06 Mart 2026 08:30
846
SİYASƏT
A- A+
Sərhədləri aşan güc

Sərhədləri aşan güc


Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın qlobal enerji xəritəsindəki strateji rolunu bir daha təsdiq edir. Bu mötəbər tədbirlər sadəcə enerji layihələrinin müzakirəsi deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu kimi platformalar Azərbaycanın ənənəvi qaz ixracatçısı olmaqla yanaşı, bərpaolunan enerji sahəsində də regional liderə çevrilmək hədəflərini nümayiş etdirir.

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, "yaşıl enerji" gündəliyinin "Cənub qaz dəhlizi" kimi nəhəng bir layihə ilə paralel müzakirə olunması ölkəmizin qlobal iqlim hədəflərinə sadiqliyini və gələcəyin "yaşıl iqtisadiyyat" modelinə inteqrasiyasını sürətləndirir: "Bu iclaslar, həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni investisiyaların cəlb edilməsi və Xəzər dənizinin bərpaolunan enerji potensialının dünya bazarlarına çıxarılması üçün strateji bir yol xəritəsi rolunu oynayır. Azərbaycanın təşəbbüsü ilə yaradılan bu platforma on iki illik fəaliyyəti dövründə ən mürəkkəb regional ssenarilərdən belə uğurla keçərək, beynəlxalq enerji təhlükəsizliyinin mərkəzinə çevrilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, illər öncə təməli qoyulan bu əməkdaşlıq bu gün tərəfdaş ölkələrin gündəlik həyatında birbaşa hiss olunan real nəticələrə söykənir. "Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Cari ildə "Azəri-Çıraq-Günəşli" yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik. Hasilatın ötən il başlanacağı gözlənilirdi, lakin bu, baş vermədi. Bununla belə, hasilatın məhz cari ildə başlanacağına əminik. İki-üç il ərzində "Abşeron" yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da "Abşeron"dan qaz hasilatını üç dəfə artıracaq". Dövlət başçısı, həmçinin qeyd edib ki, "Ümid" yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması da gözlənilir: " Təbii qazın əsas mənbəyi olan "Şahdəniz" yatağımızla bağlı olaraq deyə bilərəm ki, 2028-ci ildə "Şahdəniz"in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək. Daha əvvəl qeyd etdiyim kimi, bunun üçün yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyac var və əlbəttə, qazpaylama şəbəkəmizin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir".

Deputat deyib ki, qaz təchizatının Avropa hüdudlarından kənara çıxması Azərbaycanın həm istehsalçı, həm də humanist dövlət kimi mövqeyini gücləndirir. Xüsusilə Suriyaya başladılan 1,5 milyard kubmetrlik qaz tədarükü bölgədəki elektrik enerjisi qıtlığının aradan qaldırılmasında mühüm rol oynayır. Bu addım təkcə bir ölkəyə elektrik enerjisi vermək deyil, həm də biznes fəaliyyətinin canlanmasına və insanların rifahına töhfədir. Çünki elektrik enerjisi olmadan inkişaf mümkün deyil. Şaxələndirmə həm istehlakçı, həm də bizim kimi istehsalçı ölkələr üçün həyati əhəmiyyət daşıyır.

K.Bayramovun sözlərinə görə, dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın gələcək enerji strategiyası ənənəvi resurslarla müasir texnologiyaların mükəmməl vəhdəti üzərində qurulur: "Ölkəmiz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 qiqavat elektrik enerjisi əldə etməyi hədəfləyir ki, bu da həm ixrac imkanlarımızın genişlənməsi, həm də daxili qaz istehlakının səmərəli şəkildə əvəzlənməsi deməkdir. Bu nəhəng enerji potensialı artan iqtisadiyyatın, sənayenin və xüsusilə süni intellekt, data mərkəzləri kimi yüksək texnoloji sahələrin enerji ehtiyaclarını qarşılamaq üçün mühüm zəmin yaradır. Bu strateji hədəflərin reallaşmasında ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası müstəsna rol oynayır. Dünyanın ən qüdrətli dövləti ilə enerji, süni intellekt və bağlılıq kimi sahələrdə qurulan bu tərəfdaşlıq Azərbaycanın planlarını daha real və əlçatan edir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə icra olunan hidroelektrik layihələri ölkənin enerji sisteminə artıq 307 meqavat güc qazandırıb və yaxın illərdə bu rəqəmin ikiqat artırılması nəzərdə tutulur. Beləliklə, hidroenerji, günəş, külək və termal enerji mənbələrinin qaz resursları ilə birgə kombinasiyası Azərbaycanın enerji təhlükəsizliyini sarsılmaz edir. Dövlət başçısı iqlim dəyişikliyi ilə mübarizədə və təmiz planet naminə atılan addımlarda praqmatizmin və realizmin vacibliyini xüsusi qeyd edir. Xəzər dənizinin dayazlaşması kimi fəsadlar iqlim məsələlərinə ciddi yanaşmağı tələb etsə də, mövcud reallıqda qazıntı yanacağını tamamilə inkar etmək qeyri-mümkündür. Azərbaycanın 100 illik qaz ehtiyatı olduğu halda bərpaolunan enerjiyə milyardlarla investisiya yatırması ölkəmizin həm milli maraqlarını qoruduğunu, həm də qlobal ekoloji məsuliyyətini yüksək səviyyədə dərk etdiyini nümayiş etdirir. Bu yanaşma, enerji keçidinin ideoloji xəyallarla deyil, praqmatik həll yolları ilə idarə olunmasının ən uğurlu nümunəsidir".

K.Bayramov əlavə edib ki,  bu çoxşaxəli fəaliyyət həm ölkəmizin iqtisadi suverenliyini gücləndirir, həm də Avrasiyanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın imzasını silinməz edir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: İran nüvə proqramı üzrə güzəştə getməsə, heç bir razılaşma olmayacaq  

22:40
13 Aprel

Macarıstanın əsas qanununa dəyişiklik edilməsi planlaşdırılır

22:39
13 Aprel

BDYPİ yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

21:35
13 Aprel

Tramp: Razılaşma olmasa, bu, İran üçün xoş olmayacaq

21:25
13 Aprel

Beynəlxalq Dənizçilik Təşkilatı Hörmüz boğazının bağlanmasına etiraz edir  

20:23
13 Aprel

Starmer: Britaniya İran müharibəsinə qoşulmayacaq və Hörmüz boğazı blokadasını dəstəkləmir  

20:19
13 Aprel

“WhatsApp”a rəqib gəlir  

20:11
13 Aprel

Kirpi balıqları Aralıq dənizi sahillərinə hücum edir  

20:03
13 Aprel

Yaponiya Ayın ətrafında "Günəş halqası" qurmağı planlaşdırır  

19:51
13 Aprel

İslamabad danışıqlarının uğursuzluğu

19:43
13 Aprel

Evlərin havasında görünməz təhlükə - mikroplastiklər

19:32
13 Aprel

Nigeriyada mülki ərazilərin səhvən hədəfə alınması halları artıb

19:23
13 Aprel

Roma Papasının Afrikaya 11 günlük səfəri başlayıb

19:13
13 Aprel

ABŞ Prezidenti: İrana məxsus gəmilər blokadamıza yaxınlaşsa, dərhal məhv ediləcək  

19:09
13 Aprel

Türkiyə Parlamentlərarası İttifaqın növbəti Assambleyasına ev sahibliyi edəcək

19:06
13 Aprel

Avstraliyada qiymətlərin artması yük daşımalarını çətinləşdirir

19:02
13 Aprel

Hindistanda sosial media ilə bağlı yeni qaydalar təklif olunur

18:54
13 Aprel

Böyük Britaniya Aİ qaydalarını qəbul edə bilər

18:46
13 Aprel

Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat parlamentin plenar iclasına tövsiyə edilib  

18:45
13 Aprel

Ursula Fon der Lyayen: Aİ-nin ənənəvi yanacaq idxalı üzrə xərcləri 22 milyard avrodan çox artıb  

18:43
13 Aprel

Kənd təsərrüfatı naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb  

18:42
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!