, vətən haqqında öyrənir, onları qorumağın hər bir azərbaycanlının borcu olduğunu dərk edirlər. Bu, çox vacibdir. Çünki bu, elə ətraf mühitin mühafizəsi deməkdir. Məhz bu zaman  məktəblilər iqlim dəyişmələrinin fəsadları ilə də tanış olur, onu aradan qaldırmağın elmi və praktiki yollarına nəzər salırlar.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi məktəblilərin də ətraf mühitin qorunması, iqlim dəyişmələri ilə mübarizə üsullarının öyrənilməsi istiqamətində bilgilərinin artırılmasına təkan verəcək. Qeyd edək ki, qlobal sessiyanın Azərbaycanda keçirilməsi haqqında qərardan sonra məktəblilərin bu sahəyə marağı artıb. Şagirdlər artıq bir neçə aydır müntəzəm olaraq  ekoloji proseslərdə iqlim dəyişmələrini əks etdirən tədbirlərdə iştirak edir, maariflənir, ekoloji tarazlığın pozulmasında çox böyük rol oynayan və iqlim dəyişmələrini özündə ehtiva edən "istixana effekti", "karbon emissiyaları", "parnik qazları" kimi terminlərin elmi cəhətdən öyrənilməsi istiqamətində əldə olunan nəticələrlə tanış olurlar.  

Bu məsələdə şagirdlərlə daha çox işləyən tərəf olaraq müəllimlərin boynuna böyük məsuliyyət düşür. Məsələn, ədəbiyyat müəllimləri yazıçı və şairlərin "yaşıl"la bağlı fikirlərini şagirdlərlə bölüşürlər ki, bu da  "Yaşıl dünya naminə həmrəylik ili"nin nə olduğunu anlamaqda  onların əlindən tutmuş olur. Coğrafiya dərslərində şagirdlərə planetin ekosistemi öyrədilir, təkcə Azərbaycanın deyil, dünyanın ekosistemində ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələri əyani şəkildə göstərilir. 

Ətraf mühit, ekosistem, iqlim dəyişmələri insanın yaşamında hər dəqiqə, hər an hiss olunur və bunlar orta məktəbdə tədris edilən bütün dərsliklərdə birbaşa, yaxud da dolayısı ilə əks olunub. COP29-un məqsədi və məramının nə olduğunu anlamaqda Azərbaycan məktəbliləri çətinlik çəkmirlər. Sağlam yaşamaq üçün  dünyanın "yaşıllaşmağa"  möhtac olduğunu dərk etdikləri üçün "şorbada onların da duzu olsun" deyə  bu istiqamətdə  tədbirlər hazırlayırlar. 

Əslində, Bakı məktəbliləri ekoloji addımları indi atmırlar. Hələ 2018-ci il oktyabrın 6-da  Dənizkənarı Milli Parkda  Bakı Avropa Liseyinin təşəbbüsü və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun, Mərkəzi Nəbatat Bağının və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə  Dünya Yaşayış Məskənlərinin Müdafiəsi Gününə həsr olunmuş "Yaşıl dalğa"  ekoloji hərəkatının ilk aksiyası baş tutmuşdur. Tədbirin məqsədi bəşəriyyətin diqqətini planetin flora və faunasının qorunması probleminə cəlb etmək olmuşdu. O zamandan hər il "yaşıl dalğa" dalğalanmaqda davam edir. 

Bu günlər - COP29 ərəfəsində növbəti "Yaşıl dalğa" ekoloji hərəkatının  VI aksiyası keçirildi. Aksiya həm ənənəvi mövzu - endemik bitkilərin qorunmasına xidmət edən, bəşəriyyətin gələcək inkişafının qayğısına qalmaq və qlobal ekosistemin tarazlaşdırılmasının bərpası estafetini qəbul edəcək gənc nəslin diqqətini ətraf aləmin bugünkü problemlərinə yönəltmək, həm də COP29  iqlim konfransına diqqət çəkmək idi. Bakı Avropa Liseyinin və onun nəzdində olan "Sərhədsiz Diplomatiya" Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin təşəbbüsü ilə paytaxtdakı "Dəniz Mall" ərazisində keçirilən aksiyanın  istiqamətverici motivi  belə idi: "Qarabağ dünya ekosisteminin zəngin diyarıdır". Tədbirdə məktəblilərə Qarabağın flora və faunası haqqında, Azərbaycanın və dünyanın təbiət xəzinəsi və ermənilərin törətdiyi ekoloji terror haqqında məlumat verildi. Aksiya zamanı  şagirdlər  bulvar mütəxəssislərinin köməyi ilə Dənizkənarı Bulvar İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu aksiyaya ayrılmış Azərbaycanın endemik bitkilərinin tinglərini əkdilər. Yeri gəlmişkən, qeyd edək ki, 2018-ci ildən başlanmış "Yaşıl dalğa" aksiyaları nəticəsində 100-dən çox ağac artıq böyümüşdür. İkinci xiyabanda keçən il əkilmiş 50 ağacın yanına budəfəki aksiyada 40 ağac da əlavə olundu. Bununla da Avropa  Liseyinin şagirdləri COP29 tədbirinə öz töhfələrini verdilər. Və təbiətin qorunması, tarazlığın saxlanılması üçün öz qüvvələri daxilində  iş görən yeniyetmə  məktəblilər atdıqları addımla bəşəriyyəti fəlakətə sürükləyən iqlim dəyişmələrinin fəsadlarına laqeyd münasibət göstərən insanlara nümunə oldular.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT Ukraynaya görə toplanır

16:03
28 Oktyabr

ANAMA: Ötən həftə1157 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

15:51
28 Oktyabr

Özbəkistanda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

15:50
28 Oktyabr

Ukraynadan açıqlama: seçkilər ancaq bu halda keçirilə bilər

15:45
28 Oktyabr

Sosial demokratlar qalib gəldilər

15:34
28 Oktyabr

Tramp seçilsə, baş nazirə "müharibə" elan edəcək

15:32
28 Oktyabr

Pakistanın İslamabad şəhərində PreCOP29 Dialoqu keçirilir

15:30
28 Oktyabr

Saymon Stil: COP29 iqlim maliyyələşdirilməsi üzrə konkret nəticələr əldə olunmasını təmin etməlidir

15:29
28 Oktyabr

“Azərişıq” paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır

15:12
28 Oktyabr

Respublikanın bəzi çaylarında sululuq artıb

15:11
28 Oktyabr

Narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

15:10
28 Oktyabr

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

15:00
28 Oktyabr

Hərbi Prokurorluq və Daxili Qoşunlar birgə tədbir keçiriblər

14:55
28 Oktyabr

Agentlik: COP29-la bağlı ölkəmizə gələcək qonaqlar üçün 25 tur proqramı hazırlanaraq aidiyyəti üzrə təqdim olunub

14:53
28 Oktyabr

ABŞ nümayəndə heyətinə Azərbaycandakı tolerantlıq ənənələri barədə məlumat verilib

14:51
28 Oktyabr

Dövlət sərhədini qanunsuz olaraq keçmək cəhdinin qarşısı alınıb

14:45
28 Oktyabr

Saymon Stil: Milli iqlim planları qlobal istiləşmənin verdiyi zərərin qarşısını almaqda son dərəcədə yetərsizdir  

14:36
28 Oktyabr

Sabah hava əsasən yağmursuz olacaq

14:18
28 Oktyabr

Günün birinci yarısında Bakıya və Abşeron yarımadasına düşən yağıntı aylıq normanın 30 faizini təşkil edib  

14:14
28 Oktyabr

Leysan yağışlarla əlaqədar su basmış ərazilərə FHN-in qüvvələri cəlb olunub

14:02
28 Oktyabr

Gələn ay 2024-cü ilin ən güclü maqnit qasırğaları gözlənilir

13:52
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!