23 Oktyabr 2026 14:12
206
CƏMİYYƏT
A- A+
Qubadlının işğaldan azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

Qubadlının işğaldan azad edilməsi müharibənin taleyində mühüm rol oynadı


“Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsinin 6 ili tamam olur. Bu tarix, həm də “Qubadlı Şəhəri Günü” kimi qeyd edilir. Zəfər tariximizin təntənəli şəkildə qeyd olunması qürurvericidir”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir VƏLİYEV deyib. Deputat bildirib ki,  Vətən müharibəsində Qubadlının işğaldan azad edilməsi müharibənin taleyində mühüm rol oynayıb. Azərbaycan Prezidenti İlham Əliyev də Qubadlının işğaldan azad olunmasının birinci ildönümündə Qubadlı ictimaiyyəti ilə görüşündə  bu məqamı xüsusi vurğulamışdı. Çünki Qubadlıdan sonra Azərbaycan Ordusu Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdi. Beləliklə, Laçın dəhlizi nəzarətə götürüldü. Bu isə artıq müharibənin taleyinin həll edilməsi demək idi. Düzdür, hələ Şuşa uğrunda şiddətli döyüşlər irəlidə idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı. Ancaq dövlət başçısının da qeyd etdiyi kimi, artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qarşımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq. Şuşanın işğaldan azad edilməsindən sonra düşmən məğlubiyyətin qaçılmaz, müqavimətin mənasız olduğunu, ordusunun qalıqlarının da məhv ediləcəyini dərk etdi. Buna görə də noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul etdi, etiraf etdi, bu məğlubiyyətlə barışdı və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı.

Deputat şəhidlərimizin bizim qəlbimizdə əbədi yaşayacağını, Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillərin həmişə şəhidlərimizlə fəxr edəcəyini vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, işğal dövründə Qubadlı şəhəri də demək olar ki, yerlə-yeksan edilib. Amma qürurvericidir ki, möhtəşəm quruculuq işlərinə start verilib. Dövlət başçısı İlham Əliyev Baş plan hazırlanarkən Qubadlının təbiəti, tarixi keçmişinin nəzərə alınması barədə tapşırıq verib. Ümumiyyətlə, bu məqama işğaldan azad olunmuş bütün ərazilərdə bərpa və yenidənqurma işlərində xüsusi önəm verilir. Digər tərəfdən, indi Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə edəcəklər.

Eyni zamanda, Qubadlı rayonu ərazisindən iki böyük çay – Bazarçay və Həkəri çayı keçir. Bu, böyük sərvətdir, çünki indiki şəraitdə su resursları dünyada gələcəkdə əsas yəni, yaşayış üçün əsas resurs kimi artıq tanınır. Bütün bunları nəzərə alaraq, gələcəkdə iqtisadi inkişafa nail olunması və düzgün planlaşdırma aparılması da dövlət başçısının xüsusi diqqətindədir. Bütün bunlar bir daha göstərir ki, işğaldan azad edilmiş digər ərazilər kimi Qubadlı da cənnətə çevriləcək.

Samir Vəliyev qeyd edib ki, tarixi Qələbəmizdən bu günədək Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara səfərləri bu sevinci xalqla paylaşmaq istəyini aydın şəkildə nümayiş etdirir: “Tezliklə bütün planlar həyata keçəcək, bütün soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq. Artıq  Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlayıb. Qarabağla, Şərqi Zəngəzurla Azərbaycan dünyaya özünün yeni inkişaf modelini təqdim edir. Qürurverici haldır ki, bu gün uğurlu layihələrin icrası sürətlə və operativ şəkildə həyata keçirilir. Müharibədə qazandığımız zəfərimiz bizi daha da gücləndirir və qüdrətləndirir. Ölkəmiz bütün sahələrdə sürətlə irəliləyir və bu dünya təcrübəsində çox nadir rast gəlinən inkişaf tempidir. İşğaldan azad olunmuş rayonlarımızda beynəlxalq standartlara cavab verən hava limanlarının, su elektrik stansiyalarının istifadəyə verilməsi, avtomobil yollarının, tunellərin və digər infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin iqtisadi qüdrətinin təntənəsindən xəbər verir. Bir sözlə, bu gün Qubadlı rayonunun da gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər görülür. Cari il iyunun 16-da Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Hazırda ərazidə tikinti işləri sürətlə davam etdirilir. Yaşayış kompleksinin ümumi ərazisi 3,34 hektardır. Layihəyə əsasən, burada ümumilikdə 21 yaşayış binasının inşası nəzərdə tutulub. Binalarda 176 mənzil yerləşəcək. Bundan əlavə, Qubadlının Mahruzlu və Zilanlı kəndləri də yenidən qurulur. Böyük Qayıdış proqramı çərçivəsində Qubadlı sakinləri də dogma torpaqlarına qayıtmaq sevincini yaşayacaq”.


“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

D.Tramp ABŞ-də neft hasilatını artırmaq üçün Müdafiə İstehsalı Aktını işə saldı

14:42
23 Oktyabr

Çində 7 bal gücündə zəlzələ baş verib: 16 nəfər həlak olub

14:35
23 Oktyabr

“Volvo” 2500 nəfəri işdən çıxarır 

14:30
23 Oktyabr

Qocalmaq ləngidilə bilərmi?

14:26
23 Oktyabr

Avropada istilər 50 mindən çox insanın həyatına son qoyub

14:23
23 Oktyabr

Ət iltihabı artıra bilərmi?

14:20
23 Oktyabr

İstanbulda “R4+E3” formatında vasitəçilik üzrə IX konfrans keçirilir

14:16
23 Oktyabr

Qubadlının işğaldan azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

14:12
23 Oktyabr

Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir

14:00
23 Oktyabr

Sülh sazişi tarixi praktiki addımlarla reallaşa bilər  

13:57
23 Oktyabr

İtkin talelər həm də insanlıq sınağıdır

13:50
23 Oktyabr

Xarici işlər naziri: Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır 

13:42
23 Oktyabr

Azərbaycan idmanında növbəti tarixi hadisə: Bakıda FIFA U-15 dünya çempionatı başlayır

13:37
23 Oktyabr

İsmayıllıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası müzakirə olunub

13:33
23 Oktyabr

Nazir: Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsini artırmaq üçün böyük imkanlar var 

13:29
23 Oktyabr

İşğaldan azad edilmiş ərazilərin bərpa və quruculuq layihələrinə 26 milyard manata yaxın vəsait ayrılıb

13:22
23 Oktyabr

Azərbaycanın xarici işlər naziri: Hindistanla münasibətlərin bütün istiqamətləri üzrə müzakirələr faydalıdır 

13:17
23 Oktyabr

Dövlət Xidmətinin rəisi Şuşada vətəndaşların müraciətlərini dinləyib

13:12
23 Oktyabr

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib YENİLƏNİB

13:04
23 Oktyabr

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob təşkil olunub

12:55
23 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

12:50
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!