14 Yanvar 2026 16:44
395
CƏMİYYƏT
A- A+
Vəkillər Kollegiyasının rəhbərliyi hakim vəzifəsinə yeni təyin edilən vəkillərlə görüş keçirib  

Vəkillər Kollegiyasının rəhbərliyi hakim vəzifəsinə yeni təyin edilən vəkillərlə görüş keçirib  


Yanvarın 14-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi hakim vəzifəsinə yeni təyin olunan vəkillərlə görüş keçirib və onlar təltif ediliblər.

Vəkillər Kollegiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı kollegiyanın sədri Anar Bağırov yeni təyin olunan hakimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onların bu məsuliyyətli və şərəfli vəzifədə qanunun aliliyinə və ədalət prinsiplərinə daim sadiq qalacaqlarına əminliyini ifadə edib.

Sədr çıxışında qeyd edib ki, demokratik hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə məhkəmə-hüquq islahatlarının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Bu islahatların əsas məqsədi məhkəmə sisteminin daha şəffaf, səmərəli və vətəndaşların hüquqlarının etibarlı müdafiəsini təmin edən mexanizmə çevrilməsidir.

Anar Bağırov məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, Məhkəmə-Hüquq Şurasının rolu və fəaliyyəti, hakimlərin seçilməsi ilə bağlı keçirilən müsabiqələr, eləcə də gənc, bilikli və peşəkar kadrların irəli çəkilməsi məsələlərindən ətraflı danışıb: “Hazırda kollegiya həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində təmsil olunur. Bu gün Azərbaycanda hakimlərin seçimi və təyinatı ən demokratik və şəffaf prosedurlara uyğun olaraq aparılır”.

O söyləyib ki, hakim vəzifəsinə təyin olunan vəkillər öz bilik, təcrübə və peşəkarlıq səviyyələri ilə məhkəmə-hüquq islahatlarına layiqli töhfə verəcəklər. Yeni hakimlərə şərəfli hakim adını daim uca tutmağı, fəaliyyətlərində obyektivlik, qərəzsizlik, şəffaflıq və etik davranış prinsiplərinə ciddi əməl etməyi tövsiyə edib.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən şəxslər arasında 8 nəfərin Vəkillər Kollegiyasının üzvü olduğunu diqqətə çatdıran sədr bunu yüksək göstərici kimi dəyərləndirib. Bildirilib ki, mövcud göstəricilər vəkilliyin yalnız hüquqi yardım institutu kimi deyil, eyni zamanda, məhkəmə hakimiyyəti üçün peşəkar kadr bankı rolunu oynadığını təsdiqləyir.

Qeyd olunub ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilən müsabiqədə yüksək bilik və peşəkarlıq nümayiş etdirən kollegiyanın 8 üzvü – Alməmmədov Nəriman Əli oğlu Ağcabədi Rayon Məhkəməsinə, Əliyeva Aytəkin Güləli qızı Biləsuvar Rayon Məhkəməsinə, Qazıbəyov İbrahim Mehman oğlu Quba Rayon Məhkəməsinə, Maxsudova Ülkər Taleh qızı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə, Mirzəzadə Asim Vilayət oğlu Qax Rayon Məhkəməsinə, Mustafayev Cavidan Mustafa oğlu Laçın Rayon Məhkəməsinə, Səfərli Günel Adil qızı Qusar Rayon Məhkəməsinə, Süleymanov Cavid Loğman oğlu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə Prezidentin müvafiq Sərəncamı ilə hakim vəzifəsinə təyin olunublar.

Tədbirin sonunda Anar Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin müvafiq qərarına əsasən, hakim vəzifəsinə təyin edilən şəxslərə Fəxri fərmanları təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Britaniyada Çinə casusluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb

19:24
04 Mart

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib, 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub

19:02
04 Mart

Misirə doğru hərəkət edən Rusiya gəmisi batıb

18:47
04 Mart

Rusiya Ukrayna qatarlarını “ovlayır”: martın əvvəlindən dəmir yoluna 18 zərbə endirilib

18:31
04 Mart

Bakı-Sumqayıt-Bakı qatarlarının martın 9-una olan hərəkət qrafiki açıqlanıb

18:21
04 Mart

Media nümayəndələri 2026-cı il üçün İdman Paytaxtı seçilən Qazaxda

18:11
04 Mart

Firudin Qurbanov: Təhsilin bütün pillələrində gender bərabərliyi məsələsinə balanslaşdırılmış yanaşma tətbiq olunur

18:00
04 Mart

Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib

17:58
04 Mart

Milli Məclisdə idman sahəsinin bəzi aktual məsələləri ilə bağlı fikirlər səsləndirilib

17:33
04 Mart

Əmək münasibətlərində gender bərabərliyi prinsipləri qanunvericilikdə xüsusi yer tutur  

17:13
04 Mart

İranda həlak olanların sayı 1045 nəfərə çatıb

16:58
04 Mart

İraq, BƏƏ, Qazaxıstan və Oman neft hasilatı planlarını OPEC-ə təqdim ediblər  

16:56
04 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatında növbəti medalçılar bəlli olub

16:44
04 Mart

İran raketinə atılan hava hücumundan müdafiə mərmisinin qalıqları Türkiyənin cənubuna düşüb  

16:26
04 Mart

Maliyyə Monitorinqi Xidməti: Azərbaycan beynəlxalq maliyyə sistemində etibarlı tərəfdaş statusunu möhkəmləndirir  

16:25
04 Mart

BAEA: İranda radioaktiv şüalanma riski aşkar edilməyib

16:23
04 Mart

İqtisadiyyat Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş: Mentorluq proqramı nələri vəd edir?  

16:22
04 Mart

Proqnozlar Bürosu növbəti 2 günə gözlənilən hava şəraitini açıqlayıb

15:56
04 Mart

Qlobal bazarları neft şoku qorxusu bürüyüb

15:54
04 Mart

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

15:53
04 Mart

ABŞ Prezidenti İspaniyaya qəzəblənib

15:52
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!