16 May 2026 14:39
581
SİYASƏT
A- A+
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib


Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumu çərçivəsində panel iclaslar keçirilib.

AZƏRTAC xəbər verir ki, forum çərçivəsində Azərbaycan–Qırğızıstan QHT Forumu təşkil olunub.

“Azərbaycan–Qırğızıstan QHT Dialoqu: Urbanizasiya və Dayanıqlı Şəhər İnkişafı” mövzusuna həsr olunan panel “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camalın moderatorluğu ilə keçirilib.

Paneldə “İnsap Elim” İctimai Fondunun direktoru Tolobek Beishenbekov, Manas şəhəri İcra Hakimiyyəti yanında Gənclərlə İş üzrə Şuranın sədri Bekmamat Arstanbekov, “Sosial Sahibkarlar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bakytbek Sagınalı və “Gənclərin Sosial-İqtisadi İnkişafına Dəstək” İctimai Birliyinin sədri Əfsəladdin Ağalarov çıxış ediblər.

Əfsəladdin Ağalarov bildirib ki, Azərbaycan və Qırğızıstan Orta Dəhliz layihəsinin formalaşmasında mühüm rol oynayan iki dost və qardaş ölkədir.

“Bu gün Orta Dəhliz dünyanın ən təhlükəsiz logistik marşrutlarından biri hesab olunur. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bu dəhliz yalnız Türk dünyası üçün deyil, Çinlə Avropa arasında uzanan böyük iqtisadi və nəqliyyat xəttidir. Çindən çıxan məhsullar qısa müddət ərzində Orta Dəhliz vasitəsilə Avropaya çatdırılır və bu marşrut logistika təhlükəsizliyinin əsas təminatçılarından biridir”, – deyə o qeyd edib.

Digər iştirakçılar da dünyada urbanizasiya prosesləri, dayanıqlı şəhərsalma və müasir çağırışların həlli yolları barədə fikir mübadiləsi aparıblar.

Forum çərçivəsində Şimali Kipr–Azərbaycan və Türkmənistan–Azərbaycan forumları da təşkil olunub.

Şimali Kipr–Azərbaycan Forumunda moderator qismində “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri İlham İsmayılov çıxış edib.

Paneldə “Zəfər: Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Əlizadə, Şimali Kiprin Təbliği Platformasının prezidenti Okyay Sadıkoğlu, Türk Kiprli Qadın Sahibkarlar Təşkilatının üzvü Gülnur Sadıkoğlu və Şəhidlər və Qazilər Təşkilatının sədri Buba Barış çıxış ediblər.

Çıxışlarda XXI əsrin Türk əsri olduğu, Türk dünyasında həmrəyliyin və əməkdaşlığın daha da gücləndiyi vurğulanıb.

Türkmənistan–Azərbaycan Forumunda isə moderator qismində “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov iştirak edib.

Paneldə Türkmənistanda CAREC Layihə Ofisinin direktoru Mergen Kepbanov, “Tebigy Kuwwat” İctimai Birliyinin sədri Bərkəli Atayev və “Taze Zaman” İctimai Birliyinin sədri Mübarək Qurbanova çıxış ediblər.

Forum iştirakçıları Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:50
14 İyun

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

10:03
14 İyun

Dünya birjalarında neft ucuzlaşıb

09:58
14 İyun

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

09:37
14 İyun

Dünya çempionatı: Braziliya millisi xal itirib

09:11
14 İyun

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

07:35
14 İyun

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

01:33
14 İyun

 Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

22:06
13 İyun

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

21:17
13 İyun

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:34
13 İyun

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

20:24
13 İyun

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

20:09
13 İyun

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  

19:51
13 İyun

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

19:15
13 İyun

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub 

18:36
13 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

17:56
13 İyun

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”  

17:39
13 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

17:26
13 İyun

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

17:03
13 İyun

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

16:58
13 İyun

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  

16:47
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!