24 Fevral 2026 18:14
301
İQTİSADİYYAT
A- A+
WUF13 çərçivəsində yaşıl enerji təminatı üzrə “AzərEnerji” ilə memorandum imzalanıb  

WUF13 çərçivəsində yaşıl enerji təminatı üzrə “AzərEnerji” ilə memorandum imzalanıb  


Fevralın 24-də WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti arasında “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov tərəfindən əməkdaşlığa dair memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədin imzalanmasında əsas məqsəd WUF13 müddətində tədbir məkanının yaşıl enerji ilə təmin olunmasıdır. Bu təşəbbüs tədbirin karbon idarəetməsi və emissiyaların azaldılması üzrə öhdəliklərinin praktik müstəvidə həyata keçirilməsinə xidmət edəcək, eyni zamanda, tədbirin enerji istehlakından yaranan ekoloji təsirin minimuma endirilməsinə imkan yaradacaq.

WUF13 çərçivəsində tətbiq olunacaq aşağıkarbonlu enerji həlləri irimiqyaslı beynəlxalq tədbirlərin daha ekoloji və dayanıqlı model əsasında təşkilinin mümkünlüyünü nümayiş etdirir. Bununla yanaşı, bu əməkdaşlıq dayanıqlı tədbir idarəçiliyinin milli enerji infrastrukturu ilə səmərəli inteqrasiyasının real və uğurlu nümunəsi kimi çıxış edir.

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) dayanıqlı şəhərsalma və resursların səmərəli istifadəsi üzrə aparıcı beynəlxalq platformalardan biri olmaqla, innovativ yanaşmaların və praktik həllərin nümayişi üçün mühüm imkan yaradır. Bu çərçivədə yaşıl enerji həllərinin tətbiqi tədbirin dayanıqlı təşkili prinsiplərinə uyğun olaraq ekoloji məsuliyyətli yanaşmanı təşviq edir.

Bu əməkdaşlıq Azərbaycanın yaşıl enerji, dayanıqlı inkişaf sahəsində strateji prioritetlərinə sadiqliyini bir daha təsdiqləyir və ölkənin beynəlxalq tədbirlərin ekoloji cəhətdən məsuliyyətli təşkili istiqamətində artan rolunu və liderliyini daha da möhkəmləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı əldə edilən nəticələr ardıcıl siyasətin bəhrəsidir   

17:39
25 Fevral

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

16:10
25 Fevral

Sabah gündüzdən başlayaraq bəzi yerlərdə hava arabir yağıntılı olacaq  

14:24
25 Fevral

Rusiyanın neft və qaz gəlirləri azalır

14:23
25 Fevral

ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır

14:21
25 Fevral

Akkan Suver: Xocalı faciəsi insanlığın üz qarasıdır və gənc nəsillərə unutdurulmamalıdır  

14:19
25 Fevral

Azərbaycandakı dini konfessiyalar Xocalı soyqırımının ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar  

14:14
25 Fevral

Ötən ay sosial sahə üzrə elektron xidmətlərə 626 min müraciət edilib  

14:00
25 Fevral

Ankarada Xocalı faciəsindən bəhs edən “Haradasınız 13-lər?” kitabının türk dilində nəşrinin təqdimatı olub  

13:57
25 Fevral

Moskvada “Ramazan çadırı” layihəsi çərçivəsində Azərbaycan Respublikası axşamı keçirilib  

13:55
25 Fevral

Kanar adaları yaxınlığında ələ keçirilən kokainlə bağlı Türkiyədə istintaq davam edir  

13:53
25 Fevral

İKTA sədri: Azərbaycanda internetin orta sürəti 150–200 Mbit/s-ə çatıb 

13:43
25 Fevral

Ukrayna Silahlı Qüvvələri Odessa vilayətini dairəvi müdafiəyə hazırlayır  

13:20
25 Fevral

Xanyurdu öz sakinlərini qarşılayır

12:33
25 Fevral

Polşa Prezidentinin ofisindən 140 min dollardan çox pul oğurlanıb  

12:23
25 Fevral

Pakistanda terror aktı: 4 polis həlak olub

12:18
25 Fevral

Prezident İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib  

12:15
25 Fevral

Bakıda NATO heyəti ilə “Məsləhətçi görüşü” keçirilir

12:03
25 Fevral

Sabah Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq  

11:18
25 Fevral

AMEA: Ramiz Mehdiyevin həqiqi üzvlükdən xaric edilməsi məsələsi qanunvericiliyin tələblərinə riayət olunmaqla həll ediləcək  

11:16
25 Fevral

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabaha

11:09
25 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!